Məhkəmə qərarları › İş №2(005)-2181/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2181/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2181/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Xocavənd rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “doğum akt qeydinin müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1986-cı ildə Xocavənd rayonunda anadan olmağı haqqında doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydində doğum tarixi qrafasında “xx.xx.1986-cı il”, doğum yeri qrafasında “Xocavənd rayonu”, valideynləri qrafasında “atası (milliyətcə azərbaycanlı olan)- X12”, anası “(milliyətcə azərbaycanlı olan)- X8” kimi göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 1 Saylı Bakı “Asan Xidmət” X4 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Xocavənd rayonunda doğulmuşdur. Xocavənd rayonunun mənfur düşmənlər tərəfindən işğalı nəticəsində torpaqlarımızdan didərgin düşmüş, məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdırlar. Məcburi köçkün düşdükləri zaman ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə itmişdir. Ərizəçi hal-hazırda xx.xx.1986-cı ildə Xocavənd rayonunda doğulmağı və doğum aktı qeydinin bərpa edilməsi haqqında 1 Saylı Bakı “Asan Xidmət” X4 müraciət etmişdir. Lakin 1 Saylı Bakı “Asan Xidmət” X1 xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənin icrası mümkün olmamışdır. Ərizəçiyə hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Xocavənd Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun qızıdır. Qızı xx xxxxxx 1986-cı il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur.Qeyd etmişdir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsini məlum olmayan səbəbdən itirmişdir. Digər şahid X9 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin bacısıdır. Evdə beş uşaq olmuşlar, bacısı X9 yaşca ondan böyükdür. Ərizəçi 1986-cı il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. O, özlərinə məlum olmayan səbəbdən doğum haqqında şəhadətnaməsini itirmişdir. Qeyd edir ki, ataları X12, anaları X5r. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu sektoru 675 №li xx.xx.2022-ci il arayışına əsasən, Vəliyeva X11 rayonundan məcburi köçkündür və Nərimanov rayonu A.Qərib 132 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan 1 Saylı Bakı “ASAN xidmət” X6 Ərizəçi təqdim olunan sənədə əsasən, ərizəçi barəsində Xocavənd rayon qeydiyyat şöbəsi və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1979-1983-cü illər üzrə ilkin, 19791-993-cü illər üzrə bərpa akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Seriya AA № 103140 saylı X10 əsasən, Vəliyeva X11 rayonunda 1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi həqiqətən xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan 15 yanvar 2008-ci il tarixdə AZ-1 № 259630 saylı Vətəndaşlıq vəziyyəti aktlarının X7 təqdim etdiyi sənədə əsasən, X12 16 sentyabr 1995-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci sentyabr ayının 19-cu günündə 04 № ilə qeyd edilmişdir. Qarabağ uğrunda döyüşlərdə yaxınlığında mərmi partlamağı nəticəsində “psixi və nevroloji travma nəticəsində beyin qan dövranı pozğunluğu, insult” nəticəsində vəfat etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. doğulmuşdur. X3, anası X5r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1986-cı il tarixdə Xocavənd rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Doğum haqqında akt qeydi bərpa edilməli, "ata" qrafasında X12, "ana" qrafasında isə X8 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Qeydiyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1986-cı il tarixdə Xocavənd rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X12, "ana" qrafasında isə X8, ata və ana qrafasında milliyyəti “azərbaycanlı” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 1 saylı Bakı “Asan Xidmət” X4 həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar