Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2271/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1257,80 (bir min iki yüz əlli yeddi manat 80 qəpik) əsas borc, 500 (beş yüz) manat xxxxi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən xxxxi şəxsdir. Cavabdeh 25.09.2005-ci ildə Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə “xxxx" Mənzil Tikinti Kooperativi arasında 66 №-li mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır və Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. “xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən İddiaçı xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. İddiaçı xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə 01.05.2018-ci il tarixdən 01.03.2021-ci il tarixədək mövcud olan İddiaçı borcunu ödəməmişdir. Belə ki, Cavabdeh İddiaçı xidmət haqqı borcu 907,80 (doqquz yüz yeddi manat 80 qəpik) təşkil edir. Bundan əlavə avtomobil dayanacağına 350 (üç yüz əlli) manat, ümumilikdə 1257,80 (bir min iki yüz əlli yeddi manat 80 qəpik) borc formalaşmışdır. Eyni zamanda iddiaçı Cavabdeh 26.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə etiraz təqdim edərək iddia ərizəsinin 907,80 manat komunal ödənişlərin ödənilmə hissəsində borcu etiraf edərək həmin hissədə təmin edilməsini, 350 manat avtomobil dayanacağı haqqı və 500 manat xxxxi yardım hissəsində isə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. 31.03.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı xidmət haqqı və avtodayanacaq borcu ilə bağlı cədvəldən görünür ki, Cavabdeh qrafik üzrə aylı ödəniş 26.70 manat olmaqla (iyirmi altı manat 70 qəpik) manat müəyyən edilmişdir. Cavabdehin İddiaçı xidmət haqqına görə borc məbləği 907,80 manat (doqquz yüz yeddi manat səksən qəpik) manat, avtodayanacağa görə borc məbləği 350 (üç yüz əlli) manat olmaqla ümumi borc məbləği 1257,80 (min iki yüz əlli yeddi mana səksən qəpik) manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh ünvanlanmış 22.05.2020-ci il tarixli 58 nömrəli məktubundan görünür ki, cavabdeh binanın sakini olaraq İddiaçı xidmətlərdən istifadə edir. Aparılmış təhlildən müəyyən olunmuşdur ki, cavabdehin 01 iyun 2020-ci ilədək 792 (yeddi yüz doxsan iki) manat İddiaçı borcu vardır. Bu səbəbdən ciddi maliyyə problemi yaranmışdır. 5 gün müddətində həmin borcun ödənilməsini əks təqdirdə həmin borc qanunverciliyin tələbləri əsasında tələb olunacağı qeyd edilmişdir. Qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı 29.02.2008-ci il tarixdə qeydiyyata alınmış və xxxxi ünvanı İmişli rayonu, İmişli şəhəri, Nəsimi, ev 15-dir. Sifarişçi “xxxx” Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında 01 may 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi” yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək xxxxunu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. “xxxx” Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28.04.2008-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-İddiaçı xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanması və bina sakinlərinə göstərilən mənzil-İddiaçı xidmətlərinə görə mənzilin hər m2 üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulmuşdur. İddiaçı 30.12.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh 620 (altı yüz iyirmi) manat məbləğində dayanacaq üçün ödəniş etmişdir. İddiaçı 26.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh dayanacaq xidmətlərinə görə 29.12.2017-ci il tarixdə 365.00 (üç yüz altmış beş) manat, 20.11.2019-cu il tarixdə 500.00 (beş yüz) manat, 15.01.2020-ci il tarixdə 500.00 (beş yüz) manat məbləğində ödənişlər etmişdir. İddiaçı 08.05.2021-ci il tarixli 102 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh tərəfindən “xxxx” MTK-ya pay haqqı ödənilməklə onunla 25.09.2005-ci ildə müqavilə bağlanılmış, o, kooperativə üzv qəbul edilmişdir. Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvandakı çoxmənzilli yaşayış binasının blok D1 üzrə aşağıdakı qonşu sakinlər ilə və bina üzrə digər 156 nəfərlə İddiaçı xidmətlərlə bağlı müqavilələr bağlanılmışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş dayanacaq xidmət haqqı cədvəlindən görünür ki, Cavabdeh 2011-2021-ci illəri əhatə edən dövür üçün komunal xidmətlərdən istifadəyə görə 4195 (dörd min yüz doxsan beş) manat borc məbləği hesablanmış, bundan 3801 (üç min səkkiz yüz bir) manat ödənilmiş və 394 (üç yüz doxsan dörd) manat məbləğində qalıq bocun olduğu müəyyən edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi ilə payçı Cavabdeh arasında imzalanmış D2-89/16 nömrəli 28.07.2004-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 117 saylı 15.03.2003-cü il tarixli sərəncamına əsasən “xxxx” MTK tərəfindən Xəta prospekti 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti “xxxx” MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Xətai prospekti 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının D 2 blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 16 mərtəbəsində yerləşən və ümumi sahəsi 89 m2 təşkil edən yaşayış sahəsini “kooperativ” “payçı” ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət xxxxları məxsus olacaq (xxxxlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq xxxxuna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək xxxxu vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət xxxxunda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş İddiaçı xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 66 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdehin 01.05.2018-ci il tarixdən 01.03.2021-ci il tarixdədək mövcud olan İddiaçı borcunu ödəməmişdir. Cavabdehin xidmət haqqı üzrə borcu 907,80 (doqquz yüz yeddi manat 80 qəpik) təşkil edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 1257 (min iki yüz əlli yeddi) manat məbləğində əsas borc, 500 (beş yüz) manat xxxxi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məblğində pul vəsaiti Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla qismən əksini taparaq müəyyən olunduğundan 907,80 (doqquz yüz yeddi manat səksən qəpik) manat məbləğində pul pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. 350 manat avtomobil dayanacağı haqqı və 500 manat xxxxi yardım hissəsi ilə bağlı iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli xxxx normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 907,80 (doqquz yeddi manat səksən qəpik) manat məbləğində İddiaçı ödənişlərə görə pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2271/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2271/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver