Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2237/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “sənədlərin şəxsə məxsus olması” tələbinə dair tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə və onun dəlilləri Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla digər hüquqi hallar tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə X8 arasında nikahın bağlanması haqqında şəhadətnamədə qeyd edilən “X8”nın, X3na məxsus doğum haqqında akt qeydində göstərilmiş “X7”nın və nikah haqqında akt qeydində “X11”nın “X8” olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı X8 xx.xx.1956-cı ildə Zərdab rayonunda anadan olmuşdur. 22 fevral 2025-ci ildə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Buna dair Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 02 mart 2025-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X3 ilə ərizəçinin nikahın bağlanması haqqında şəhadətnamədə mərhumun ata adı “Ağabba qızı” kimi göstərilmişdir. Digər bütün sənədlərində, doğum haqqında şəhadətnamə, diplom və xarici pasportunda X4 göstərilmişdir. Lakin qeydiyyat şöbəsindən verilmiş məktuba əsasən doğum haqqında akt qeydində mərhumun adı “Rəhilə” kimi deyil, ”İrəhilə” kimi göstərilmişdir. Ərizəçi mərhum arvadının ölümündən sonra ailə başçısını itirməyə görə pensiya almaq üçün bir sıra sənədlər toplamalı olmuşdur. Bunlardan biri də subaylıq haqqında arayışdır. Bununla bağlı Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etsə də, təqdim olunan sənədlərdə ziddiyyət olduğu üçün müraciətinin icrası mümkün olmamış və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən,ərizəçi məhkəməyə müraciət etmək məcburiyyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş Ərizəçi və onun nümayəndəsi X10 ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 məhkəməyə bildirmişdir ki, X5 gəlinidir. Öz ifadəsində qeyd etmişdir ki, X2 rayonunda xx.xx.1956-cı il tarixdə anadan olub. 23 fevral 2025-ci il tarixdə rəhmətə gedib. Xəstəliyi olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində məhkəməyə bildirmişdir ki, X8 onun anasıdır. X1 23 fevral 2025-ci il tarixdə rəhmətə getdiyini qeyd etmişdir. Şahid ifadəsində qeyd etmişdir ki, o babasını görüb. Babası rəhmətə gedəndə Rusiyada olub. Ölüm tarixini xatırlamır. Məhkəmə ərizəni izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - 05 iyul 1973-cü il tarixli,İ-ЖГ 479898 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1956-cı ildə Zərdab rayonunda doğulmuşdur. Bu barədə xx.xx.1956-cı il tarixi ilə 18 nömrə ilə qeydiyyata alınmışdır. - AZE 08807540 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X8 xx.xx.1956-cı il tarixdə Zərdab rayonunda doğulmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 02 mart 2025-ci il tarixli, AZ-İİ № 487011 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2025-ci ildə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Bakı şəhərində vəfatı qeydə alınmışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə ölüm haqqında akt qeydlər kitabında 163 nömrə ilə qeydiyyata alınmışdır. -xx.xx.1985-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuşdur. Bu barədə xx.xx.1985-ci il tarixi ilə 3 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Cəfərov, arvada İbrahimova soyadı verilmişdir. - 10 mart 1977-ci il tarixli; №016871 nömrəli diplomun surətindən görünür ki X8 2 saylı Bakı Tibb Məktəbini 1977-ci ildə sanitar-feldşer ixtisası üzrə tam kursu bitirmişdir. - AR Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki,onun müraciətinə baxılmış və təqdim etdiyi sənədlərdə ziddiyyət olduğu üçün icra olunmasının mümkün olmadığı bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. - xx.xx.2012-ci il tarixli P4706585 nömrəli pasporta X5 doğulduğu tarix xx.xx.1956-cı il kimi qeyd olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mərhumə X8 ilə Ərizəçi arasında nikahın bağlanması haqqında şəhadətnamədə ad “X9” kimi qeyd edilsə də ona məxsus olan digər sənədlərdə, o cümlədən doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində “X8” kimi qeyd edilib. Beləliklə, bu hissədə ərizə əsaslıdır və təmin edilməlidir. Digər tərəfdən ərizəçi ərizəsində mərhumənin doğum akt qeydində adının "X7” kimi qeyd edildiyini bildirsə də, sənədlərlə bu təkzib edilir. Belə ki, doğum haqqında şəhadətnamədə şəxsin adı düzgün qeyd edilmişdir. Ərizəçi ərizəsində nikah akt qeydində “X17” qızı qeyd edildiyi bildirir, məhkəmə iclasında verilən izahatında isə ölüm haqqında şəhadətnamədə bu şəkildə qeyd edildiyini bildirir. Məhkəmə qeyd edir ki, hər iki sənəddə şəxsin soyadı “İbrahimova” olaraq qeyd edilib. Bu da ondan irəli gəlir ki, şəxs nikaha daxil olarkən öz soyadını dəyişməyib. Belə olan təqdirdə ərizə bu hissədə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə qismən təmin edilməli, 14 fevral 1985-ci il tarixli, İİİ-ЖГ 420885 seriyalı, Ərizəçi ilə X9 arasında nikahın bağlanması haqqında şəhadətnamənin 27 yanvar 1956-cı il təvəllüdlü X6 məxsus olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 14 fevral 1985-ci il tarixli, İİİ-ЖГ 420885 seriyalı, Ərizəçi ilə X9 arasında nikahın bağlanması haqqında şəhadətnamənin 27 yanvar 1956-cı il təvəllüdlü X6 məxsus olması faktı təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2237/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2237/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver