Məhkəmə qərarları › İş №2(005)-2350/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2350/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2350/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Abbasov X4 rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1958-ci ildə Ermənistan, Basarkeçər rayonu, Canəhməd kəndində anadan olmuş Ərizəçi xx xxx 1958-ci ildə Ermənistan, Basarkeçər rayonu, Canəhməd kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X3, ana qrafasında isə X7 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx 1958-ci ildə Ermənistan, Basarkeçər rayonu, Canəhməd kəndində anadan olmuşdur. Bunu təsdiq edən sənədləri vardır. X1 Ermənistan Basarkeçər rayonu, Canəhməd kəndində anadan olmuşdur. X2 Ermənistan, Basarkeçər rayonu, Qaraiman kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycan Respublikasına gəlmişlər, Azərbaycan Respublikasına gələrkən doğum haqqında şəhadətnaməsinin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum Ermənistan Respublikasında qeydə alındığından doğum akt qeydini bərpa etməkdən imtina elmişdir. Ərizəçi bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, ərizəçi ilə eyni kənddəndir. Ərizəçinin 1958-ci ildə Ermənistan, Basarkeçər rayonunda anadan olduğunu, atasının X3, anasının X7 olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, ərizəçinin uzaq qohumudur və eyni kənddə yaşayıblar. Ərizəçinin 1958-ci ildə Ermənistan, Basarkeçər rayonunda anadan olduğunu, atasının X3, anasının X7 olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, ərizəçinin qohumudur. Ərizəçinin atasının X3, anasının X7 olduğunu təsdiq etmişdir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - ******** nömrəli, FİN identifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsindən Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan, Basarkeçər rayonunda doğulduğu görünür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan, Basarkeçər rayonunda doğulmuşdur. xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 35 saylı cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı Şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AZ-İ 987357 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Mülki iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, Ərizəçi özünə dair doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 35 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Belə olan halda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşın xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsindən və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan, Basarkeçər rayonunda doğulduğu aydın olur. Eyni zamanda şahid ifadələri ilə də bu fakt öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan, Basarkeçər rayonunda doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan SSRİ, Basarkeçər rayonu, Canəhməd kəndində doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X3 və ana qrafasında X7 qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar