Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2266/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.m ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin onun tərəfindən sökülməsi, mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 8ci binanın 3-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə, 72 kv.metrdən ibarət olan təmirli yaşayış sahəsinin cavabdehə təhvil verilməsi, mənzilin ona təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək onun tərəfindən cavabdehə hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı) binaların sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında ona 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. İcra Hakimiyyətinin həmin sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə onun istifadəsinə verilməsi haqqında İcra Hakimiyyəti ilə arasında 1572 saylı, xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər sərəncama və qanunvericiliyə uyğun olaraq icra edilir. Hazırda Həsənoğlu küçəsində qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasıyla əlaqədar proses təxirə salınmadan davam edilməkdədir. Aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi Həsənoğlu küçəsi ev 12 ünvanında yerləşən 24 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh onun qarşısında əsassız tələblər irəli sürdüyündən razılıq əldə olunmamışdır. Onun tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, mənzillərdən köçmələri üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. Onun tərəfindən Cavabdeh sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 72 kv.m yaşayış sahəsi və təhvil verilənədək aylıq 400 manat kirayə haqqı təklif olunmuşdur. Cavabdeh ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Cavabdehə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Tərəflər məhkəməyə ərizə ünvanlayaraq, aralarında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər və bildirmişlər ki, iş üzrə icraata xitam verilmənin hüquqi nəticələri ona aydındır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hazırda tərəflər mübahisəni məhkəmədən kənar öz aralarında həll edərək məhkəmə araşdırmalarını aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi ilə tamamlamaq qərarına gəlmişlər. Tərəflər, yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı QSC və Cavabdeh bu bəndlər ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər;
1. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.metrdən (faktiki sahəsi 60,1 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilir və həmin mənzil İddiaçı QSC tərəfindən sökülür.
2. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.metrdən (faktiki sahəsi 60,1 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 7-ci binanın (G blok) 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 101 kv.metrdən ibarət olan təmirsiz 17 saylı mənzil və həmin binanın mənfi 1-ci qatında yerləşən 1 yerlik 6 nömrəli avtodayanacaq İddiaçı QSC tərəfindən Cavabdeh təhvil verilir.
3. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.metrdən (faktiki sahəsi 60,1 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzildən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə daşınması İddiaçı QSC tərəfindən təmin edilir.
4. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı bina söküləndə Cavabdeh tərəfindən İddiaçı QSC-yə 45000 manat məbləğində pul ödənilir.
5. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr, borclar və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz (hüquqmüəyyənedici sənəd alınan müddətə kimi).
6. Sazişi imzalandıqdan sonra tərəflər biri-digərinə qarşı hər hansı bir əmlak və ya qeyri-əmlak xarakterli, pul kompensasiyası tələbi, o cümlədən əlavə yaşayış sahəsi və təmir (təmir xərci) tələbi irəli sürülməyəcəkdir.
7. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazımınca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
8. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı gündən qüvvəyə minir.
Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.metrdən (faktiki sahəsi 60,1 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilir və həmin mənzil İddiaçı QSC tərəfindən sökülür.
2. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.metrdən (faktiki sahəsi 60,1 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 7-ci binanın (G blok) 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 101 kv.metrdən ibarət olan təmirsiz 17 saylı mənzil və həmin binanın mənfi 1-ci qatında yerləşən 1 yerlik 6 nömrəli avtodayanacaq İddiaçı QSC tərəfindən Cavabdeh təhvil verilir.
3. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 37,68 kv.metrdən (faktiki sahəsi 60,1 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 24 saylı mənzildən Cavabdeh əşyalarının müvəqqəti yaşayış yerinə daşınması İddiaçı QSC tərəfindən təmin edilir.
4. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı bina söküləndə Cavabdeh tərəfindən İddiaçı QSC-yə 45000 manat məbləğində pul ödənilir.
5. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr, borclar və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz (hüquqmüəyyənedici sənəd alınan müddətə kimi).
6. Sazişi imzalandıqdan sonra tərəflər biri-digərinə qarşı hər hansı bir əmlak və ya qeyri-əmlak xarakterli, pul kompensasiyası tələbi, o cümlədən əlavə yaşayış sahəsi və təmir (təmir xərci) tələbi irəli sürülməyəcəkdir.
7. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazımınca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
8. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı gündən qüvvəyə minir.
İddiaçı QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair 2(005)-2266/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ramin Quliyev