Məhkəmə qərarları › İş №2(005)-2275/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2275/2022

30.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2275/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nərimanov rayonu 18 saylı MKİS-nə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) «arayışın qanunsuz hesab olunması və ünvanın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X12) küçəsi ev 34V ünvanının mövcud olması ilə bağlı X6 verilmiş arayışın qanunsuz hesab edilməsi və ünvan 2 ünvanı ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən həyətyanı ev ona rəhmətə getmiş valieynlərindən qalmışdır. ünvan 3 ünvanında bir neçə həyətyanı evlər mövcuddur və bütün evlərin ayrı giriş qapıları var. Bu ünvanda təxminən on nəfərdən artıq insan qeydiyyatdır. Onun qardaşı Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus olan, qətnamədə ünvan 6 kimi göstərilən, ancaq əslində ünvan 5 ünvan - həyətyanı evə köçürülməlidir. Qətnamənin mətnindən belə müəyyən olunur ki, həmin evi qardaşı Cavabdeh2 Cavabdeh1 ünvan 6 ünvanı adı altında satmışdır. Qeyd edilən hallar həqiqəti əks etdirmir. İddiaçıya məxsus olan həyətyanı ev Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanındadır, həm iddiaçı, həm də ki qardaşı orada qeydiyyatdadır. Nərimanov Rayonu, Daş Karxanası küçəsi ev 34 V ünvanı mövcud deyil, mövcud olsa belə onun onların evi ilə bağlılığı yoxdur. Cavabdeh1 həmin ünvana necə qeydiyyatda düşməsi bəlli deyildir və qanunsuzdur. Bununla bağlı tərəfindən Nərimanov Rayon Prokurorluğuna şikayət verilmişdir və hazırda araşdırma aparılır. Cavabdeh1 məhkəməyə müraciət edərkən iddia ərizəsində qeyd etmişdir ki, o, Bakı şəhərinin Nərimanov rayonu Daş Karxanası küçəsindəki 34V ünvanındakı fərdi yaşayış evini 2019-cu ilin dekabr ayının ortalarında almışdır. Halbuki, həmin evi necə almışdır, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 34V ünvanında yaşayış evi mövcuddurmu, bu ünvan necə yaranıb, hansı tarixdə yaranıb, Ünvan Reyestr Xidmətində mövcuddurmu, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 34V ünvanı hansı evdir, kimə məxsusdur kimi suallar öz cavabını tapmır. Bakı şəhərinin Nərimanov rayonu Daş Karxanası küçəsindəki 34V ünvanı mövcud deyil. Cavabdeh1 iddia etdiyi ev Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanıdır. İddiaçı və qardaşı orada qeydiyyatda olmaqla yaşamışlar. Həmin evin qaz, işıq, telefon su və s. kimi kommunal xərclərini Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanı adı altında ödənilir. Daş Karxanası küçəsi, 34V ünvanına qaz, işıq, telefon, su və s. kimi kommunal xidmətlər göstərilmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş cavabdeh Nərimanov rayonu 18 saylı MKİS-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə yazılı etiraz bildirərək, qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi - Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (X12) küçəsində özbaşına tikililər yerləşir və həmin tikililər Nərimanov rayon 18 nömrəli MKİS-in ərazisinə daxildir. İddiaçının qardaşı Cavabdeh2 sakin kimi tanıyır. Cavabdeh2 bir gün bir qadınla MKİS-ə gəlib həmin qadının da onunla Bakı şəhəri Nərimanov rayonundakı Fərid Əhmədov (X12) küçəsi, ev 34 V ünvanında yaşadığını bildirib bu barədə yaşayış yeri üzrə arayış lazım olduğunu bildirmışdir. Ona görə də həmin qadına - Cavabdeh1 yaşayış yeri üzrə arayış verilmişdir. Arayışda qeydiyyatsız yaşaması göstərilmişdir. Bu arayış həmin şəxsə iddiaçının və qardaşının qeydiyyatda olduqları evə və ya başqa bir evə heç bir hüquq vermir. Özbaşına tikililərin alqı-satqısı notarial qaydada rəsmiləşdirilmədiyindən həmin arayışın formal alqı-satqıda da heç bir rolu olmamışdır. Hazırkı işdə iddiaçının qardaşı onu aldadıb, yəni ondan xəbərsiz qeydiyyatda olduğu evi satmışsa, burada MKİS-nin heç bir təqsiri yoxdur. Bundan əlavə, Cavabdeh1 yuxarıda göstərilən ünvana “Asan xidmət” mərkəzi qeydiyyata salmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov rayonu 18 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, 18 saylı MKİS-nin inzibati ərazisində Daş Karxanası küçəsi (təzə küçə adı Fərid Əhmədov) ev 34 v saylı ünvan mövcuddur; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, ünvan 10 ünvan rekviziti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, ərazi üzrə 18 saylı MKİS-nin Sizə ünvanladığı xx.xx.2022-ci il tarixli, 18/1 saylı məktubun surətinə əsasən Fərid Əhmədov (X12) küçəsi, ev 34v ünvanı fərdi yaşayış evinə məxsusdur və mövcuddur. Fərdi, özbaşına tikilmiş evlər Birliyin balansında deyildir və bu evlər, o cümlədən qeydiyyatda olanlar, yaşayanlar və evlərə aid sənədlər barəsində bizdə heç bir məlumat olmur. Məktub xx.xx.2022-ci il tarixində daxil olmuşdur. 18 saylı MKİS-nin cavab məktubunun surəti əlavə olunur; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, ərazi üzrə 18 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin Sizə ünvanladığı xx.xx.2022-ci il tarixli, 18/1 nömrəli məktubun surətinə əsasən Fərid Əhmədov (X12) küçəsi, ev 34v ünvanı fərdi yaşayış evinə məxsusdur və mövcuddur. Fərdi, özbaşına tikilmiş evlər Birliyin balansında deyildir və bu evlər, o cümlədən qeydiyyatda olanlar, yaşayanlar və evlərə aid sənədlər barəsində bizdə heç bir məlumat olmur. 18 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin cavab məktubunun surəti Sizə xx.xx.2022-ci il tarixli, 3/58 nömrəli məktub ilə göndərilmişdir; ünvan 11-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X2 və X1 qarşı «yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-541/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 10 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X3, Cavabdeh2 və X5 tərəfindən yaradılmış maneələr aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış 2(102)-499/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 nömrəli qətnaməsindən verdiyi şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh2 19 iyun 2019-cu il tarixdən ünvan 10 ünvanında qeydiyyatdadır; AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh2 25 dekabr 2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır; (ünvan 11-ci il tarixli qətnaməsində qeyd olunan sənədlərə istinad olunmuşdur.) AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1 27 dekabr 2019-cu il tarixdən ünvan 10 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının ünvan 12ması barədə məlumatın təqdim edilməsinə dair məktubunuza aidiyyəti üzrə baxılmış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən sözügedən fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən həyətyanı ev İddiaçı valideynlərindən qalmışdır. O həmin ünvanda qardaşı (Cavabdeh2) ilə birlikdə qeydiyyatda olmuş, sonradan Cavabdeh2 ünvan 13 ünvanına qeydiyyata düşmüşdür. İddiaçının qardaşı, iş üzrə cavabdeh ünvan 3 ünvanında yerləşən həyətyanı evi Cavabdeh1 satmış, İddiaçı bundan ünvan 11-ci il tarixli qətnaməsindən sonra xəbəri olmuşdur. Qətnamədə evin Cavabdeh1 ünvan 14 ünvan adı ilə satıldığı müəyyən edilmişdir. Bununla bağlı ünvan 15 ünvanın mövcud olması ilə bağlı arayış verilmişdir. Hazırda iddiaçı həmin arayışın qanunsuz hesab olunmasını, həmin arayışın onun hüquqlarını pozduğunu, ünvanın ləğv edilməsini tələb edir. Cavabdehlər iddianı qəbul etmir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X2 və X1 qarşı «yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə baxılarkən İddiaçı tərəf kimi işdə iştirakı olmamışdır. Buna görə də, iş üzrə qanuni qüvvəsini almış qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin tələbi baxımından iddiaçı üçün preyudisial deyil. İş materialları ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh2 yaxın qohum olmaqla (qardaşbacı) ünvan 3 ünvanında yerləşən dövlət qeydiyyatına alınmamış evdə yaşamış, həmin ünvanda qeydiyyatda olmuşlar, Cavabdeh2 ünvan 13 (tikili mövcud olmadığı halda) ünvanına qeydiyyata düşməsi evi Cavabdeh1 satmaq məqsədilə edilmişdir. Belə ki, Cavabdeh1 məhkəmə iddiaçı qismində olduğu mülki iş üzrə olan iddia ərizəsində göstərir ki, 2019-cu ilin dekabr ayının ortasında özünü Cavabdeh2 kimi təqdim edən şəxs evin ona məxsus olduğunu və satmaq niyyətində olmasını bildirmişdir. Bu hal onu göstərir ki, Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X12) küçəsi ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayış qanunsuz olmuşdur. Cavabdeh2 əslində özünün yaşadığı və qeydiyyatda olduğu, ünvan 3 ünvanında olan tikilini Cavabdeh1 satmaq üçün təklif etmişdir. Bu halın mövcudluğu iddiaçının hüquqlarını pozmuş, hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaq imkanı vermişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində isə təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nərimanov Rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X12) küçəsi ev 34V ünvanının mövcud olması ilə bağlı X6 verilmiş arayışın qanunsuz hesab edilməsi məzmunlu iddia tələbi mülki mühakimə icraatı qaydasında iddiaçının hüquqlarını pozmuş hal kimi nəzərdən keçirilərək təmin olunmalıdır. Məhkəmə iddia tələbinin «ünvan 2 ünvanı ləğv edilməsi» hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1, Cavabdeh2, Nərimanov rayonu 18 saylı MKİS ünvanı yaratma və ya ləğv etmə səlahiyyətinə malik deyil, qeyd olunan tələb düzgün seçilmiş cavabdehlərə qarşı yönəlməmişdir. Göründüyü kimi qanunvericilik, pasport qeydiyyatına alınma və çıxarılma ilə bağlı prosedurun qaydasını yuxarıda qeyd olunan qanunla müəyyən etmişdir. Başqa sözlə, pasport qeydiyyatı zamanı qanunsuzluğa yol verildiyini iddia edən şəxslərin tələbini polis orqalarına qarşı yönəlməlidir. Buna baxmayaraq cavabdeh Nərimanov rayonu 18 saylı MKİS Cavabdeh1 34 V ünvanı ilə bağlı arayış verilməklə eyni yaşayış yerinin fərqli ünvan kimi rəsmiləşdirilməsinə nail olmuşdur. Məhkəmə, hüquqi nəticə etibarı ilə qeyd edilən qurumlar barədə xususi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda, məhkəmə qeyd edir ki, araşdırma zamanı qeyd edilən qurumların hərəkətlərində cinayətin əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X12) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayış qanunsuz hesab olunmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X12) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayış qanunsuz hesab olunsun. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar