Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2326/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “ABC Telecom” X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “ABC Telecom” X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” X3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət, xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********92682 olan Samsung Galaxy A6 markalı telefon üçün 140 (biryüz qırx)manat məbləğində ödənilməmiş hissə, 42 (qırx iki) manat məbləğində dəbbə, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********94992 olan Samsung Galaxy A7 markalı telefonüçün 875 (səkkiz yüz yetmiş beş)manat məbləğində ödənilməmiş hissə, 165 (bir yüz altmış beş) manat məbləğində dəbbə, xx xxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********67993 olan iPhone 8 plus markalı telefonüçün 1.499 (birmin dörd yüz doxsan doqquz)manat ödənilməmiş hissə, 462 (dördyüz altmış iki) manat məbləğində dəbbə olmaqla, ümumilikdə 3.183 (üç min bir yüz səksən üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.213 (üç min iki yüz on üç) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq “ABC Telecom” X2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC Telecom” X3 ilə xx xxxxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il və xx xxx 2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********92682, **********94992 və **********67993 olan Samsung Galaxy A6, Samsung Galaxy A7 və iPhone 8 plus markalı telefonlar almış və nəticədə 3.183 (üç min bir yüz səksən üç) manat məbləğində borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx)manat (12 ay x 70 (yetmiş) manat+ 0 manat məbləğində ilkin ödəniş)İMEİ Kodu **********92682 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 182 (bir yüz səksən iki) manat məbləğində borc vəsaiti olmaqla ondan, 140 (bir yüz qırx)manat məbləğində ödənilməmiş hissə, 42 (qırx iki)manat məbləğində dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.369 (bir min üç yüz altmış doqquz)manat (24 ay x 55 (əlli beş) manat+ 49 (qırx doqquz) manat məbləğində ilkin ödəniş)İMEİ Kodu **********94992 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə, 1.040 (bir min qırx) manat məbləğində borc vəsaiti olmaqla ondan, 875 (səkkiz yüz yetmiş beş)manat məbləğində ödənilməmiş hissə, 165 (bir yüz altmış beş) manat məbləğində dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.959 (bir min doqquz yüz əlli doqquz)manat (12 ay x 140 (bir yüz qırx) manat+ 279 (iki yüz yetmiş doqquz) manat ilkin ödəniş)İMEİ Kodu **********67993 olan iPhone 8 plus markalı telefonüçün ümumilikdə, 1.961 (bir min doqquz yüz altmış bir) manat məbləğində borc vəsaiti olmaqla ondan, 1.499 (bir min dörd yüz doxsan doqquz)manat məbləğində ödənilməmiş hissə, 462 (dördyüz altmış iki) manat məbləğində dəbbə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 1.654 (bir min altı yüz əlli dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50% qədər hissəsi penya ödənilməsiinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “ABC Telecom” X1 etibarnaməyə əsasən nümayəndəsi X5 iddia tələbini müdafiə edib müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx)manat (12 ay x 70 (yetmiş) manat+ 0 manat məbləğində ilkin ödəniş)İMEİ Kodu **********92682 olan Samsung Galaxy A6 markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 182 (bir yüz səksən iki) manat məbləğində borc vəsaiti olmaqla ondan 140 (bir yüz qırx)manat məbləğində ödənilməmiş hissə və 42 (qırx iki)manat məbləğində dəbbə borcu yaranmışdır; “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.369 (bir min üç yüz altmış doqquz)manat (24 ay x 55 (əlli beş) manat+ 49 (qırx doqquz) manat məbləğində ilkin ödəniş)İMEİ Kodu **********94992 olan Samsung Galaxy A7 markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə1.040 (bir min qırx) manat məbləğində borc vəsaiti olmaqla ondan 875 (səkkiz yüz yetmiş beş)manat məbləğində ödənilməmiş hissə və 165 (bir yüz altmış beş) manat məbləğində dəbbə borcu yaranmışdır; “ABC Telecom” X3 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.959 (bir min doqquz yüz əlli doqquz)manat (12 ay x 140 (bir yüz qırx) manat+ 279 (iki yüz yetmiş doqquz) manat ilkin ödəniş)İMEİ Kodu **********67993 olan iPhone 8 plus markalı telefonalmış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1.961 (bir min doqquz yüz altmış bir) manat məbləğində borc vəsaiti olmaqla ondan 1.499 (bir min dörd yüz doxsan doqquz)manat məbləğində ödənilməmiş hissə və 462 (dördyüz altmış iki) manat məbləğində dəbbə borcu yaranmışdır; Müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” X2xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********92682 olan Samsung Galaxy A6 markalı telefon üçün 140 (biryüz qırx)manat məbləğində ödənilməmiş hissə və 42 (qırx iki) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 182 (bir yüz səksən iki) manat; xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********94992 olan Samsung Galaxy A7 markalı telefonüçün 875 (səkkiz yüz yetmiş beş)manat məbləğində ödənilməmiş hissə və 165 (bir yüz altmış beş) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1.040 (bir min qırx) manat və xx xxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********67993 olan iPhone 8 plus markalı telefonüçün 1.499 (birmin dörd yüz doxsan doqquz)manat ödənilməmiş hissə və 462 (dördyüz altmış iki) manat məbləğində dəbbə borcu olmaqla cəmi 1.961 (bir min doqquz yüz altmış bir) manat, ümumilikdə 3.183 (üç min bir yüz səksən üç) manat məbləğində borcu yaranmışdır; “ABC Telecom” X3 tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, hər üç müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” X1 nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı “ABC Telecom” X3 arasında bağlanmış xx xxxxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il və xx xxx 2019-cu il tarixli müqavilələrə əsasən,İMEİ Kodu **********92682 olan Samsung Galaxy A6 markalı,İMEİ Kodu **********94992 olan Samsung Galaxy A7 markalı və İMEİ Kodu **********67993 olan iPhone 8 plus markalı telefonlaralmış və nəticədə3.183 (üç min bir yüz səksən üç) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı “ABCTelecom” X1 iddiasının hər üç müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə 140 (biryüz qırx)manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 42 (qırx iki) manat məbləğində dəbbə borcu 10 (on) manata, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 875 (səkkiz yüz yetmiş beş)manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 165 (bir yüz altmış beş) manat məbləğində dəbbə borcu 40 (qırx) manat və xx xxx 2019-cu il tarixli müqavilə üzrə 1.499 (birmin dörd yüz doxsan doqquz)manat ödənilməmiş hissəyə hesablanmış 462 (dördyüz altmış iki) manat məbləğində dəbbə borcu 100 (bir yüz) manat müəyyən edilərək, Cavabdeh iddiaçı “ABC Telecom” X1 xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “ABCTelecom” X1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********92682 olan Samsung Galaxy A6 markalı telefon üçün 140 (biryüz qırx)manat məbləğində ödənilməmiş hissə və 10 (on) manat məbləğində dəbbə, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********94992 olan Samsung Galaxy A7 markalı telefonüçün 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində ödənilməmiş hissə və 40 (qırx) manat məbləğində dəbbə, xx xxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********67993 olan iPhone 8 plus markalı telefonüçün 1.499 (birmin dörd yüz doxsan doqquz)manat ödənilməmiş hissə və 100 (bir yüz) manat məbləğində dəbbə olmaqla, ümumilikdə 2.664(iki min altı yüz altmış dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.694(iki min altı yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı “ABC Telecom” X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2326/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2326/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver