Məhkəmə qərarları › İş №2(005)-2352/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2352/2023

26.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2352/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və ”Azneft” İstehsalat Birliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətdən əsassız tutulmaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı “müavinətdən əsassız tutulmaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən iddiaçıya ödənilmiş müavinətdən tutulmaların qanunsuz və əsassız hesab edilərək tutulmuş 2479 manat və 50 manat mediasiya xərcini, ümumlikdə 2529 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətini mülki iş üzrə cavabdeh qismində cəlb etmişdir. 19 iyul 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsinin şifahi vəsatətinə əsasən, mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Cavabdeh “Azneft” İB-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, cavabdeh olan “Azneft” İB-nin hüquqi ünvanının Səbail rayonu, Neftçilər prospekti 73 olduğunu nəzərə alaraq işə aidiyyəti üzrə Səbail rayon məhkəməsində baxılmasına köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və ”Azneft” İstehsalat Birliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətdən əsassız tutulmaların geri qaytarılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. - 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İş materiallarından görünür ki, iddiaçı əvvəlcə Cavabdeh1nə qarşı “müavinətdən əsassız tutulmaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1128/2023 saylı qərardadı ilə “cavabdehin rəsmi qeydə alındığı yer haqqında məlumat olmasa da, cavabdehin ünvanı olaraq Bakı şəhəri, Ağa Neymətulla 105 AZ1033 göstərildiyindən” iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı ”Azneft” İstehsalat Birliyi cavabdeh qismində işə cəlb edilmiş və onun nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək işin aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan hüquqi şəxslərin axtarış bazasından əldə edilmiş məlumatlara əsasən, habelə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********006700 №-li çıxarışla müəyyən edilmişdir ki, cavabdeh ”Azneft” İstehsalat Birliyinin hüquqi ünvanı ünvan 3sən məhkəmə hesab edir ki, cavabdeh Azneft” İstehsalat Birliyinin hüquqi ünvanı Səbail rayonu ərazisində yerləşdiyindən hazırki iddia tələbinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və ”Azneft” İstehsalat Birliyinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətdən əsassız tutulmaların geri qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar