Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2307/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X1rşı “mənzildən çıxarılma barədə göstərişə xitam verilməsi və çıxarılmanın dayandırılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X1rşı “mənzildən çıxarılma barədə göstərişə xitam verilməsi və çıxarılmanın dayandırılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən qüvvədə olan müvafiq qanunvericilik aktlarını və normativ sənədlərin tələblərini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 17, 33, 46 və 60-cı maddələrinin tələblərini, Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinin tələblərini və Azərbaycan Respublikası MPM-nin 4.1,6, 9.3, 14.2, 77.1, 149-150-ci maddələrinin tələblərini tətbiq etməklə 2015-ci ildə hərbçi sabiq əri X3 ailəsinə Daxili Qoşunların hərbi şəhərciyində verilmiş mənzildən onun və övladlarının çıxarılması haqqında cavabdehin rəsmi göstərişinə xitam verilməsi və köçürülmənin dayandırılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən, həmin tələblərini əsaslandırdığı hallar göstərilməmiş, habelə iddia tələbini əsaslandırdığı hallara dair müvafiq sənədlər təqdim edilməmiş, ən əsası da cavabdehə qarşı yönələn tələb konkret müəyyənləşdirilməmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən ilkin sübutları təqdim etməmiş, məhkəmə üçün hazırda tələb aydın deyil. Bundan başqa qeyd olunmalıdır ki, heç kəs yaşadığı ünvandan məhkəmə qərarı olmadan məhrum edilə bilməz. Gələcəkdə mənzildən çıxarılma ilə əlaqədar real tələb olarsa, iddiaçı məhkəməyə lazımi sübutları təqdim etməklə, eyni zamanda iddia ərizəsinin forma və məzmununa əməl etməklə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, qaytarılır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X1rşı “mənzildən çıxarılma barədə göstərişə xitam verilməsi və çıxarılmanın dayandırılması" tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2307/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2307/2022
04.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver