Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2332/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı MMC-nin nümayəndəsi X2, vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi Mövlamov Rövşən Allahverdi oğlunun, Cavabdeh2, onun nümayəndəsi və vəkili, Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızına, Cavabdeh4, Cavabdeh5 oğluna, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızına, Cavabdeh6 və Cavabdeh7 Talib oğluna qarşı “kirayə haqqı və kompensasiya ödənilməklə mənzil və qeyriyaşayış sahələrindən çıxarılma, mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızına, Cavabdeh4, Cavabdeh5 oğluna, X4, Cavabdeh6 və Cavabdeh7 Talib oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə icraçılarının depozit hesabına iddiaçı tərəfindən kompensasia kimi hər kvadrat metr üçün 1500 (bir min beş yüz) manat pul vəsaiti qoyulması şərti ilə və ya "Cavabdeh"lərin mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsiolan mənzillərlə əvəzlənməklə "Cavabdeh"lər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, X5 , Cavabdeh6 və Cavabdeh7 Talib oğlunun qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən köçürülməklə mübahisəli mənzillərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "İddiaçı" MMC iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinin xx xxxxxx 2017-ci il tarixdə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında apardığı manitoring nəticəsində verdiyi Rəyə əsasən, həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş, və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya)köhnəlmiş və yarasız hala düşmüşdür. Bu səbəbdən də Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 161 saylı "Sərəncamı" ilə rayonun Təbriz, Ə.Əlizadəvə Ə.Vahidküçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apatılması məqsədilə, söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0.884 hektar torpaq sahəsi "İddiaçı"Məhdud Məhsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmişdir. Həmin ərazidə yerləşən qə2alı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının, orada yaşayan sakinlərə hər ay kirayə haqqıödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təuıirli mənzillərlə təmin olunması şərtilə, sökülməsinivə həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə, yuxarıda göstərilən ərazidə yerləşən 0.884 hektartorpaq sahəsi yüklü edilərək, Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 161 saylı Sərəncamın1.2-ci bəndi əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərin tikilməsi, eyni zamanda qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödənilməklə, tikiləcək binalarda daha çoxyaşayış sahəsivə daha rahat həyat şəraitiolan tam təmirlimənzillərə köçürülməsi İddiaçıya həvalə edilmişdir. "İddiaçı",yuxarıda adı çəkilən Sərəncama uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin 161 mülkiyyətçisindən, 153 mülkiyyətçi ilə sökülmüş mənzillərin əvəzi kimi, onlara daha çox yaşayış sahəsi olan mənzillər və mülkiyyətçinin ailə tərkibi, kirayəyə götürdüyü mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər ay razılaşdırılmış vahid pul məbləğindəkirayə haqqı ödəməklə (ümumilikdə hər ay 56000 manat) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Razılaşma Müqaviləsi bağlamaqla mülkiyyətçiləri həmin ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq, yerində çoxmınzilli yaşayış binalarının tikintisinə başlamışdır. Eyni zamanda, hazır ki, iddia üzrə "Cavabdeh"lər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi "İddiaçı"nın təklif etdiyi, nə konpensasiya ödənişi (1500 manat hər kvadrat üçün) ilə, nə də ki, mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməsindən razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq kompensasiya,eləcə də, insan övladının təsəvvür qabiliyyətindən çox-çox kənarda qalan "ölçüdə" yaşayış sahəsitələb etdiklərindən "İddiaçı" həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının yuxarıda göstərilən "Sərəncamın"dan irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bu hərəkətləri ilə hesab edirik ki, "Cavabdeh"lər "İddiaçı"ya hər ay 56000 (əlli altı min) manat məbləğində maddi ziyan vurmaqla yanaşı, həmin ərazidən köçürülmüş 153 mülkiyyətçinin hüquqlarını kobudcasına pozurlar, həmin mülkiyyətçilərin "İddiaçı" ilə bağladıqları Razılaşma Müqaviləsindən əmələ gələn öhdəliklərin yerinə yetirilməsinə məqsədyönlü şəkildə hüquqi maneələr törədirlər. Bundan başqa, "Cavabdeh" lər "İddiaçı"mn həmin ərazidən onları köçürmədiklərinə görə Rayon İcra Hakimiyyətiorqanlarına və eləcə də, digər dövlət qurumlarına müraciət edərək, tezliklə köçürülmələrini tələb etmişlər. Sakinlərin köçürülməsinə bilavasitə nəzarət edən müvafiq dövlət qurumları tərəfindən sakinlərin mübahisəli ərazidən köçürülməsi tələbi ilə "İddiaçı" ya müraciət edərək, onların tezliklə köçürülməsi ilə bağlı tapşırıq verilmişdir. "Cavabdeh"lərin mülkiyyətində olan həmin yaşayış sahələri Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşir və Rayon İcra Hakimiyyətiorqanının "İddiaçı" yə verilmiş, AYRİC AKTİNİNtəsiri dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, "Cavabdeh'lərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarıolmadan qeyri-yaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək, "İddiaçı"nın istifadə hüququna ayrılmış torpaq sahəsindətikinti işlərinin aparılması ləngimiş və "İddiaçı"küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilərvə podriyad şirkətləri ilə bağladığı Müqaviləöhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarınaməruz qalmışdır. “Cavabdeh"lərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 291 -cu il tarixli 161 saylı Sərəncamın 2-cimaddəsinə əsasən, "rayonun Təbriz, Ə. Əlizadə və Ə. Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli, çoxmənzilliyaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.884 ha torpaq sahəsi "İddiaçı" MMC -nin daimi istifadəsinə verilsin". Həmin Sərəncamın 3.1-cimaddəsinə əsasən, "İddiaçı" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin". Həmin Sərəncamın 3.2-cimaddəsinə əsasən, "ayrılmış torpaq sahəsinə "İddiaçı" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qayda da istifadə hüququ əldə edilsin". Yenə də həmin Sərəncamın 4cıimaddəsinə əsasən, "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz Küçəsi 32, 34,36,38; Ə.Əlizadə 23,25,27 və Ə. Vahid küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün". Nəzərinizə çatdırmaq istəyirik ki, Bakı şəhərində artıq sakinlərin kompensasia ödənilərək köçürülməsində formalaşmış ümumi praktika vardır. Belə ki, H.Əliyev sarayının arxasında Cənab Prezidentin tapşırığına əsasən, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Ə.Topçubaşov, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X11, Mirzə İbrahimov küçələrininəhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyətitərəfindən həyata keçirilmiş, qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat kompensasia ödənilməsi nəzərdə tutulmuşdur. Hazır ki, iş üzrə sakinlərin köçürülməsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılsaydı yaşayış və qeyriyaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat kompensasia ödənilmək ilə köçürülmə həyata keçiriləcəkdi. Lakin hal-hazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək şəhərin Baş Planınınicrası təmin edilir. Aparılan monitoring nəticəsində müəyyən edilmişdirki "Cavabdeh"lərin yaşadıqları evlər halhazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçün də təhlükəlidir. Bu səbəbdən də hesab edir ki, "İddiaçı" ya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, "Cavabdeh"lər mübahisəli ərazidən köçürülməlidirlər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m 1500 (min beş yüz) manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20-30% artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20-30% artıq sahəsi olan qeyri-yaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1000 (min) manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən və qeyriyaşayış sahəsindən çıxarılmaları və həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5 oğluna münasibətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Mövlamov Rövşən Allahverdi oğlu iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, məhkəməyə yazılı etiraz təqdim edərək izahatında bildirmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan əlavə iddiaçı tərəfindən cavabdeh qismində qoyulmuş Cavabdeh4 və Cavabdeh5 oğlu iddia ərizəsi məhkəmə verilməmişdən əvvəl öldüklərindən Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin əsassız olduğunu və rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil4 məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2020-ci il tarixində yazılı ərizə təqdim edərək bildirmişdir ki, onun tərəfindən cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “inzibati aktın hissəvi etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə 2-1(112)-7393/2020 saylı nömrə ilə qeydiyyata alınmışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisə predmeti olduğundan həmin məhkəmədə mübahisə üzrə yekun qərar qəbul edilənədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində mülki iş üzrə icraat iddianın Cavabdeh6 aid hissəsində dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsində 2-1(112)-7393/2020 saylı işə baxılıb qurtarılana qədər iddianın Cavabdeh6 aid hissəsində icraatı dayandırmaq barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsi «İddiaçı" MMC-nin daimi istifadəsinə verilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "İddiaçı MMC-yə aşağıdakılar həvalə edilməsi, "İddiaçı” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “İddiaçı" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsısatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "İddiaçı" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla 'xxxxxxxxx" MMC-nm vəsaiti hesabına həyata keçirilməsi, Rayonun Təbriz küçəsi 32, 34. 36 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razıləşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Ə.Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır; "İddiaçı” MMC-nin Ə.Vahid 14,16. Təbriz 32,34,36,38 Ə.Əlizadə 23,25,27 ünvanlarından köçürülmüş siyahıdan görünür ki, 153 nəfər sakinlər müxtəlif ünvanlarda yaşamış və onlar evlərinin sökülməsinə görə ***-**** manat aralığında "İddiaçı” MMC tərəfindən kirayə evlərlə təmin olunmuşdurlar; Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun texniki şöbəsinin mühəndisi Nizami Yusubov, inşaat şöbəsinin aparıcı mütəxəssisi Samir Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev, Nərimanov rayonunun 37 saylı Mənzil Kommunal istismar Sahəsinin rəisi Elxan Abdullayev ilə birlikdə X1 Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli 34/05421 saylı tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində, Təbriz 32, 34. 36. 38. Ə.Əlizadə küçəsi, 23, 25, 27 və Ə.Vahid küçəsi, 14, 16 ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirmiş, Təbriz küçəsi 32 (ümumi həyət): Nərimanov rayonu, Təbriz küçəsi, 32 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəlı yaşayış evləri 1900-cü illərdə inşa edimişdir. Həyət birgirişli, yaşayış evləri 3 hissədən ibarətdir və planda ölçüləri 13.9x13.16,16.8x10.5, 5.32x2.5 metrdir. Yaşayış evlərinin xarici divarlarının qalınlığı 0.8 metr olub, but daşından inşa edilmişdir. Mərtəbələrin hündürlüyü 3.5 metrdir. Örtük ağac materialındandır. Damlar yastı tipli olub, ruberoid materialındandır. Planda ölçüləri 13.9 x 13.16 metr olan hissə qeyri yaşayış sahəsi kimi istifadə edilir. Qeyri-yaşayış sahəsi kimi (ticarət obyekti) istifadə edilən birmərtəbəli zirzəmisiz tikilinin divarlarının qalınlığı 0.4 metr olub, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Mərtəbənin hündürlüyü 3.5 metrdir, örtük ağac materialındandır. Dam biryamaclı olub, sinklənmiş metal vərəqələrdən inşa edilmişdir. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Kommunikasiya xətlərinin nizamsız çəkilməsi və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Təbriz küçəsi 34 (ümumi həyət): Nərimanov rayonu, Təbriz küçəsi, 34 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəli yaşayış evləri 1900-cü illərdə inşa edilmişdir. Həyət birgirişli, yaşayış evləri 10 hissədən ibarətdir. Planda ölçüləri 11.7x9.9, 10.9x4.2. 10.9x4.28, 9.8x9.4, 6.3x3.2, 4.11x3.36, 4.07x1.3. 2.77x2.53, 2.6x2.17, 2.52x1.55 metrdir. Həyətdə inşa edilmiş, planda ölçüləri 11.7 x 9.9 və 10.9 x 4.2 metr olan evlərin, hündürlüyü 2.3 metr olan zirzəmiləri vardır. Mərtəbələrin hündürlüyü 3.5 metrdir. Yaşayış evlərinin divarlarının qalınlığı 0.8 metr olub, but daşından inşa edilmişdir. Örtük ağac materialındandır. Damlar yastı tipli olub, ruberoid materialındandır. Bəzi hissələrin dam örtükləri dalğalı asbest - şiferlərdəndir. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Həyətə girişin üst hissəsinin (təqribən 4.0 metr məsafədə) örtüyünün ağac konstruksiyalarında çürümələr, sınmalar müşahidə olundu. Bu da gələcəkdə sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Kommunikasiya xətlərinin xaotik çəkilməsi və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən, müxtəlif illərdə, yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililərin inşa edilməsi, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. ……Ə.Vahid küçəsi 14: Nərimanov rayonu, Ə.Vahid küçəsi, 14 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəli evlər 1900-cü illərdə inşa edilmişdir. Həyət birgirişlidir və evlər 14 hissədən ibarətdir. Planda ölçüləri 15.3 x 7.56, 13.22 x 7.35, 13.1 x 7.5. 10.74 x 10 74, 10.6 x 1.3,8.7x 5.45, 7.5 x 3.3, 6.28 x5.46, 4.98 x 3.23, 4.5 x 2.2, 4.21 x2.31, 3 9 x 3.0, 3.29 x 2.31, 1.2 x 1.1 metrdir. Planda ölçüləri 7.5 x 3.3, 4.21 x 2.31 olan hissələr ikimərtəbəlidir. İkinci mərtəbələr sonradan inşa edilmişdir. Planda ölçüləri 13.1 x 7.5 metr olan ikimərtəbəli, zirzəmili bina qeyri – yaşayış sahəsi kimi istifadə edilir. Bina divarlarının qalınlığı 0.4 metr olub, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Mərtəbələrin hündürlüyü 3.3 metrdir. Pilləkən binanın daxilində monolit dəmir - betondan inşa edilmişdir. Mərtəbəarası örtüklər monolit dəmir - betondandır. Dam ikiyamaclı olub "Ondjlin” tipli vərəqələrlə örtülmüşdür. Qalan evlər (planda ölçüləri 7.5 x 3.3, 4.21x2.31 olan və sonradan inşa edilmiş 2- ci mərtəbələr istisna olmaqla) birmərtəbəli olub divarlarının qalınlığı 0.8 metrdir və but daşından inşa edilmişdir. Mərtəbənin hündürlüyü 3.2 metrdir. Mərtəbə və dam örtükləri agac materialındandır. Evlərin dam örtüyü yastı tipli olub, ruberoid materialı ilə örtülmüşdür. Bəzi hissələr asbest-şiferlə örtülmüşdür. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Birmərtəbəli yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yararsız hala düşmüşdür. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş vərə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən, müxtəlif illərdə, yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikili ərin inşa edilməsi, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Evlər sanitar-gigiyenik normaların tələblərinə cavab vermir. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ə.Vahid küçəsi 16: Nərimanov rayonu, Ə. Vahid küçəsi, 16 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəli evlər 1900 -cü illərdə inşa edilmişdir. Həyəti birgirişlidir və 12 hissədən ibarətdir. Planda ölçüləri 19.8 x 3.73, 17.7 x 7.6, 13.96 x 11.08, 13.9 x 10.8, 13.4 x 7.2, 12.3 x 5.24,11.46 x 4.03, 4.44 x 4.11, 3.73 x 2.13, 2.8 x 2.13, 2.2 x 2 13, 1.61 x 1.3 metrdir. Bina divarlarının qalınlığı 0.8 metr olub, but daşından inşa edilmişdir. Mərtəbənin hündürlüyü 3.2 metrdir. Mərtəbə və dam örtüyü agac materialındandır. Binanın dam örtüyü yastı tipli olub, ruberoid materialı ilə örtülmüşdür. Bəzi hissələr asbest-şiferlə örtülmüşdür. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və f.ziki aşınmaya məruz qalmışdır. Həyətə girişin üst hissəsinin (təqribən 7.0 metr məsafədə) örtüyünün ağac konstruksiyalarında çürümələr, sınmalar müşahidə olundu. Bu da gələcəkdə sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Birmərtəbəli yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yararsız hala düşmüşdür. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola biiər. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən, müxtəlif illərdə, yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililərin inşa edilməsi, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Evlər sanitar-gigiyenik normaların tələblərinə cavab vermir. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları və tərəflərin izahatlar ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx- 1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsi İddiaçı" MMC-nin daimi istifadəsinə verilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "İddiaçı MMC-yə aşağıdakılar həvalə edilməsi, "İddiaçı” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “İddiaçı" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsısatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "İddiaçı" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla “xxxxxxxxx" MMC-nm vəsaiti hesabına həyata keçirilməsi, Rayonun Təbriz küçəsi 32, 34. 36 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razıləşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Ə.Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır. Mübahisəsi gedən ünvan 1 16 saylı ünvanda yerləşən mənzillər üzrə sakinlər iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m 1500 (min beş yüz) manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20-30% artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20-30% artıq sahəsi olan qeyri-yaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1000 (min) manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən və qeyriyaşayış sahəsindən çıxarılmaları və həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi irəli sürülmüşdür. Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsi «İddiaçı" MMC-nin daimi istifadəsinə verilməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsaslanmaqla ünvan 2 və Ə.Vahid 14, 16 saylı ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehlərin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binalarda yaşayış və ya qeyri-yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri cavabdehin mülkiyyət hüquqlarına dair sərəncam verməyi məcbur etdiyindən mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə), eləcə də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı X10 Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMCyə həvalə olunmuşdur. Cavabdehlər mülkiyyətlərinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən (buna etiraz etmədən) ancaq ödənilən kompensasiyanın məbləği ilə bağlı məsələdə razılığa gələ bilmir. Buna görə də məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdırır, mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, ödənilməli kompensasiya məbləği ilə bağlı cavabdehlərin tələbinin bazar qiymətinə uyğun olmadığına dair hər hansı əsas müəyyən olunmur. Mülkiyyətçilərin tələbi onların əmlakına münasibətdə qeyri-mütənasib deyil, İddiaçı MMC-nin üzərinə qeyri-mütənasib yük qoymur. Əksinə,İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşması baxımından məhkəmə hesab edir ki, nəzərdə tutulmuş məbləğin ödənməsi şərti ilə cavabdehin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla qarşılıqlı iddiaçı «Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 32, 34, və Ə.Vahid 14, 16 saylı evlərdə yaşayan sakinlərin əmlakının əvəzində İddiaçı MMC-nin tərəfindən yeni tikiləcək binada yaşayış və ya qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən təhvil alacağı günədək hər ay üçün kirayə pulunun ödənilməsi tələbi təmin oluna bilməz. Bu tələbin təmin olunması «müqavilə azadlığı» prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada məhkəmə, mülkiyyətçinin hüquqlarının üstünlüyü baxımından cavabdehlərin tələbinin qeyri-adekvat olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızına, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızına, Cavabdeh6 və Cavabdeh7 Talib oğluna qarşı “kirayə haqqı və kompensasiya ödənilməklə mənzil və qeyri-yaşayış sahələrindən çıxarılma, mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2332/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2332/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver