Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2248/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, CavabdehMMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "iddiaçının hüquqi gözləntisi olan dövlət reyestrində iddiaçının adına qeydə alınmış mülkiyyəti yaxınlığında aparılan qazıntı, söküntü, dağıntı və s.-nin qanunsuz hesab edilməsi, ara məsafəsi tələbinə əməl edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "iddiaçının hüquqi gözləntisi olan dövlət reyestrində iddiaçının adına qeydə alınmış mülkiyyəti yaxınlığında aparılan qazıntı, söküntü, dağıntı və s.-nin qanunsuz hesab edilməsi, ara məsafəsi tələbinə əməl edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən qonşu həyətlərdə, ünvan 1 ünvanlı iddiaçıya məxsus olan ümumi sahəsi 118,4 kv metr olan 4 otaqlı ibarət B tikilisi (57 nömrəli 01.03.2016 tarixli RİH sərəncamında mənzil 4 kimi qeyd olunmuşdur) və ona məxsus olan üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair məhkəmədən (45/2021 saylı iş) hüquqi nəticə gözləntisi olan həyətyanı torpaq sahəsi və hasarının yaxınlığında apardığı bütün qazıntı, söküntü, dağıntı, inşaat tikinti işləri AR ŞTM-nin 69-cu maddəsinin (ara məsafəsi), AR “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsinin, AR Konstitusiyasının 13, 29, 68-ci,71-ci maddələrinin tələb, göstəriş müddəaları tətbiq edilərək, qeyri-qanuni hesab edilməsi, cavabdehdən AR ŞTM-nın 69-cu maddəsinin “ara məsafəsi” tələbinə əməl edilərək qazıntı, söküntü, inşaat-tikinti işləri aparılması (“B” tikilisinə münasibətdə) tələb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı 14 iyul 2021-ci və 26.07.2021-ci il tarixlərdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbindən imtina etdiyini bildirmiş və əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı ərizəsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarında iştirak etməyəcəyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, bu səbəbdən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı cavabdeh "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "iddiaçının hüquqi gözləntisi olan dövlət reyestrində iddiaçının adına qeydə alınmış mülkiyyəti yaxınlığında aparılan qazıntı, söküntü, dağıntı və s.-nin qanunsuz hesab edilməsi, ara məsafəsi tələbinə əməl edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı cavabdeh "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "iddiaçının hüquqi gözləntisi olan dövlət reyestrində iddiaçının adına qeydə alınmış mülkiyyəti yaxınlığında aparılan qazıntı, söküntü, dağıntı və s.-nin qanunsuz hesab edilməsi, ara məsafəsi tələbinə əməl edilməsi” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2248/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2248/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver