Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2161/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə kommunal xərclərə görə yaranmış ümumilikdə 2315 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil - Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəl) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirim, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində "xxxx" MTK ləğv olunur və onun qanuni VARİSİ "xxxx"’ MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildirir ki, onlar "xxxx" MTK-nın varisi olaraq xərclədiyi kommunal pullarını bəzi sakinlərdən ala bilmirlər. Belə ki, İdeal inşaat company” MMC faktiki olaraq Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 113-cü maddəsinə əsasən "xxxx" MTK-nın hüquqi varisidir. İddiaçı İdeal-İnşaat Company MMC ilə Cavabdeh ilə 2004-cü ildə İdeal-İnşaat Company MMC ilə Mənzil Tikintisi Haqqında Müqavilə bağlanmışdır. İdeal-inşaat MMC Bakı şəh.,M.Cəlal küçəsində inşa edilən çox mərtəbəli binada bina-2, mənzil 19, 2 otaqlı mənzilin Payçıya verməyi öz üzərinə götürmüşdür. Bakı şəh, M.Cəlal küçəsində inşaa edilən cox mərtəbəli binada, bina-2. mənzil 19saylı mənzilini ikinciyə təqdim edilmişdir, Cavabdeh, payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh kommunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Hal-hazırda yaşadığı (Bakı şəh. Binəqədi r-nu.9 mkr.Mir.Cəlal küçəsi,İD bina 2, mənzil 19),2 otaqlı mənzilə görə xidmət haqqı borcunu 2009-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Cavabdehin hal-hazırda mənzilə üçün MMC-yə 2009-cu il üçün 150azn., 2010-cu il 267azn., 2011-ci il 102 AZN.,2012-ci il 153 azn.,2013-cü il üçün 183 AZN.,2014-cü il 225 azn, 2017-ci il üçün 10 azn.,2019-cu il 280 azn.,2020-ci il 320 azn., 2021-ci il may ayı daxil olmaqla 130 azn ümumilikdə kommunala 1820 azn., sayğaca görə (işıq 100, su 80) 180 azn.,315 azn peyk antenaya görə, cəmi 2315 AZN borc yaranmışdır. İddaçı "xxxx" MMCnin rəhbərliyi kommunal xidməti haqlarının ödənilməsi üçün dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlasada və eləcə də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə kommunal xidməti borcunu ödəməmişdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Rahim Mənsimov EMİS vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehə qarşı irəli sürdüyü pul tələbi ilə bağlı iddianı müdafiə etdiyini, keçiriləcək bütün məhkəmə proseslərinə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini tam təmin edərək qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Göründüyü kimi, iddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Rahim Mənsimov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "İdeal-İnşaat LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2004-cü il tarixli "Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "İdeal-İnşaat LTD” MMC Bakı şəhəri, Mir Cəlal küçəsində inşa edilən 16 mərtəbəli, 1 bloklu, 2 nömrəli evin 19 nömrəli, ümumi sahəsi 85.1 kv.m olan mənzili payçıya təhvil verməyi öz üzərinə götürür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticə mənzili qəbul etməyi öz üzərinə götürür. "İdeal-İnşaat Company” MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilədən görünür ki, mənzil mülkiyyətçisi göstərilmiş kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ayın sonunda aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5dən gec olmayaraq Cəmiyyətə ödəməlidir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2017-ci il tarixli, 07 nömrəli qərarından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 30 manat, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 40 manat, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 50 manat məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2016-cı il tarixli, 06 nömrəli qərarından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 25 manat, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 35 manat, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 45 manat məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 iyun 2015-ci il tarixli, 05 nömrəli qərarından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 25 manat, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 35 manat, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 45 manat məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2014-cü il tarixli, 04 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il üçün qış fəsli ayları (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 54 AZN, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 27 AZN, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m.-dən asılı olaraq qış fəsli ayları (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 100 AZN, yay aylan (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 50 AZN, (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m-dən asılı olaraq qış fəsli (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 120 AZN, yay fəsli (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 60 AZN məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2013-cü il tarixli, 03 nömrəli qərarından görünür ki, (bir ) otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cu il üçün qış ayları 54 azn, yay fəsli ayları 27 azn hesablanıb, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m.-dən asılı olaraq qış fəsli ayları (yanvar, fevral, mart, aprel, noyabr, dekabr) üçün 96 AZN, yay ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 48 AZN, (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cü il kv.m-dən asılı olaraq qış fəsli üçün 120 azn, yay fəsli üçün 60 azn məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2012-ci il tarixli, 02 nömrəli qərarından görünür ki, 1 (bir ) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il qış fəsli 50 azn, yay fəsli üçün 25 azn (dekabr ayından kvadrata görə qış fəsli ayları 54 azn, yay fəsli ayları üçün 27 azn) hesablanıb, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il qış fəsli 60 azn, yay fəsli üçün 35 azn (dekabr ayından kvadrata görə qış fəsli aylan 96 azn, yay fəsli ayları üçün 48 azn) hesablanıb,3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il qış fəsli üçün 70 manat, yay fəsli üçün 45 manat, dekabr ayından etibarən kv.m-dən asılı olaraq qış fəsli üçün 120 azn, yay fəşji üçün 60 azn məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2011-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-ci il üçün qış fəsli aylar üçün 50 azn, yay fəsli ayları üçün 25 azn hesablanıb, 2 (iki) otaqlı mənzilin kommunal Ödəmə haqqı 2011-ci il kv.m-dən asılı olaraq qış fəsli aylan üçün 60 azn, yay fəsli aylan üçün 35 azn hesablanıb, , 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-ci il kv.mdən asılı olaraq qış fəsli üçün 70 azn, yay fəsli üçün 45 azn məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2010-cu il tarixli, 01 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il üçün qış fəsli aylar üçün 50 azn, yay fəsli ayları üçün 22 azn, 2 (İki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il kv.m-dən asılı olaraq qış fəsli ayları üçün 60 azn, yay fəsli ayları üçün 33 azn hesablanıb, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il kv.m-dən asılı olaraq qış fəsli üçün 70 azn, yay fəsli üçün 44 azn məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC-nin 01 yanvar 2009-cu il tarixli, 01 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 18 azn, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 25 azn, 3 (üç) otaqlı mənzilin kommunal Ödəmə haqqı 2009-cu il üçün 30 azn məbləğində müəyyən edilmişdir. "İdeal-İnşaat Company” MMC (sifarişçi) ilə "Kaspian Telekom” MMC (icraçı) arasında bağlanmış 20 may 2019-cu il tarixli müqavilədən görünür ki, müqavilənin məqsədi icraçı tərəfindən sifarişçiyə yeni tikilən yaşayış kompleksində yaşayan sakinlər üçün TV və İnternet xidmətlərinin göstərmək məqsədilə optik kabelin çəkilişinə görə tərəflər arasında yaranan iqtisadi və texniki əməkdaşlıqla bağlı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsindən ibarətdir. 07 iyul 2008-ci il tarixli, 17/B saylı "sayğacların qəbulu” aktından görünür ki, "İdeal- İnşaat Company” MMC tərəfindən su sayğacları abonentin iştirakı ilə komissiya tərəfindən texniki şərtlərə uyğun olaraq qəbul edilib istismara buraxılmışdır. "İdeal-İnşaat Company” və "xxxx" MMC arasında bağlanmış AZ-0106/35A saylı Müqavilədə göstərilən işlərin təhvili və qəbulu haqqında AKT-dan görünür ki, satıcı tərəfindən peyk və yerli televiziya kanalının qəbulu təmin edilmişdir. 05 may 2008-ci il tarixli, Qİ/AS-120 saylı "İdeal- İnşaat Company” və "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, satıcı tərəfindən “Smart kart” sistemi ilə işləyən elektron qaz sayğacı quraşdırılmışdır. Borc bildirişindən görünür ki, 2(iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il qış fəsli 60 azn, yay fəsli üçün 35 azn (dekabr ayından kvadrata görə qış fəsli ayları 100 azn, yay fəsli aylan üçün 50 azn) hesablanıb. 2013-cu il üçün qış ayları 100 azn, yay fəsli aylan 50 azn hesablanıb. 2014-cu il üçün qış fəsli üçün 100 azn, yay fəsli üçün 50 azn (noyabr,dekabr ayları istilik sistemi olmadığı üçün yay ayı kimi hesablanır) 2015-ei il qış fəsli üçün 55 azn, yay fəsli üçün 50 azn, xx.xx.2015-ci il tarixdən hər ay üçün 35 manatdan hesablanır 2016-cı il hər ay 35 azn, 2017-ci ildən etibarən hər ay üçün 40 manat təşkil edir. Cavabdeh MMC-yə 2010-cu il üçün 150AZN, 2010-cu il üçün 267 Azn, 2011-ci il üçün 102 Azn, 2012-ci il üçün 153 AZN, 2013-cü il üçün 183AZN, 2014-cü il üçün 225 AZN, 2017-ci il üçün 10 Azn , 2019-cu il üçün 280 Azn, 2020-ci il üçün 320 Azn, 2021-ci il may ayı daxil olmaqla 130 AZN, ümumilkdə 1820 manat kommunala, Sayğaca 180 (işiq 100, su 80) 315 manat antenaya, ümumilikdə isə 2315 manat borcu yaranıb. "İdeal-İnşaat Company” MMC tərəfindən Cavabdeh ünvanlamış ünvan 2nzilə 2011, 2013,2019, 2021-ci il tarixli "müqavilə üzrə ödənişin tələb edilməsinə dair” xəbərdarlıqlardan görünür ki, mənzil sakininə kommunal xidmətlərə, sayğaca və antenaya görə borc barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "İdeal- İnşaat Company” MMC ilə Cavabdeh arasında 01 yanvar 2021-ci il tarixdə kommunal xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. "İdeal-İnşaat LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2004-cü il tarixli "Mənzil tikintisi haqqında” müqaviləsinə əsasən, "İdeal-İnşaat LTD” MMC Bakı şəhəri, Mir Cəlal küçəsində inşa edilən 16 mərtəbəli, 1 bloklu, 2 nömrəli evin 19 nömrəli, ümumi sahəsi 85.1 kv.m olan mənzili payçıya təhvil verməyi öz üzərinə götürmüşdür. İddiaçı MTK xx.xx.2003-cü ildən qeydiyyata alınmış, 2021-ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirim, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixində İddiaçı MTK ləğv olunaraq, onun varisi İddiaçı’ MMC yaranmış və qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan xidmətlərin göstərildiyini, bu səbəbdən də cavabdehin 2009-cu ildən başlayaraq 2021-ci ilin may ayı da daxil olmaqla, həmin xidmətlərə görə 1820 manat, habelə sayğaca görə (180 manat) və antenanın quraşdırılmasına (315 manat) görə cavabdehdən ümumilikdə 2315 manat tələb edir, cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ İddiaçı’ MMC ilə Cavabdeh arasında bağlanmış “Kommunal xidmətin göstərilməsinə dair” 01 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən sonuncunun özünə məxsus daşınmaz əmlakın ümumi sahəsinə görə ödəməli olduğu kommunal xərclərdir. Müqavilə tərəfi olan Cavabdeh ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və kiçik miqyaslı təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlakdakı payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə kommunal xidmətlərə görə 2009-cu ildən 2021-ci ilin may ayı daxil olmaqla cəmi 1820 manat məbləğində vəsait, o cümlədən 180 manat sayğaca görə və 315 manat peyk antenaya görə ümumilikdə 2315 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43,6 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu qanuni və əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2315 (bir min iki yüz manat) pul və 43,6 manat dövlət rüsumu tutularaq iddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2161/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2161/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver