Məhkəmə qərarları › İş №2(005)-2320/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2320/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2320/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cababdeh Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “icarə obyektinin açılması və əmlakın oradan götürülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “icarə obyektinin açılması və əmlakın oradan götürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən icarə obyektinə sərbəst surətdə daxil olmağı və həmin obyektdə yerləşən əmlaklarının götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən icarə obyektinə sərbəst surətdə daxil olmağı və həmin obyektdə yerləşən əmlaklarının (vitrin (Müxtəlif ölçülü, şüşəli və şüşəsiz Bufetlər)- 33 ədəd, Komod (Müxtəlif ölçülü) - 15 ədəd, Divan (müxtəlif ölçülü ) - 9 ədəd, Kreslo (Müxtəlif ölçülü) - 11 ədəd, Stol (Müxtəlif ölçülü) – 24 ədəd, Stul (Müxtəlif ölçülü) - 37 ədəd, Aksesuar altlığı (Konsul-Müxtəlif formalı və ölçülü) - 36 ədəd, Pianino - 1 ədəd, Güzgü (Müxtəlif ölçülü) - 4 ədəd, Yazı masası (pismenni), Çilçıraq - 2 ədəd, Bra (divar üçün) - 14 ədəd, Jurnal masası (jurnalnı) - 4 ədəd, Şamdan (müxtəlif formalı və materiallı) - 13 ədəd və 4 cüt, Telefon altlığı - 6 ədəd, Fiqurlar (İnsan, heyvan və s) - 33 ədəd, vazalar (Müxtəlif ölşülü və materiallardan hazırlanmış) - 51 ədəd, Güldan (Müxtəlif növ və ölçüdə) - 32 ədəd, Meyvə qabı (Müxtəlif ölçülü və materialdan hazırlanmış) - 52 ədəd, Konfet qabı - 4 ədəd, 1 ədəd Su qabı və 4 ədəd stəkan altlıqla birlikdə, Stolüstü lampa və gecə işigı (svetilnik, noçnik) - 19 ədəd, Qrafın su üçün - 8 ədəd, stəkan - 14 ədəd, Servis - 2 dəst üzərində balıq şəkli olan, Servis 12 nəfərlik - 2 dəst, Çay Servisi 6 nəfərlik - 1 dəst - 6 ədəd boşqab və 2 ədəd konfet qabı ilə birlikdə, Saat (Divar, stolüstü və s.) - 9 ədəd, Bulud güldanla birlikdə - 1 ədəd, Qapaqlı Kubok - 1 ədəd, Padnos - 2 ədəd, üzərində 2 ədəd fincan, 1 ədəd çaynik, Quş qəfəsi - 1 ədəd, Qəzet yığmaq üçün qab - 1 ədəd, Çətir qabı - 1 ədəd, Şkatulka - 4 ədəd, Divardan asmaq üçün mələk fiqurlu Keramika - 1 ədəd, Bulud böyük - 2 ədəd, Divardan asmaq üçün boşqab - 15 ədəd, Vitrin üçün müxtəlif balaca fiqurlar - 48 ədəd, Müxtəlif ölçülü çəkil - 48 ədəd, Suvenir (divardan asmaq üçün) - 17 ədəd) götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasının cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci ildə icarə müqaviləsi bağlayaraq müxtəlif əşyaların satışı ilə məşğul olmuşam. 2019-cu ilin aprel ayından etibarən icarəyə götürdüyü obyektə daxil olmağına cavabdeh tərəfindən maneə törədilməyə başlanmışdır. Bunun səbəbini soruşanda ona bildirilmişdir ki, Leyla Canaşiya adlı qadının ona qarşı şikayətinin olması, daha dəqiq desək icarə obyektində həmin qadına məxsus mallar vardır və cavabdeh həmin malların zərər görməsindən qorxaraq belə bir məhdudiyyət tətbiq etmişdir. O, həmin qadınla aralarında olan mübahisə barəsində uzunuzadı məlumat yazmaq istəmir. Hətta onların arasında belə bir mübahisə olsa belə, icarəyə verənin belə bir hüququ yoxdur. Çünki icarə müqaviləsi onunla bağlanmışdır. O, icarə hüquqları müqavilədə təsbit olunmuş şəxsdir. Leyla Canaşiyanın onunla əmlak mabahisəsinin olması onun işlədiyi icarə obyektinin bağlanması üçün əsas ola bilməz. Bütün bu hərəkətlərin fonunda o, icarəyə götürdüyü obektdən istifadə edə bilmir. İcarə obyektində olan ona məxsus olan mallar saxlanılıb obyektin içərisində. Həmin malların taleyindən xəbərsizdir. Orada elə mallar vardır ki, onlar mütəmadi olaraq təmizlənməli və qulluq edilməlidir. Baxımsızlıqdan həmin mallar fiziki cəhətdən çürüyüb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. İcarə obyektindən istifadə edə bilməməyi onu tamamilə müflisləşdirmişdir. Əgər malları da məhv olarsa, o, digər şəxslər qarşısında götürdüyüm öhdəlikləri yerinə yetirə bilməyəcək. Bu isə onun üçün fəlakət deməkdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair verdiyi ərizədə qeyd olunan əşyaların bəziləri yaxın tanışları tərəfindən satılmaq üçün ona verilmişdir. Saat (divar- 1 ədəd stolüstü) – 9 ədəd, bulud güldanla birlikdə - 1 ədəd, qapaqlı kubok – 1 ədəd, padnos – 2 ədəd üzərində 2 ədəd fincan, 1 ədəd çaynik, quş qəfəsi 1 ədəd, şkatulka – 4 ədəd, divardan asmaq üçün mələk fiqurlu keramika – 1 ədəd, bulud böyük – 2 ədəd, divardan asmaq üçün boşqab – 15 ədəd, vitrin üçün müxtəlif balaca fiqurlar – 48 ədəd, müxtəlif ölçülü şəkil – 38 ədəd, suvenir (divardan asmaq üçün) – 17 ədəd və sair əşyalar. Lakin cavabdeh ona əşyaları qaytarmaqdan imtina etdiyindən digər şəxslərdən aldığı əşyaları onlara qaytara bilmir. O, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdehn nümayəndəsi X5 iddia tələbini qəbul etmyərək izahatında göstərmişdir ki, iddiaçıya qarşı həmin əmlaklarla bağlı mübahisə olduğundan əşyaların ona qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, özünə məxsus olan əşyaları (telefon altlığı – 3 ədəd, divan – 4 ədəd, kreslo – 4 ədəd, kamod – 3 ədəd, şəkil – 10 ədəd, vazalar ayaqlı, ayaqsız – 13 ədəd, güldan müxtəlif ölçüdə - 32 ədəd, meyvə qabı – 52 ədəd, konfet qabı – 4 ədəd) satılması üçün tanışı İddiaçı işlətdiyi ünvan 1 ünvanında yerləşən mağazaya satışa qoymaq üçün İddiaçı vermişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Lashkhi Elisabed (tərcüməçinin iştirakı ilə) bildirmişdir ki, özünə məxsus olan əşyaları (stol – 8 ədəd, stul – 13 ədəd, aksesuar altlığı (konsul) – 11 ədəd, pianino – 1 ədəd, güzgü – 4 ədəd, çilçıraq – 2 ədəd, şamdan (müxtəlif formalı və materialdan hazırlanmış) – 13 ədəd və 4 cüt, stolüstü lampa və svetilnik – 19 ədəd, qəzet və çətir qoymaq üçün qab – 2 ədəd (hərəsindən bir ədəd), 1 ədəd su qabı, 4 ədəd stəkan, su üçün qrafin – 8 ədəd və stəkan 14 ədəd, üzərində balıq şəkli olan servis 2 dəst, 12 nəfərlik servis 2 dəst, çay servisi 6 nəfərlik – 1 dəst, 6 ədəd boşqab, 2 ədəd konfet qabı) satılması üçün rəfiqəsi İddiaçı işlətdiyi ünvan 1 ünvanında yerləşən mağazaya qoymuşdur. Lakin həmin mağaza bağlı olduöundan əşyaları Rebekadan ala bilmir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, Komod (Müxtəlif ölçülü) - 15 ədəd, Divan (müxtəlif ölçülü ) - 5 ədəd, Kreslo (Müxtəlif ölçülü) - 9 ədəd, Stol (Müxtəlif ölçülü) – 14 ədəd, Stul (Müxtəlif ölçülü) - 17 ədəd, Yazı masası (pismenni), Bra (divar üçün) - 14 ədəd, Jurnal masası (jurnalnı) - 4 ədəd, vazalar (Müxtəlif ölşülü və materiallardan hazırlanmış) - 5 ədəd və s adını dəqiqliklə xatırlamadığı əşyaları Rebekaya satışa görə vermiş, lakin Rebekanın işlətdiyi mağaza bağlandığından ondan ala bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; 15.09.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan xüsusi mülkiyyət hüququ əsasındaCavabdeh MMC-ə məxsusdur. Cavabdeh MMC ilə İddiaçı arasında 02 iyun 2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiqlənmiş İcarə Müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanının 1/8 hissəsi olan 185 m² sahəni Cavabdeh MMC-dən aylıq 850 manata icarəyə götürmüşdür. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ilə qanusuz sahiblikdən özgənin əmlakının geri qaytarılması ilə bağlıdır. Tərəflərin və şahidlərin ifadələrindən məhkəmə iclasında müəyyən edilmiş hallardan göründüyü kimi şahidlər qeyd edilən əşyaları satılması üçün iddiaçının sahibliyinə vermişlər, bununla belə cavabdeh həmin əşyaları əsassız olaraq qaytarmaqdan imtina edir. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən əmlakda saxlanılan (vitrin müxtəlif ölçülü, şüşəli və şüşəsiz Bufetlər)- 33 ədəd, Komod (Müxtəlif ölçülü) - 15 ədəd, Divan (müxtəlif ölçülü ) - 9 ədəd, Kreslo (Müxtəlif ölçülü) - 11 ədəd, Stol (Müxtəlif ölçülü) – 24 ədəd, Stul (Müxtəlif ölçülü) - 37 ədəd, Aksesuar altlığı (Konsul-Müxtəlif formalı və ölçülü) - 36 ədəd, Pianino - 1 ədəd, Güzgü (Müxtəlif ölçülü) - 4 ədəd, Yazı masası (pismenni), Çilçıraq - 2 ədəd, Bra (divar üçün) - 14 ədəd, Jurnal masası (jurnalnı) - 4 ədəd, Şamdan (müxtəlif formalı və materiallı) - 13 ədəd və 4 cüt, Telefon altlığı - 6 ədəd, Fiqurlar (İnsan, heyvan və s) - 33 ədəd, vazalar (Müxtəlif ölşülü və materiallardan hazırlanmış) - 51 ədəd, Güldan (Müxtəlif növ və ölçüdə) - 32 ədəd, Meyvə qabı (Müxtəlif ölçülü və materialdan hazırlanmış) - 52 ədəd, Konfet qabı - 4 ədəd, 1 ədəd Su qabı və 4 ədəd stəkan altlıqla birlikdə, Stolüstü lampa və gecə işigı (svetilnik, noçnik) - 19 ədəd, Qrafın su üçün - 8 ədəd, stəkan - 14 ədəd, Servis - 2 dəst üzərində balıq şəkli olan, Servis 12 nəfərlik - 2 dəst, Çay Servisi 6 nəfərlik - 1 dəst - 6 ədəd boşqab və 2 ədəd konfet qabı ilə birlikdə, Saat (Divar, stolüstü və s.) - 9 ədəd, Bulud güldanla birlikdə - 1 ədəd, Qapaqlı Kubok - 1 ədəd, Padnos - 2 ədəd, üzərində 2 ədəd fincan, 1 ədəd çaynik, Quş qəfəsi - 1 ədəd, Qəzet yığmaq üçün qab - 1 ədəd, Çətir qabı - 1 ədəd, Şkatulka - 4 ədəd, Divardan asmaq üçün mələk fiqurlu Keramika - 1 ədəd, Bulud böyük - 2 ədəd, Divardan asmaq üçün boşqab - 15 ədəd, Vitrin üçün müxtəlif balaca fiqurlar - 48 ədəd, Müxtəlif ölçülü çəkil - 48 ədəd, Suvenir (divardan asmaq üçün) - 17 ədəd) əşyaların İddiaçı tərəfindən ora sərbəst surətdə daxil olaraq maneəsiz qaydada götürülməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən əmlakda saxlanılan (vitrin müxtəlif ölçülü, şüşəli və şüşəsiz Bufetlər)- 33 ədəd, Komod (Müxtəlif ölçülü) - 15 ədəd, Divan (müxtəlif ölçülü ) - 9 ədəd, Kreslo (Müxtəlif ölçülü) - 11 ədəd, Stol (Müxtəlif ölçülü) – 24 ədəd, Stul (Müxtəlif ölçülü) - 37 ədəd, Aksesuar altlığı (Konsul-Müxtəlif formalı və ölçülü) - 36 ədəd, Pianino - 1 ədəd, Güzgü (Müxtəlif ölçülü) - 4 ədəd, Yazı masası (pismenni), Çilçıraq - 2 ədəd, Bra (divar üçün) - 14 ədəd, Jurnal masası (jurnalnı) - 4 ədəd, Şamdan (müxtəlif formalı və materiallı) - 13 ədəd və 4 cüt, Telefon altlığı - 6 ədəd, Fiqurlar (İnsan, heyvan və s) - 33 ədəd, vazalar (Müxtəlif ölşülü və materiallardan hazırlanmış) - 51 ədəd, Güldan (Müxtəlif növ və ölçüdə) - 32 ədəd, Meyvə qabı (Müxtəlif ölçülü və materialdan hazırlanmış) - 52 ədəd, Konfet qabı - 4 ədəd, 1 ədəd Su qabı və 4 ədəd stəkan altlıqla birlikdə, Stolüstü lampa və gecə işigı (svetilnik, noçnik) - 19 ədəd, Qrafın su üçün - 8 ədəd, stəkan - 14 ədəd, Servis - 2 dəst üzərində balıq şəkli olan, Servis 12 nəfərlik - 2 dəst, Çay Servisi 6 nəfərlik - 1 dəst - 6 ədəd boşqab və 2 ədəd konfet qabı ilə birlikdə, Saat (Divar, stolüstü və s.) - 9 ədəd, Bulud güldanla birlikdə - 1 ədəd, Qapaqlı Kubok - 1 ədəd, Padnos - 2 ədəd, üzərində 2 ədəd fincan, 1 ədəd çaynik, Quş qəfəsi - 1 ədəd, Qəzet yığmaq üçün qab - 1 ədəd, Çətir qabı - 1 ədəd, Şkatulka - 4 ədəd, Divardan asmaq üçün mələk fiqurlu Keramika - 1 ədəd, Bulud böyük - 2 ədəd, Divardan asmaq üçün boşqab - 15 ədəd, Vitrin üçün müxtəlif balaca fiqurlar - 48 ədəd, Müxtəlif ölçülü çəkil - 48 ədəd, Suvenir (divardan asmaq üçün) - 17 ədəd) əşyaların İddiaçı tərəfindən ora sərbəst surətdə daxil olaraq maneəsiz qaydada götürülməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar