Məhkəmə qərarları › İş №2(005)-2224/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2224/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2224/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2, vəkili və nümayəndəsi X7, Cavabdeh “X18 İnvestisiya Korporasiyası” X10 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh “X18 İnvestisiya Korporasiyası” X8rşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X18 İnvestisiya Korporasiyası” X8rşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X18 İnvestisiya Korporasiyası” X3 tərəfindən artıq ödənilmiş 13.225,68 (on üç min iki yüz iyirmi beş manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun, etibarnamə verilməsi üçün ödənilmiş 11,50 (on bir manat əlli qəpik) manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş 560 (beş yüz altmış) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X18 İnvestisiya Korporasiyası” X16 ilə onun arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli mənzil alqı-satqısına dair 16698 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı qismində çıxış edən “X18 İnvestisiya Korporasiyası” X16 Bakı şəhəri,Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli evin 1-ci blok, 9 mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili ona satmağı öhdəsinə götürmüş, alıcı qismində müqavilənin 2.1-ci bəndinə əsasən o mənzilin dəyərini tərəflərin razılığı ilə 57.341,55 (əlli yeddi min üç yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmuş qiymətin hər ay 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla 36 (otuz altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2.1-ci maddəsinə əsasən satıcı bu müqavilənin müddəaları ilə nəzərədə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etməlidir. Mənzilin alicısı kimi bu müqavilə ilə üzərinə qoyulmuş öhdəliyi vaxtında, lazımınca və tam olaraq yerinə yetirmiş və hal-hazırda da onun tərəfindən icra edilir. Lakin bu müqavilə ilə satıcının üzərinə qoyulmuş şərtlər daxilində öhdəliklər yerinə yetirilməmişdir. Müqavilə tərəfi kimi satıcı olaraq onu aldatmışdır. Bununla bağlı onun tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi olaraq müraciət edilmişdir. Mütəxxəsislərin iştirakı ilə mənzil ölçülmüş və ona təhvil verilmiş mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 44,3 kv.metr, ümumi sahəsi 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olaraq ona 103 kv.metr olan mənzil əvəzinə ümumi sahəsi 82,2 kv.metr mənzil verilmişdir. Bununla cavabdehlə onun arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Onun tərəfindən müqavilə şərtləri pozulduğuna görə ödənilmiş ümumi məbləğdən az verilmş 21 kv.metr sahə üçün ödənilmiş məbləğ ona qaytarılmalıdır. Göründüyü kimi, “X18 İnvestisiya Korporasiyası” X16 tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən müqavilə şərtləri pozulmuş, nəticədə ona külli miqdarda ziyan vurulmuşdur. Onun tərəfindən 20,8 kv.metr yaşayış sahəsi üçün artıq ödənilmiş pul məbləği onun özünə qaytarılmalıdır. Cavabdehə dəfələrlə etdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, aldatma yolu ilə əldə etdikləri pul vəsaitini qaytramaq istəmirlər. Cavabdeh “X18 İnvestisiya Korporasiyası” X10 nümayəndəsi X17 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, müvafiq iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, İddiaçı “X18 İnvestisiya Korporasiyası” X9 xx xxxxxx 2013-cü il tarixli 16698 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, bina 5, blok 1, 9-cu mərtəbə, iki otaqdan ibarət ümumi sahəsi 103 kv.metr olan 90 nömrəli (təzə nömrəsi 96) mənzili 36 (otuz altı) ay müddətinə ödəmək şərti ilə 57.341,35 (əlli yeddi min üç yüz qırx bir manat otuz beş qəpik) manat qiymətinə almışdır. Mənzil xx xxxxxx 2013-cü il tarixdə təhvil-təslim aktı ilə İddiaçı təhvil verilmişdir. Onun ötən 7 (yeddi) il müddətində “X18 İnvestisiya Korporasiyası” X8rşı mənzilin sahəsi ilə bağlı heç bir pretenziyası olmamışdır. “X18 İnvestisiya Korporasiyası” X16 qeyd olunan binanı Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərərfindən təsdiq olunmuş işçi layihəsi əsasında inşa etmiş, həmin layihədə binada qeyd olunan mənzilin sahəsi mövcud qaydalarla hesablanaraq 103 kv.metr təsdiq edilmiş və bina plana uyğun tikilərək dövlət tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mənzillərə çıxarış verərkən mənzillərin sahəsini Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında ölçülmüşdür. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3, şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzillərə reyestrdən çıxarış verilərkən mənzillərin sahəsi fərqli qaydada hesablandığı üçün alıcılar düşünürlər ki, “X18 İnvestisiya Korporasiyası” X9 mənzili salarkən onları aldatmışdır. Hamıya məlumdur ki, mənzilin sahəsinin ölçülməsi qaydaları və hesablanması müxtəlif dövrlərdə fərqli olub və qanunvericiliyin dəyişməsi ilə bu hesablamalar dəyişir. “X18 İnvestisiya Korporasiyası” X16 işçi layihəsini təsdiq edərkən mənzillərin nənzillərin sahəsi mövcud qaydalarla hesablanaraq, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərərfindən təsdiq edilmiş və alqı satqı müqavilələrində də həmin ölçülər qeyd olunmuşdur. Bundan əlavə mənzil satılarkən müqavilədə mənzilin qiyməti kv.metrlə deyil, vahid qiymətlə müəyyən edilmişdir. Əgər müqavilədə mənzilin ümumi sahəsi (tikinti sahəsi) 103 kv.metr kimi deyil, yaşayış sahəsi 40,01 kv.metr təşkil edir yazılsaydı da mənzilin qiymətində fərq olmayacaqdır, mənzil eyni qiymətə satılacaqdır. İşçi layihəsindən də göründüyü kimi qeyd olunan mənzilin yaşayış sahəsi (zal və yataq otağının sahəsi) 40,01 kv.metr göstərilmişdir. İddiaçı alqı-satqı müqaviləsi (müqavilənin 1.2-ci bəndi) bağlayarkən bilirdi ki, mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilmişdir. Mənzilin qiyməti də həmin sahələr daxil edilməklə dəyərləndirilmiş və tərəflərin razılığı ilə müqavilənin 2.1-ci bəndinə əsasən 36 (otuz altı) ay müddətinə ödəmək şərti ilə 57.341,55 (əlli yeddi min üç yüz qırx bir manat əlli beş) manat müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh “X18 İnvestisiya Korporasiyası” X10 nümayəndəsi X17 iddia müddətinin tətbiq edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddaçı İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ilə mənzil alqı-satqı müqaviləsi xx xxxxxx 2013-cü il tarixdə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələrin daxil edildiyi qeyd olunmuşdur. İddiaçı müqaviləni imzalayarkən müqavilə şərtləri ilə tanış və razı olduğunu qeyd etməklə müqaviləni imzalamışdır. Eləcə də o, mənzili həmin tarixdə təhvil-təslim aktı ilə təhvil almış və mənzillə bağlı hər hansı pretenziyasının olmamasını bildirməklə aktı imzalamışdır. Yeddi ildən sonra onun əsassız iddia tələbi ilə məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ötürülmüş iddia müddətinin üzürlü hesab olunaraq bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh “X18 İnvestisiya Korporasiyası” X16 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli mənzil alqı-satqısına dair 16698 nömrəli müqaviləyə əsasən: satıcı qismində çıxış edən “X18 İnvestisiya Korporasiyası” X16 Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli binanın 1-ci blok, 9-cu mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili iddiaçı şəxsə satmağı öhdəsinə götürmüşdür (1.1-ci bəndi); alıcı qismində müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı şəxs mənzilin dəyərini tərəflərin razılığı ilə 57.341,55 (əlli yeddi min üç yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmuş qiymətin hər ay 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla 36 (otuz altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2.1-ci maddəsinə əsasən satıcı bu müqavilənin müddəaları ilə nəzərədə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etməlidir. Lakin bu müqavilə ilə satıcının üzərinə qoyulmuş şərtlər daxilində öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə tərəfi kimi satıcı olaraq cavabdeh təşkilat iddiaçını aldatmışdır. 2016-cı il tarixdə cavabdeh “X18 İnvestisiya Korporasiyası” X12 rəsmi müraciət etmişdir. Cavabdeh “X18 investisiya Korporasiyası” X10 xx xxxxxx 2016-cı il tarixli 14-01/005 nömrəli cavab məktubunda ğöstərilir ki, “mənzili aldığı zaman yerləşdiyi mərtəbə və sahəsi ilə tanış olaraq korporasiya ilə xx xxxxxx 2013-cü il tarixli, 16698 nömrəli müqavilə bağlayaraq təhvil-təsliminə dair onun tərəfindən akt imzalanmışdır”. Bundan sonra 2016-cı ildə cavabdeh “X18 İnvestisiya Korporasiyası” X12 rəsmi müraciət etmişdir.Cavabdeh “X18 İnvestisiya Korporasiyası” X10 xx xxxxxx 2016-cı il tarixli 14-01/161 nömrəli cavab məktubunda ğöstərilir ki, “aldığı mənzilə onun tərəfindən baxış keçirilmiş, mənzilin yerləşdiyi mərtəbə və sahəsi ilə tam tanış olaraq korporasiya ilə xx xxxxxx 2013-cü il tarixli, 16698 nömrəli müqavilə və mənzilin ona təhvil-təsliminə dair akt imzalamışdır. Ərizədə mənzilin sahəsi ilə bağlı onun təklifi məqbul hesab olunmamışdır”. Bununla bağlı onun tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi olaraq müraciət etmişdir. Mütəxəssislərin iştirakı ilə mənzil ölçülmüş və ona təhvil verilmiş mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 44,3 kv.metr, ümumi sahəsi 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olaraq ona 103 kv.metr olan mənzil əvəzinə ümumi sahəsi 82,2 kv.metr mənzil verilmişdir. Bununla cavabdeh ilə onun arasında bağlanmış müqavilənin şərtləri cavabdeh təşkilat tərəfindən pozulmuşdur. Cavabdeh təşkilat tərəfindən müqavilə şərtləri pozulduğuna görə onun tərəfindən ödənilmiş ümumi məbləğdən az verilmiş 21 kv.metr sahə üçün onun tərəfindən ödənilmiş məbləğ ona qaytarılmalıdır. Çoxmənzilli binanın ilkin layihə-smeta sənədlərini əldə edən zaman ona məlum olmuşdur ki, ona aldadılaraq satılmış mənzilin ümumi sahəsi 82,2 kv.metr təsdiq edilmişdir. Lakin cavabdeh onu aldadaraq müqavilədə sahəni artırmış və ondan çox pul almaq niyyətində olmuşdur. Hazırki məhkəmə baxışına iddiaçının nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsi əsassızdır. Ona görə ki, o mənzili 2014-cü ildə almağına baxmyaraq ora 2018-ci ilin oktyabr ayında köçmüşdür. Mənzilin ölçülərinin az olmasını ilkin olaraq vizual ğözlə müəyyən etmək mümkün deyildir. O, hüququnun pozulmasını 2018-ci ildə ehtimal etməyinə baxmayaraq, bu pozulmanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi cavabından sonra tam müəyyən etmişdir. Ona görə də, iddia müddətinin axımı məhz 2019-cu ildən hesablanmalıdır. Bu gün də cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi cavabına etiraz edir və göstərir ki ,mənzlin ölçüləri düzgündür. Mənzilin təhvil verilməsinə dair xx xxxxxx 2013-cü il tarixdə mənzili yerində ölçmədən tərtib edilmişdir. O, pozulmuş hüquqlarının bərpasına dair iddia ərizəsi ilə məhkəməyə bir ay keçdikdən sonra mart ayında müraciət etmişdir. Onun özü mühəndis deyil, mənzilin ölçülərini dəqiq müəyyən edə bilməzdi. Ona görə də ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunmasını istəyir. Eyni zamanda, o hüquqlarının pozulmasını 2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi cavabından sonar bildiyindən iddia müddəti də həmin gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən, müvafiq ərizənin təmin edilməsi, iddiaçı şəxsin hüquqlarının pozulmasını 2019-cu ildə bildiyindən iddia müddətinin ötürülməsi və cababdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə almadan işi mahiyyəti üzrə baxılmasını, əgər iddia müddətinin xx xxxxxx 2013-cü il tarixdən başlanması qənaətinə gəlinərsə, ötürülmüş müddətin üzürlü hesab olunaraq bərpa edilməsini və işə mahiyyət üzrə baxılıb qanuni, əsaslı və obyektiv qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ötürülmüş iddia müddətinin üzürlü hesab olunaraq bərpa olunması tələbinə dair ərizəni müdafiə edərək, müvafiq ərizənin təmin edilməsi, iddiaçı şəxsin hüquqlarının pozulmasını 2019-cu ildə bildiyindən iddia müddətinin ötürülməsi və cababdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə almadan işi mahiyyəti üzrə baxılmasını, əgər iddia müddətinin xx xxxxxx 2013-cü il tarixdən başlanması qənaətinə gəlinərsə, ötürülmüş müddətin üzürlü hesab olunaraq bərpa edilməsini və işə mahiyyət üzrə baxılıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X18 İnvestisiya Korporasiyası” X10 nümayəndəsi X17 iddia ərizəsini qəbul etməyərək, iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “X18 İnvestisiya Korporasiyası” X16-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 16698 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir (1.2-ci bənd). Satıcı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür (1.3-cü bənd). Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 57.341,55 (əlli yeddi min üç yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiymətini hər ay 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla, 36 (otuz altı) ay müddətinə ödəməyi öhdəsinə götürür (2.1-ci bənd); “X18 İnvestisiya Korporasiyası” X10 Mənzil Təhvil Komissiyasının sədri və iki nəfər üzü ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllə, 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli (yeni nömrəsi 96) iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzilin sahibi İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli aktın surətindən və məzmunundan görünür ki, “X18 İnvestisiya Korporasiyası” X16-satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllədə 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili 16698 nömrəli xx xxxxxx 2013-cü il tarixli müqavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq təhvil verir, İddiaçı-alıcı isə təhvil alır. Tərəflərin bir-birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud deyildir; “X18 İnvestisiya Korporasiyası” X10 xx xxx 2017-ci il tarixli 10 nömrəli arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllə, bina 5, blok 1, 9-cu mərtəbə, ümümi sahəsi 103 kv.metr olan 90 nömrəli mənzil üçün İddiaçı xx xxxxxx 2013-cü il tarixli 16698 nömrəli müqaviləyə dair heç bir borcu yoxdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli **********68 nömrəli məktubunun məzmunundan görünür ki, ünvan 1 96 ünvanda yerləşən “X18 İnvestisiya Korporasiyası” X12 məxsus mənzilin sahəsinin dəqiqləşdirilməsi üçün mühəndisin göndərilməsi ilə bağlı ********** nömrəli, xx xxxxxx 2020-ci il tarixli ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq idarənin mütəxəssisi ünvanda olarkən məlum olmuşdur ki, sözügedən mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 42,8 kv.metr, ümumi sahəsinin 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (eyvan sahəsi ümumi sahəyə 0,3 əmsalı ilə daxil edilmişdir (8,2x0,3=2.4)). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarxili 07 nömrəli qərarı ilə təsdiq olunmuş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurmaqla hesablanır; İddiaçı “X18 İnvestisiya Korporasiyası” X12 ünvanladığı ərizənin məzmunundan görünür ki, “X18 investisiya Korporasiyası” X16 ilə onun arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 16698 nömrəli mənzil alqı-satqı müqaviləsinə əsasən, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı qismində çıxış edən “X18 İnvestisiya Korporasiyası” X16 Bakı şəhəri,Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5 nömrəli binanın 1-ci blok, 9cu mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənziliona satmağı öhdəsinə götürmüş, alıcı qismində müqavilənin 2.1-ci bəndinə əsasən o mənzilin dəyərini tərəflərin razılığı ilə 57.341,55 (əlli yeddi min üç yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmuş qiymətin hər ay 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla 36 (otuz altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2.1-ci maddəsinə əsasən satıcı bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etməlidir. Mənzilin alıcısı kimi bu müqavilə ilə üzərimə qoyulmuş öhdəliyi vaxtında, lazımınca və tam olaraq yerinə yetirmişdir. O, hal-hazırda da müqavilə öhdəliyini icra edir. Lakin bu müqavilə ilə satıcının üzərinə qoyulmuş şərtlər daxilində öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə tərəfi kimi satıcı olaraq onu aldatmışdır. Bununla bağlı onun tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi olaraq müraciət etmişdir. Mütəxxəsislərin iştirakı ilə onun mənzili ölçülmüş və ona təhvil verilmiş mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 44,3 kv.metr, ümumi sahəsi 83,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olaraq ona 103 kv.metr olan mənzil əvəzinə ümumi sahəsi 83,7 kv.metr mənzil verilmişdir. Bu hal müqavilənin şərtlərinin pozulmasıdır. Cəmiyyət tərəfindən müqavilə şərtləri pozulduğuna görə onun tərəfindən ödəniləcək ümumi məbləğdən az verilmş hər kv.metr sahə üçün müəyyən edilmiş məbləğ çıxılmalıdır. Bu barədə ona təcili məlumat verilməlidir. Razılaşma əldə edilmədiyi təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi barədə cəmiyyəti xəbərdar etmişdir; Səyyar-ASAN 2 tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1988-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş Talıbova X6 şəhəri, X21 küçəsi, ev 2 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X18 İnvestisiya Korporasiyası” X16-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 16698 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 57.341,55 (əlli yeddi min üç yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiymətini hər ay 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla, 36 (otuz altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış eyni tarixli aktla mənzil satıcı tərəfindən alıcıya təhvil verilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, tərəflərin bir-birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud olmamışdır. xx xxx 2017-ci il tarixli arayışla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllə, bina 5, blok 1, 9-cu mərtəbə, ümümi sahəsi 103 kv.metr olan 90 nömrəli mənzil üçün İddiaçı xx xxxxxx 2013-cü il tarixli 16698 nömrəli müqaviləyə dair heç bir borcunun olmaması müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx xxxxxx 2020-ci il tarixli ərizə ilə müraciət edərək, ünvan 1 96 ünvanda yerləşən “X18 İnvestisiya Korporasiyası” X12 məxsus mənzilin sahəsinin dəqiqləşdirilməsi üçün mühəndisin göndərilməsi xahiş olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən sözügedən mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 42,8 kv.metr, ümumi sahəsinin 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (eyvan sahəsi ümumi sahəyə 0,3 əmsalı ilə daxil edilmişdir (8,2x0,3=2,4)). Məhkəmə tərəfindən həm də müəyyən edilmişdir ki, İddiaçı müvafiq mənzilin sahəsinin dəqiqləşdirilməsi üçün cavabdeh “X18 İnvestisiya Korporasiyası” X12 ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxxəsislərin iştirakı ilə onun mənzili ölçülmüş və ona təhvil verilmiş mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 44,3 kv.metr, ümumi sahəsi 83,7 kv.metr təşkil etmişdir. Bu baxımdan iddiaçı şəxs hesab edir ki, cavabdeh təşkilat onu aldadaraq, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı olaraq ona 103 kv.metr olan mənzil əvəzinə ümumi sahəsi 83,7 kv.metr mənzil verilmişdir. Ona görə də, İddiaçı cavabdeh “X18 İnvestisiya Korporasiyası” X8rşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, cavabdeh “X18 İnvestisiya Korporasiyası” X3 tərəfindən artıq ödənilmiş 13.225,68 (on üç min iki yüz iyirmi beş manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun, etibarnamə verilməsi üçün ödənilmiş 11,50 (on bir manat əlli qəpik) manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş 560 (beş yüz altmış) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2006-cı il tarixli qərarında özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır; onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir: ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyinin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra-Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, məhkəmə İddiaçı tərəfindən müvafiq müqavilə üzrə ödənilmiş artıq pul vəsaitini tələb etməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 3 (üç) illik müddətin ötürüldüyünü və cavabdeh “X18 İnvestisiya Korporasiyası” X10 nümayəndəsi X17 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və İddiaçı cavabdeh “X18 İnvestisiya Korporasiyası” X8rşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X18 İnvestisiya Korporasiyası” X8rşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar