Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2347/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “vərəsəlik faktının tanınması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “vərəsəlik faktının tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin, yəni Ərizəçi məhrum anası X1 vərəsəsi X3 açıq qalmış miras əmlakı payına vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın təsdiq edilməsi üçün əsaslar olmadığından, ərizəyə xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarına əsasən, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi mərhum qardaşı X3 vəsiyyətnamə haqqında tam məlumatlı olduğu halda, onu qəbul etməməsini, qardaşının ölməzdən əvvəl özünə məxsus olan əmlakını-payını şifahi olaraq, ərizəçiyə vəsiyyət etdiyini, qardaşı X3 ağır xəstəliyi ilə bağlı qeyd etdiyi vəsiyyətini sənədləşdirə bilmədiyini, bununla da, ərizəçi qardaşı X4 20 sentyabr 2021-ci il tarixdə dünyasını dəyişdikdən sonra, miras əmlakını tam şəkildə ərizəçi tərəfindən faktiki qəbul etdiyinə istinad edir. Eyni zamanda ərizəyə əlavə edilmiş Bakı şəhəri 38 saylı Notariat Ofisinin 29 aprel 2022-ci il tarixli məktubundan görünür ki, X2 məxsus əmlaka dair miras mərhum X3 vərəsələri tərəfindən irsi transmisiya qaydasında müraciət daxil olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, hazırda məhkəmədə baxılmalı olan mübahisə mövcud deyil. Belə ki, notariusun cavabında ərizəçiyə hər hansı imtina verilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırda mübahisə olmadığından ərizəçi mərhum qardaşı X3 vərəsələrinin (övladlarının və s.) olmamasına dair müvafiq təsdiqedici sənədləri notariusa təqdim etməklə, həmin paya dair vərəsəlik şəhadətnaməsi əldə edə bilər. Azərbaycan Respublikası MPM-nin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 153.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “vərəsəlik faktının tanınması” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə qanunla müəyyən edilmiş qaydada səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2347/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2347/2022
10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver