Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2163/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “yaşama faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsi, 689A saylı ünvanda yerləşən yaşayış sahəsinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə X10 ilə nikaha daxil olmuş və ünvan 2 ünvanında yerləşən evə gəlin gəldiyi vaxtdan həmin evdə yaşamışdır. Yoldaşı xx.xx.2019-cu il tarixdə mədə girəcəyinin bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Uşaqları adı çəkilən ünvanda qeydiyyatdadırlar. Orada uşaqlarından başqa qayınatası və ərinin keçmiş arvadı və həmin arvaddan doğulmuş uşaqlar da qeydiyyatdadırlar. Uşaqlarının həmin ərazidə yerləşən 82 saylı orta məktəbə getdiklərini bildirmişdir. Keçən ilin sonlarından cavabdehin onu yaşadığı mənzilə buraxmadığını və onun uşaqları ilə birlikdə başqa-başqa yerlərdə qalmalı olduğunu qeyd etmişdir. Mübahisəli ev heç kimin mülkiyyətində deyil və xüsusi əmlak kimi dövlət reyestrində qeydiyyata alınmamışdır. O mübahisəli evdə 2006-cı ildən yaşadığından mübəhisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tətbiq edilməli olduğunu hesab edir. İddiaçı mübahisəli fərdi yaşayış evində 2006-cı ildən yaşadığını da bildirmişdir. Cavabdehin həmin evə pasport qeydiyyatı olsa da, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşadığı üçün iddiaçı özünün də həmin şərtlər daxilində bu evdə yaşamaq hüququnun olduğunu iddia edir. Odur ki, o ünvan 2 saylı ünvanda yerləşən yaşayış sahəsinə köçürülməyini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia ərizəsini məhkəməyə göndərdiyi vaxtdan uzun müddət keçdiyini və bu müddət ərzində o, öz uşaqları ilə həmin evə buraxılmış və yaşamaqda davam etdiyini bildirmişdir. Həmin səbəbdən iddianın qoyulmuş tələb üzrə baxılmasına ehtiyac qalmadığı qeyd olunmuşdur. İddiaçı iddiasının əsasını dəyişərək onun həmin evdə yaşaması faktının tanınmasını istəyir. İddiaçı xx.xx.2006-cı il tarixdə X10 ilə nikaha daxil olmuş və ünvan 2 ünvanında yerləşən evə gəlin gəldiyi vaxtdan həmin evdə yaşayır. Həmin nikahdan iki uşaqları dünyaya gəlmişdir. Qarabağ müharibəsində 2-ci qrup əlil olmuş əri xx.xx.2019-cu il tarixdə ölmüşdür. Uşaqları adı çəkilən ünvanda qeydiyyatdadırlar və həmin ərazidə yerləşən 82 saylı orta məktəbdə təhsil alırlar. Mübahisəli ev heç kimin mülkiyyətində deyil və xüsusi əmlak kimi dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı 2006-cı il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsi, 689A saylı evdə yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı hazırda mübahisəli ünvan 2 ünvanında yerləşən evdə yaşayır, onun üçün ayrı yaşayış otaqları verilmişdir. Onun Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsi, 689A saylı evdə yaşaması faktı iddia icraatı qaydasında iddia tələbi kimi təmin oluna bilməz. Tərəflər arasında mübahisəli hüquq münasibəti yoxdur. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 18 saylı MKİS tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsi, 689A saylı evin eskizinə əsasən həmin tikili yaşayış sahəsi 94,2 kv.m olan 6 otaq, 64,2 kv.m köməkçi sahəsi və 30,2 kv.m həyətyanı sahədən ibarətdir; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1984-cü il tarixdə Azərbaycanda doğulmuşdur; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 18 saylı MKİS tərəfindən verilmiş 22.05.219-cu il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş karxanası) küçəsi, 689A saylı evdə qeydiyyatsız yaşayır. Eyni zaman uşaqları X16 və X11 bu ünvanda qeydiyyatdadırlar; 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1065 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X5 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və Əri: X12 (xx.xx.1971-ci il təvəllüdlü) - vəfat edib, Uşaq: X13 (xx.xx.2014-cü il təvəllüdlü) və Uşaq: X16 (xx.xx.2003-cü il təvəllüdlü) barədə məlumatlar aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, X13 Bakı şəhəri, Nərimanov rayonu, A. Fərid Əhmədov (köhnə Daş karxanası) küçəsi, 689A saylı ünvanda qeydiyyatdadır və həmin ünvanda qeydiyyat olan digər şəxslər: X16, X8, X6, X14, X1 Lətif Azər oğludur; Bakı şəhəri Xətai Rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 284795 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə X7 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah 1680 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qazıyev, arvada Qazıyeva soyadı verilmişdir; xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, 12081954 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş X16 Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş karxanası) küçəsi, 689A saylı ünvanında qeydiyyatdadır; xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, 12081911 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş karxanası) küçəsi, 689A saylı ünvanında qeydiyyatdadır; 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 046976 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1274 nömrə ilə qeyd edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev özbaşına tikilidir, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə onu qeyd edir ki, iddiaçının yaşaması faktının müəyyən olunması hissəsində tələbi əsaslı sayıla bilməz, belə ki, hazırkı mübahisəyə iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. İddiaçının və cavabdehin izahatından aşkar surətdə göründüyü kimi, İddiaçı hazırda mübahisəli ünvanda uşaqları ilə birgə yaşayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, onun mübahisəli ünvanda yaşaması tərəflərin izahatı ilə təsdiq edildiyindən, İddiaçı 2006-cı il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (keçmiş Daş Karxanası) küçəsi, 689A saylı evdə yaşaması faktı yenidən məhkəmə tərəfindən müəyyən edilməməlidir. Odur ki, iddia ərizəsi əsassızdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir, tərəflər arasında mübahisəli hüquq münasibəti mövcud deyil. İddiaçı mənzildə yaşadığı halda ora köçürülməsini, daha sonra isə yaşaması faktının müəyyən olunmasını iddia edir. Məhkəmə subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2163/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2163/2020
23.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver