Məhkəmə qərarları › İş №2(005)-2235/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2235/2024

01.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2235/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 22 noyabr 2023-cü il tarixli 177/k nömrəli əmrinin ləğv edilməsi, İmişli rayon filialında traktor parkında çilingər işinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və boş dayanmaya görə cavabdehdən kompensasiya alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı qarşı tərəflər aralarında barışıq sazişi bağlandığını bildirərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 01 avqust 2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar:

1. İddiaçı - İddiaçı iddia ərizəsində “işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsinə”dair hissəsindən imtina edir və öz xahişi ilə işdən azad olunması ilə bağlı Cavabdeh MMC-yə ərizə təqdim edir.

2. Cavabdeh - Cavabdeh MMC X1 Xidmətinin texniki dəstəyi əsasında iddiaçı - İddiaçı ilə Cavabdeh MMC arasında mövcud olmuş əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi haqqında 22 noyabr 2023-cü il tarixli 177/k nömrəli əmrin “Elektron Hökümət” portalı üzərində ləğv edilərək, həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi barədə elektron sistemdə düzəlişin edilməsini öhdəsinə götürür.

3. Bu barışıq sazişinin imzalanması ilə bağlı tərəflər hüquqi məsuliyyəti, sazişin məzmununu və hüquqi nəticələrini aydın şəkildə dərk edirlər.

4. Hazırki saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair 2(005)-2235/2024 saylı mülki iş üzrə tərəfər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı - İddiaçı iddia ərizəsində “işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsinə” dair hissəsindən imtina edir və öz xahişi ilə işdən azad olunması ilə bağlı Cavabdeh MMC-yə ərizə təqdim edir.

2. Cavabdeh - Cavabdeh MMC X1 Xidmətinin texniki dəstəyi əsasında iddiaçı - İddiaçı ilə Cavabdeh MMC arasında mövcud olmuş əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi haqqında 22 noyabr 2023-cü il tarixli 177/k nömrəli əmrin “Elektron Hökümət” portalı üzərində ləğv edilərək, həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi barədə elektron sistemdə düzəlişin edilməsini öhdəsinə götürür.

3. Bu barışıq sazişinin imzalanması ilə bağlı tərəflər hüquqi məsuliyyəti, sazişin məzmununu və hüquqi nəticələrini aydın şəkildə dərk edirlər.

4. Hazırki saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair 2(005)-2235/2024 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) şikayət verilə bilər.

Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar