Məhkəmə qərarları › İş №2(005)-2219/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2219/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2219/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 7400 manat və 5000 manat cərimə borcu olmaqla cəmi 12400 (on iki min dörd yüz) manat, habelə ödənilmiş 30,40 manat dövlət rüsumu məbləğinin iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri. Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış nıassivindəki. 26 saylı küçə. 3 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.metr olan 2 otaqdan ibarət, ümumi dəyəri 47.900 manat olan 75 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 40 ay müddətinə cavabdehə satılmışdır. Belə ki. xx.xx.2017-cı il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləsinin 1.1. 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəl klarinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəblərlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da. iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan, hüqıqlarmdan istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə, əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “Satıcı”va cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödən i ən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcfya geri qaytarılır. Hazırda Cavabdeh Ər vər oğlunun xx.xx.2017-cı il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 7400 manat və 5000 manat cərimə borcu yaranmışdır. Həmin Müqavilənin 3.1.2.3-ci bəndinə əsasən. Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda “xxxxxxxxxxx” MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən mənzilin alqı-satqısı haqqında müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, “Alıcı" müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcf'ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay-müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. MM-in 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2. 464.1.462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə, xx.xx.2016-cı il tarixli A/0078 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləsi üzrə Xırdalan şəhəri, Abşeron rayonu. Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK" yaşayış nıassivindəki 26 saylı küçə, 3 mərtəbəli yaşayış binasında ümumi sahəsi 77.4 kv.metr olan 2 otaqdan ibarət 75 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq Cəmiyyətə təhvil verilməsinə ya da sözügedən müqavilə üzrə əsas borc və hesablanmış cərimə borcunun iddiaçının xeyrinə tutulmasına əsas verir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləyə əsasən cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 26 saylı küçə 3 saylı yaşayış binasında, ümumi sahəsi 77.4 kv.metr olan 2 otaqdan ibarət, ümumi dəyəri 47.900 manat olan 75 saylı mənzilə 40500 manat ödəniş etməklə, müqavilədə göstərilən 8900 manat məbləğində pulu 40 ay müddətinə hissə-hissə ödəmək şərtilə cavabdehə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, “xxxxxxxxxxx” MMC .tərəfindən xx.xx.2017-cı il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləsinə əsasən “Alıcı” Əhmədov X1 şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 26 saylı küçə, 3 mərtəbəli yaşayış binasında iimumi sahəsi 77.4 kv.metr olan 2 otaqdan ibarət, 75 saylı mənzilə görə Cəmiyyətə ümumilikdə 40500 manat ödəniş edilmişdir. xx.xx.2017-cı il tarixli M-2665 nömrəli Mənzilin alqı satqısı haqqında müqaviləsi üzrə borc 7400 manat əsas məbləğ və müqavilənin 4.3-cü bəndinə müvafiq qaydada hər gün üçün müqavilə dəyərinin 0.1% həcmində hesablanmış 5000 manat cərimə borcu olmaqla cəmi 12400 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq 7 gün müddətinə ödəməyi əks təqdirdə bağlanmış həmin müqavilə Alıcı tərəfindən öhdəliklərin icra olunmaması səbəbindən, birtərəfli qaydada ləğv ediləcək və həmin mənzil müvafiq qaydada təkrar satışa çıxarılacaqdır Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən, xx.xx.2020-ci il tarixə cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7400 manat əsas, 5000 manat cərimə borcu olmaqla, cəmi 12400 manat məbləğində pul və 30.4 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar