Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2344/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində borcun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, **-RZ-*** dövlət qeydiyyat nömrəli iddiaçıya məxsusdur. xx.xx.2024-cü il tarixdə aralarında **-RZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 50 (əlli) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 2000 manat borcu mövcuddur. Cavabdeh iddiaçıya məxsus "Toyoto Prius" markalı 77-RZ -186 dövlət qeydiyyat nömrəli avtomobilin icarəsi ilə bağlı aralarında bağlanmış, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən yaranmış borcun iddiaçıya ödənilməsi ilə bağlı müraciət etsə də cavabdeh dəymiş ziyanın ödənilməsindən boyun qaçırmırşıdır. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddianın təmin edilməsini, cavabdehin qeyd etdiyi digər müqavilənin isə hazırki işə aidiyyəti olmadığını, cavabdehin həmin müqavilkə üzrə ayrı borcunun olduğunu, hazırda digər müqavilə üzrə heç bir tələbinin olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Eyni zamanda cavabdeh iddiaya qarşı etirazını məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə işə iddiaçının təqdim etdiyi sübutlar əsasında baxır və iddianın təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar qeyd edir ki, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli Avtomobilin icarə müqaviləsindən və təhvil-təslim aktından görünür ki, “icarəyə verən” İddiaçı “Toyota Prius” markalı, 77RZ186 dövlət qeydiyyat nömrəli avtomobili “icarəçi” Cavabdeh istifadəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. İcarə obyektinin 1 təqvim günü müddətinə icarə haqqı 50 manat həcmində müəyyən edilmişdir; - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 2000 manat borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə əmlakını icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqavilələri olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyanın dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən 1 təqvim günü üçün icarə haqqı 50 manat müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməmişdir. Beləliklə, məhkəmə icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun tərəfindən müvafiq sübut təqdim edilmədiyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqavilələrinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarəyə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq qeyd edir ki, iddia 2000 manat pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə görə 1 təqvim günü üçün icarə haqqının 50 manat olduğu göstərilmişdir. Bağlanmış icarə müqaviləsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən avtomobil cavabdehə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə haqqı olaraq pulun ödənilməsi iş materialları ilə müəyyən edilməmiş, eləcə də cavabdeh tərəfindən bunun əksini sübut edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Avtomobilin icarə müqaviləsi üzrə 2000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli Avtomobilin icarə müqaviləsi üzrə 2000 manat məbləğində pul və 40 manat dövlət rüsumu tutulsun, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2344/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2344/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver