Məhkəmə qərarları › İş №2(005)-2192/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2192/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2192/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Cavabdehlərdən Cavabdeh1 ASC ilə aralarında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borcları ödəyə bilmədiyinə görə Cavabdeh1 ASC ona və arvadı X1 qarşı müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yekun olaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-7897/2016 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzil hərrac vasitəsilə Cavabdeh1SC-nə satılmış, bankın adına RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Hesab edir ki, hərrac ciddi qanun pozuntularına yol verilməklə keçirildiyinə görə nəticələri etibarsız hesab edilməlidir. İlk olaraq məhkəmənin nəzərinə çatdırır ki, hərracda onun iştirakı təmin edilməmişdir, ümumiyyətlə hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Mənzilin hərrac vasitəsilə banka satılmasından bu yaxınlarda xəbər tutmuşdur. Bu günlərdə əldə etdiyi “Hərracın yekunu barədə protokolun surətindən ona məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında “Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mübahisəli mənzil birinci dəfə 83000 manat ilkin satış qiyməti ilə, ikinci dəfə isə 70550 manat ilin salış qiyməti ilə açıq hərraca çıxarılmış, lakin hər iki hərrac baş tutmamışdır. Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 11 nömrəli protokola əsasən mənzil üçüncü hərracda 52912 manata Banka satılmışdır. Sonradan daşınmaz əmlakın dövlət reyestrində mənzilə xüsusi mülkiyyət hüququ Bankın adına qeydiyyatdan keçmiş və müvafiq çıxarış verilmişdir. Mənzilin mülkiyyətçisi və ipoteka müqaviləsi üzrə ipoteka qoyan olduğu halda, keçirilmiş hər üç hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona bildiriş göndərilməmiş və heç bir məlumat verilməmiş, hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Keçirilmiş qanunsuz hərracın yekununda mənzil bazar dəyərindən 2 dəfə aşağı qiymətə Banka satılmışdır. Hərracın təşkilatçısı birinci və ikinci hərrac barədə ona, yəni mənzilin mülkiyyətçisinə və ipoteka qoyana məlumat verməmiş, hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə onu (ipoteka qoyanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Bundan başqa hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərrac barədə də ona məlumat verməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın və onun nəticələri haqqında 11 nömrəli Protokolun etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzilə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın qanunsuz hesab edilməsi, həmin hərracın nəticələrinə dair 11 nömrəli protokolun və Cavabdeh1SC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixdə təqdim edilmiş ərizədə iddia müddətinin ötürülməsini əsas götürərək də iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38 saylı mənzil ilkin satış qiyməti 83000 manat məbləğində, təkrar satış qiyməti isə 70550 manat, 25 faiz aşağı olan qiyməti isə 52912,50 manat məbləğində müəyyən edilərək Cavabdeh3 MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbayca Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-5956/17 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxxxx 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü ii tarixli 14011- 1039/470285 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 35.508 manat 20 qəpik, faiz borcu qismində 5.475 (beş min dörd yüz yetmiş beş) manat 16 (on altı) qəpik, penya qismində 100 (bir yüz) manat, sənədlərin surətlərinin notariat qaydasında təsdiqlənməsinə çəkilmiş xərcin əvəzi qismində 64 (altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 (iyirmi doqquz) manat, cəmi 41.176 (qırx bir min yüz yetmiş altı) manat 36 (otuz altı) qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (keçmiş Talıbiı) küçəsində yerləşən 34saylı evin, ümumi sahəsi 64.2 kvadrat metr, yaşayış sahəsi 26.9 kvadrat metr olan 38 saylı mənzilinə yönəldilməsi, mənzilinin ilkin satış qiyməti 83.000 (səksən üç min) manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, mənzilinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına İddiaçı "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti”-nə olan borcunun ödənilməsi, "Cavabdeh1" açıq səhmdar cəmiyyətinin iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2016-cı il tarixli İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Cavabdeh3 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar