Məhkəmə qərarları › İş №2(005)-2332/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2332/2023

04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2332/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X14 Mehdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi cəlb edilməklə “doğum akt qeydinin bərpası” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi cəlb edilməklə “doğum akt qeydinin bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü anası X3 xx.xx.1960-cı il tarixdə Ağdərə rayonunda doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X3 xx.xx.1960-cı ildə Ağdərə rayonunda anadan olması barədə doğum haqqında şahadətnaməsi yoxdur. Belə ki, onlar məcburi köçkün düşən zaman həmin şəhadətnamə orada qalmışdır. Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi tərəfindən verilmiş 790 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd olunub ki, Ağdam rayonu, Şixavənd kəndindən məcburi köçkün Ərizəçi ondan ötəri ki, həqiqətən o, aşağıdaki ailə tərkibi ilə Ə.Qayıbov küçəsi. 2096-cı məhəllə ünvaında müvəqqəti məskünlaşmışdır. Anası vəfat etdiyindən xx.xx.1960-cı ildə Ağdərə rayonunda anadan olması barədə akt qeydinin bərpa edilməsi üçün 7 saylı Bakı Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 7 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən imtina məktubu göndərilib. İmtina məktubunda qeyd edilib ki, qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli məktubla X3 adına doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. X4 xx.xx.1960-cı ildə Ağdərə rayonunda anadan olmuşdur. Ağdərədən məcburi köçkün düşən zaman həmin şəhadətnamə orada qalmışdır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSRİ Sırxavənd kənd nümayəndəliyi tərəfindən verilmiş İİİ-İE seriyalı 136148 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 fevral 1957-ci il tarixdə Mardakert rayonu, Sırxavənd kəndində anadan olmuş, bu barədə 26 fevral 1957-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 5 nömrə ilə qeyd edilmişdir. X1, anası isə X5r. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi tərəfindən verilmiş 790 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağdam rayonu, Şixavənd kəndindən məcburi köçkün Ərizəçi ondan ötəri ki, həqiqətən o, aşağıdaki ailə tərkibi ilə Ə.Qayıbov küçəsi. 2096-cı məhəllə ünvanında müvəqqəti məskünlaşmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan xidmət” X2 xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, Nərimanov rayon qeydiyyat şöbəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 13-cü bəndinin tələbinin uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 343806 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində travmatik şokdan ölmüşdür və bu barədə akt qeydləri kitabında 0xx.xx.2023-cü il tarixdə 262 nömrə ilə qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X4 xx.xx.1960-cı ildə Ağdərə rayonunda anadan olmuş, o, doğum haqqında şəhadətnaməsini itirmiş, bununla bağlı Ərizəçi müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci maddəsinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, X3 14 noyabr 1960-ci il tarixdə Ağdərə rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X6, milliyyəti azərbaycanlı, “ana” qrafasında X8 qeyd edilməli, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 14 noyabr 1960-cı il tarixdə Ağdərə rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X6, milliyyəti azərbaycanlı, “ana” qrafasında X8, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar