Məhkəmə qərarları › İş №2(005)-2327/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2327/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2327/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı kompüter üçün 536 (beş yüz otuz altı) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat cərimə, cəmi 589 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********86821 olan Samsung Galaxy A6 markalı telefon üçün 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə, cəmi 704 manat, ümumilikdə 1293 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1323 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi barədə məhkəmə qətnaməsi edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, HP markalı kompüter və İMEİ Kodu **********86821 olan Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 1293 (min iki yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1056 (min əlli altı) manat (12 ayx88 manat+ 0 manat ilkin ödəniş) HP markalı kompüter üçün ümumilikdə, 589 (beş yüz səksən doqquz) manat olmaqla ondan, 536 (beş yüz otuz altı) manat ödənilməmiş hissə, cərimə 158 manat (0.88 manat x 180 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 53 (əlli üç) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********86821 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 704 (yeddi yüz dörd) manat olmaqla ondan, 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, cərimə 168 manat (0.40 manat x 420 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 64 (altmış dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 840 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh dəyəri 1056 manat olan HP markalı kompüter götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən HP markalı kompüteri tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 88 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh dəyəri 960 manat İMEİ Kodu **********86821 olan Samsung Galaxy A6 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən İMEİ Kodu **********86821 olan Samsung Galaxy A6 markalı telefonu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 40 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1176 manat əsas borc, 117 manat cərimə pulu olmaqla, cəmi 1293 manat borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1176 (min yüz yetmiş altı) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə, ümumilikdə1293 (min iki yüz doxsan üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu “xxxxxxxxxxx” MMCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1176 (min yüz yetmiş altı) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə, ümumilikdə1293 (min iki yüz doxsan üç) manat borc və 30 (otuz) manat dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar