Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2226/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Tərəflərin iştirakı olmadan, Ərizəçi Natella Sirac qızının Maraqlı şəxs cəlb edilməklə miras əmlakının faktiki qəbul edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Natella Sirac qızı maraqlı şəxs X6 cəlb edilməklə miras əmlakının faktiki qəbul edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi mərhum həyat yoldaşı X8 ilə Bakı şəhəri Səadət Sarayında 12 mart 1973-cü il tarixdə № 723 saylı akt qeydləri kitabında nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.04.1977-ci il təvəllüdlü X11 və 01.04.1974-cü il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı X8 28.10.2009-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1419 saylı mübahisəli bağ sahəsi icarədar “Bağlar Təsərrüfat İdarəsi” ilə icarəçi qayınatası X9 arasında bağlanmış 05.02.1974-cü il tarixli, № 7804 saylı “bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi” barədə müqavilə əsasında ayrılmışdır. Bakı şəhəri İcraiyyə Komitəsinin № 7804 saylı “bağın inventarlaşdırma” vərəqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1419 saylı bağ sahəsinin sahibi X10 olduğu görünür. İ.Salayev vəfat etdikdən sonla (29.09.1975-ci il) yuxarıda qeyd edilən torpaqa sahəsi tam olaraq ərizəçinin və ailə üzvlərinin sahibliyinə və istifadəsinə keçmişdir. 25.11.2009-cu il tarixdə AZ-İ №392261 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən göründüyü kimi, X8 28.10.2009-cu il larxidə vəfat elmişdir. Bundan sonra, həmin bağ sahələrinin kommunal ödənişləri belə onun adına rəsmiləşdirilmişdir. Daha sonra 2007-ci il tarixdə X2 adına rəsmiləşdirilmiş BTİ və İB-nin 7804 saylı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.08.2019-cu il tarixli, 2(006)-4679/2019 saylı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həyal yoldaşı X4 vəfatından sonra notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsinin onun, yəni Ərizəçi adına rəsmiləşdirilmiş və bununla bağlı hətta X2 və onun ailə üzvlərinin imtina ərizəsi belə mövcud olmuşdur. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.08.2019-cu il tarixli, 2(006)-4679 2019 saylı qüvvədə olan qiyabi qətnaməsi ilə 2007-ci il tarxidə X2 adına rəsmiləşdirilmiş BTİ və İB-nin 7804 saylı müqaviləsi etibarsız hesab edilmişdir. Beləliklə, Bakı şəhəri, Xəzər rayon, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsində hər hansı əmlaka dair mübahisə mövcud olmadığından, Ərizəçi faktiki qəbul olunması zərurəti yaranmışdır. Vərəsənin mirasın açıldığı yer iizrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsinin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı idarə etmək üsulu. Beləliklə, qeyd olunan işin hallarından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsinin onun, Ərizəçi adına rəsmiləşdirilmiş və bununla bağlı hətta X2 və onun ailə üzvlərinin imtina ərizəsi olduğu, yəni miras əmlakına dair hər hansı mübahisənin olmadığı, həmçinin onun qeyd olunan əmlaka 40 ildən artıq müddətdir ki, miras əmlakının faktiki qəbulunun əsas şərti olan faktiki sahibliyi və onu idarə etməyi, həmin torpaq sahəsi ilə bağlı bütün kommunal xərclərin adına illərdir rəsmiləşdirilməsi və mirası qəbul etdiyini hərəkətləri ilə şəksiz nümayiş etdirməyi qeyd olunan torpaq sahəsində pay hüququnun müəyyən olunmasını zəruri edir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsində onun, Ərizəçi tərəfindən miras əmlakının faktiki qəbul olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Natella Sirac qızı məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilən X2 Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra 20.04.2021-ci il tarixdə ərizəçi Natella Sirac qızı ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23.08.2019cu il tarixli 2(006)-4679/2019 saylı Qiyabi qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, 2007-ci il tarixində X2 adına rəsmiləşdirilmiş BTİ və İB-nin 7804 saylı müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 25.11.2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.10.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin noyabr ayının 25-ci günündə 757 № ilə qeyd aparılmışdır. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 25.09.1975-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26.09.1975-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1975-ci ilin sentyabr ayının 29-cu günündə 1607 № ilə qeyd aparılmışdır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 282216 №-li, 12.01.1972-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 12.01.1972-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 723 saylı akt qeydi tərtib olunmuş, ərə Salayev, arvada Salayeva soyadı verilmişdir. İş materiallarında olan Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-JQ 487048 №-li, 23.04.1974-cü il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 01.04.1974-cü il tarixdə anadan olmuşdur. X20 İsmayıl oğlu, anası X5r. Azərbaycan Respublikası Daşınmaz Əmlakının Dövlət Reyestr Xidməti Bakı Şəhər Ərazi İdarəsinin torpaq sahəsinin planının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsinin icarədarı BTİ və İB-nin 7804 saylı müqaviləsi üzrə X3r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faklik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faklik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək. məhkəmə belə qənaətə gəlir ki. ərizə təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsində Ərizəçi tərəfindən miras əmlakının faktiki qəbul olunması təsdiq edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1419 saylı bağ sahəsində Ərizəçi tərəfindən miras əmlakının faktiki qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2226/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2226/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver