Məhkəmə qərarları › İş №2(005)-2213/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2213/2020

13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2213/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 Qobustan Rayonu Nabur kəndində 1925-ci il tarixdə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X8 1925-ci ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuşdur. 1942-1947-ci illərdə hərbi xidmətdə olmuş, 1950-ci il 24 yanvarda ailə qurmuşdur, anası X2 1930-cu il 23 noyabrda Bakı şəhərində anadan olmuş, 2014-cü il 28 avqustda Bakı şəhərində vəfat etmişdir. Ailədə 4 uşaq olmuşlar, 1951-ci il 1 dekabrda ərizəçi, 1956-cı il 15 avqustda Qürbətov Tofiq, 1958-ci il 30 sentyabrda Qürbətova Nazilə, 1954-cü il 8 martda Qürbətova Gülnabat anadan olmuş, o, 2015-ci il 28 avqustda vəfat etmişdir. Ərizəçinin atası və əmisi ikisi də vəfat etmişlər, onlara məxsus ümumi mülkiyyətdə olan torpaq sahəsini ərizəçi və onun əmisioğlu Qürbətov Vaqif vərəsə olaraq sənədləşdirmək üçün atasının doğum haqqında şəhadətnaməsinin olması zəruridir. Ərizəçi bununla əlaqədar müxtəlif dövlət orqanlarına, o cümlədən Notariat Kontoruna müraciət etdiyini bildirmişdir. Orada isə ərizəçidən atasının doğum haqqında şəhadətnaməsini istəmişlər. O müxtəlif təşkilatlardan atasının doğum haqqında şəhadətnaməsini istəsə də, onlar bu sənədin arxivdə saxlanmadığını bildirərək rəsmi imtina vermişdilər. Ərizəçi də həmin sənədin məhkəmə qaydasında alınması zərurətində qalmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən, Qobustan rayon Arxiv İdarəsindən, Maraqlı şəxsndən, Şamaxı rayon Arxiv İdarəsindən, Şamaxı Rayon Qeydiyyat Şöbəsindən aldığı cavablardan məlum olur ki, atası Həqiqət Qürbətovun doğumu haqqında heç bir məlumat ala bilməmişdir. Maraqlı şəxsndən alınmış cavab məktubunda qeyd olunur ki, doğum akt qeydinin bərpa edilməsi üçün məhkəmə müraciət olunmalıdır. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, ötən dövrdə atasının doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Ərizəsində göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2010-cu il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan SSR, Nərimanov rayonu, ZAKS VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş, İİ-JQ seriyalı, 262397 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.1980-ci il tarixdə, 55 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir; Bakı Oktyabrskıy ORZ tərəfindən xx.xx.1951-ci il tarixdə verilmiş, İE seriyalı, 715968 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Qürbətov (Kurbatov) Akif Həqiqət (Aqiqat) oğlu xx xxxxxx 1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qürbətov (Kurbatov) Həqiqət (Aqiqat) Mürvət oğlu, anası Şəhrəbanı (Şarabanı) Əlisoltan qızıdır; Bakı Oktyabrskıy rayon ZAQS tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 278183 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Qürbətov (Kurbatov) Həqiqət (Aqiqat) Mürvət oğlu ilə Şəhrəbanı (Şarabanı) Əlisoltan qızı arasında xx xxxxxx 1950-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qürbətov (Kurbatov), arvada Qürbətova (Kurbatova) soyadı verilmişdir; xx.xx.1956-cı il tarixdə verilmiş, İ-İE seriyalı, 267447 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Qürbətov (Kurbatov) Tofiq Həqiqət (Aqiqat) oğlu xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qürbətov (Kurbatov) Həqiqət (Aqiqat) Mürvət oğlu, anası Qürbətova (Kurbatova) Şəhrəbanı (Şarabanı) Əlisoltan qızıdır; xx.xx.1958-ci il tarixdə verilmiş, İ-İE seriyalı, 697074 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Qürbətova (Kurbatova) Nazilə Həqiqət (Aqiqat) qızı xx xxxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. Atası Qürbətov (Kurbatov) Həqiqət (Aqiqat) Mürvət oğlu, anası Qürbətova (Kurbatova) Şəhrəbanı (Şarabanı) Əlisoltan qızıdır; Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli, Q-93 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1925-ci ilə dair Qobustan rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir; Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, cavabdeh Ərizəçi ərizəsinə cavab olaraq, Qobustan rayon Nabur kənd icra nümayəndəliyində doğum haqqında akt qeydi aşkar olunmadığı və ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikası Qobustan Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 006 nömrəli məktubundan görünür ki, X4 doğumu haqqında Qobustan Rayon Dövlət Arxivində heç bir qeydə rast gəlinməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X9 xx.xx.2020-ci il tarixli, 133 nömrəli məktubundan görünür ki, Qobustan rayon VVAQ şöbəsinin sənədləri Dövlət Arxivi Şamaxı filialına təhvil verilmədiyi üçün sorğunu cavablandıra bilmədiklərini və sorğuya cavab almaq üçün Qobustan Rayon VVAQ şöbəsinə müraciət etməyin məqsədə müvafiq olduğu göstərilmişdir. Şamaxı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-90/15 nömrəli məktubundan görünür ki, ərizəçinin sorğusuna cavab olaraq X4 doğumu haqqında akt qeydi Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 Akif Həqiqət oğlunun atasıdır. Ərizəçi hazırda ünvan 2 ünvanında qeydiyyatdadır və bu ünvanda yaşayır. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün atasının doğum faktının müəyyən edilməsini ehtiyacı vardır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirmə üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Beləliklə, iş materiallarından olan sənədlərlə müəyyən edilir ki, ərizəçinin atası X5r. Atasının ölüm haqqında şəhadətnaməsində 55 yaşda ölümün qeydə alınması X4 1925-ci ildə doğulması halını təsdiq edir. Eyni zamanda, ərizəçinin müxtəlif dovlət orqanlarına müraciət edərək atası barəsində doğum haqqında akt qeydinin aşkar olunmaması ona əsas verir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etsin. Bu səbəbdən də, hazırkı hüquqi faktın müəyyən olunması barədə ərizə məhkəmədə baxılmaqla təmin olunmalıdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Qürbətov (Kurbatov) Həqiqət (Aqiqat) Mürvət oğlunun 1925-ci il tarixdə Şamaxı (indiki Qobustan) rayonu, Nabur kəndində anadan olması faktı müəyyən edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsi təmin edilsin. X4 “XX”.”XX”.1925-ci il tarixdə Şamaxı (indiki Qobustan) rayonu, Nabur kəndində doğulması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar