Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2187/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, X12 ilə xx xxxxx 2012-ci il tarixdə nigahı rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Ailə quran vaxt cavabdeh bacısı Cavabdeh adına aldığı və yaşadığı Bakı şəhəri, Nərimanov rayon Xətai prospekti 40a saylı evin 89 saylı mənzilinə gəlin köçmüş və özünə məxsus əmlakını, cehizini həmin mənzilə apararaq ümumi təsərrüfatı aparmaqla ailə üzvü olmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3, 25.05. 2016-cıil təvəllüdlü X8 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali məhkəmənin Pelnumunun xx.xx.1992-ci il tarixli qərarına əsasən müəyyən edilmiş qaydada köçürmə dedikdə bir qayda olaraq yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Evə dair kommunal ödənişlər etmişlər. Bundan başqa xx.xx.2013-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 həmin ünvanla uşaq poliklinikasında qeydiyatdadır. Mübahisəli ev cavabdeh bacısı Cavabdeh adına Bəxtiyarov Elşən İsa oğlu almışdır belə ki, Elşən Rusiya vətandaşı idi. Mübahisəli evin yeni tikili statusuna malik olmasına baxmayaraq, iddiaçı həmin evə gəlin köçərək uzun müddət orada yaşamış, cavabehlərlə birgə təsərrüfat aparmış, hal hazırda da cehiz əşyaları həmin evdədir və ən əsası azyaşlı uşaqların atası olan göstərilən ünvanda yaşamasının və onun ata kimi övladının üzərində hüquq və vəzifələrə malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, onu Bakı şəhəri, Nərimanov rayon Xətai prospekti 40a saylı evin 89 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə şıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli məhkəmə iclasında etiraz təqdim edərək etirazında bildirmişdir ki, İddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 40a saylı evin 89-cu mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin heç bir qanuni əsası yoxdur. Belə ki, iddia tələbinin əsası kimi aşağıdakılar göstərilmişdir - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 40a saylı evin 89-cu mənzilini iddiaçının həyat yoldaşı X6 alması; iddiaçının sözügedən mənzildə uzun müddət yaşaması və cavabdehlə birgə təsərrüfat aparması; həyat yoldaşı və uşaqlarının atası X6 sözügedən mənzildə yaşaması. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 40a saylı evin 89-cu mənzilini iddiaçının həyat yoldaşı X6 almasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh həmin mənzili xx.xx.2006cı il tarixdə dəyərini tam olaraq 71400 AZN ödəməklə almışdır. İddiaçı isə qardaşı Elşən Bəxtiyarovla 6 il sonra xx.xx.2012-ci ildə ailə qurmuşdur. Elşən Bəxtiyarov 2006-cı ildə Rusiya Federasiyasının vətəndaşı olsa da, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında mənzil almaq hüququ var idi. Belə ki, xarici ölkə vətəndaşı Azərbaycan Respublikasında torpaq ala bilməz. İddiaçının aldığı mənzildə uzun müddət yaşaması ona mənzilə hər hansı bir hüquq qazandırmır. Bundan əlavə, iddiaçı mənimlə birgə təsərrüfat aparmamışdır. Onun başqa bir yaşayış sahəsi olduğu üçün və qardaşının öz mənzili olmadığından Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 40a saylı evin 89cu mənzilində ailəsi ilə birlikdə yaşamasına şərait yaratmışdır. İddiaçının həyat yoldaşı və uşaqlarının atası X12 sözügedən ona məxsus mənzildə yaşamaqla ona hər hansı bir hüquq əldə etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan “xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli, 75№-li arayışından görünür ki, İddiaçı, Bakı şəhəri Xətai prospekti-40a ünvanında "xxxx" MTK-nə məxsus olan yaşayış binasın 89 saylı mənzilində təxminən 2016-2020-ci ilin yanvar ayına kimi ailəsi ilə birlikdə göstərilən ünvanda qeydiyyatsız yaşamışlar. İş materiallarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X9 arasındakı xx.xx.2012ci il tarixdə bağlanmış və 386 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 379683 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05Q- 411/69 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında arayışdan müəyyən olunur ki, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05Q- 412/69 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında arayışdan müəyyən olunur ki, X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş “xxxx” MTK-nın xx.xx.2020-ci il tarixli 524№-li məktubdan görünür ki, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə “tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə bağlı yaranmış zərurətlə əlaqədar 26 oktyabr -2020 ci il tarixində "xxxx" MTK-nə ünvanladığınız məktubla əlaqədar, "xxxx" MTK-i bildirir ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40-a ünvanında "xxxx" MTK-nə məxsus yaşayış binasında İddiaçı adına heç bir mənzil yoxdur. İşlə əlaqədar yuxarıda adı gedən ( Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti -40A. 89 saylı mənzil) Cavabdeh məxsusdur. Hal-hazırda həmin mənzildə Cavabdeh qardaşı X12 müvəqqəti olaraq yaşayır. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MTK-ya 2 otaqlı mənzil üçün 71400 ABŞ dolları ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli kooperativ mənzil tikinti haqqında müqavilədən görünür ki, kooperativ inşa ediləcək binanın İİ giriş Xİ mərtəbə 89 saylı mənzilini payçıya, payçı isə mənzilin dəyərini kooperativə ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X9 arasında xx.xx.2012-ci il tarixində nikah bağlanmış və birgə nikahda 3 uşaqları doğulmuşdur. Nikahda olduqları dövr ərzində iddiaçı və onun övladları cavabdehə (yəni baldızına) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 40a saylı evin 89 saylı mənzildə yaşamışlar. Daha sonra tərəflər arasındakı münasibətlər gərginləşmişdir. Hazırda iddiaçı cavabdehə məxsus evə köçürüməyi tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülmə tələbini irəli sürdüyü mənzil xx.xx.2206-cı il tarixdə "xxxx" MTK ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh məxsusdur. Bu hal "xxxx" MTK tərəfindən verilmiş arayışla da sübut olunur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin sahibinin ailə üzvü olmadığından və həmin mənzildə yaşasa belə, ona istifadə hüququ əldə etmədiyindən, onun mübahisəli evə köçürülməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən məhkəmə iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2187/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2187/2020
23.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver