Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2216/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi “nikah haqqında akt qeydinin bərpası faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X7 arasında xx.xx.1988-ci il tarixində Ermənistan Respublikası Masis rayonda qeyd edilmiş 11 nömrəli nikah haqqında akt qeydinin bərpası faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx.xx.1988-ci il tarixində Ermənistan Respublikası Masis rayonunda rəsmi nikaha daxil olmuşdur. Lakin nikah haqqında şəhadətnamədə qaralama olduğundan istifadəyə yararsız vəziyyətdədir. Bu səbəbdən də, nikah haqqında akt qeydinin bərpası üçün Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməyibdir. Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırkı halda yuxarıda adı çəkilən müddəaların 14-cü bəndinin tələblərinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan tərəfindən ərizənizin icrası mümkün deyil. Nikah haqqında akt qeydinizin bərpa edilməsi üçün məhkəməyə müraciət etməlisiniz. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. xx.xx.1988-ci il tarixli, İİ-SL seriyalı 399644 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X10 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmış, 11 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzazadə soyadı verilmişdir. AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-cı il tarixdə doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 15 nömrəli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışının surətində “Azərbaycan Respublikası vətəndaşı xx.xx.1970-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə Ərizəçi xx.xx.1988-ci ildə (akt qeydi № 11) Ermənistan respublikası Masis rayon VVAQ-da Rzazadə (Sadıxov) Çingiz Məhərrəm oğlu ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2021-ci ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (ölüm xx.xx.2021-ci ildə 198 №-li akt qeydi ilə 1 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır) xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövr ərzində Ərizəçi nikah haqqında akt qeydi aşkar edilməmişdir” qeyd olunmuşdur; Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1216/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 adına qeyd edilmiş 19 fevral 2021-ci il tarixli 198 saylı ölüm haqqında şəhadətnamənin 24 sentyabr 1988-ci il tarixli nikah haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, № 399644 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev (zadə) Çingiz Məhərrəm oğlu ilə X10 arasında xx.xx.1988-ci il tarixdə nikah müqaviləsi bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02-ci ayının 19-cü günündə 198 № ilə qeyd edilmişdir. AZ- №508125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Masis rayonunda doğulmuşdur. X5, anası Rzayeva Laçın M.Əli qızıdır. AZE seriyalı P4655537 nömrəli Azərbaycan Respublikasının pasportunun surətindən görünür ki, X8 xx.xx.1965-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuşdur. X6 64 saylı xx.xx.1991 -ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, atası X9, anası Ərizəçidır. İş materiallarında olan X4 1113 saylı xx.xx.1997-ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, atası Rzayev Çingiz, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Ərizəçi tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.4-cü maddəsinə əsasən ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 4.1-ci maddəsinə görə, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlannda qeydə alına bilmir. Həmin qərarın 5.1-ci maddəsində göstərilmişdir ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlannda qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş Rzazadə (Sadıxov) Çingiz Məhərrəm oğlunun 1988-ci ildən nikah münasibətlərində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X7 arasında xx.xx.1988-ci il tarixində Ermənistan Respublikası Masis rayonda qeyd edilmiş 11 nömrəli nikah haqqında akt qeydi bərpası edilsin. Nikah haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2216/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2216/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver