Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2355/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlunun, Qarşılıqlı iddia üzrə iddiaçı- ilkin iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi X3, Qarşılıqlı iddia üzrə iddiaçı- ilkin iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi X10, X4 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-nə qarşı “mənzil sahəsi üzərində istifadə və sərəncam hüquqlarının tanınması barədə öhdəliyin qoyulması” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 MTK-ya qarşı “mənzil sahəsi üzərində istifadə və sərəncam hüquqlarının tanınması barədə öhdəliyin qoyulmasına dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m yaşayış sahəsi 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifaə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2xxxxCavabdeh1 MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.07.2018-ci il tarixində "Cavabdeh2”xxxx"Cavabdeh1" MTK arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MTK nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin həyata keçirilməsi, “xxxx” MMC isə bunun müqabilində müqavilə ilə şərtləndirilmiş pul məbləğinin ödənilməsi öhdəliklərini üzərlərinə götürmüşlər. 05.07.2018-ci il tarixində Cavabdeh2xxxxCavabdeh1 MTK arasında bağlanmış 0507/01-18 saylı müqaviləyə əsasən tərəflər 05.07.2018-ci il tarixli podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq Cavabdeh1 MTK -ya ödəniləcək maliyyə vəsaitinin müvafiq həcmdə mənzil sahələri ilə əvəz edilməsinə dair razılığa gəlmiş və imzaları ilə 0507/01-18 saylı müqaviləni təsdiq etmişlər. Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli müqaviləni imzaladıqdan sonra sözügedən tikinti işləri nəticəsində inşa ediləcək binalarda yerləşən mənzillərin satışı üzrə səlahiyyətli nümayəndə qismində iştirak edərək mənzillərin satışını həyata keçirmişdir. Qeyd edilməlidir ki, Cavabdeh1 MTK-nin adından sosial şəbəkələrdə və digər informasiya vasitələrində gedən yazılı və video görüntülü reklamlarında ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyi bildirilməkdədir. Eyni zamanda tikilməkdə olan binanın olduğu yerdə də Cavabdeh1 MTK-nin reklamı yerləşdirilmişdir. Cavabdeh1xxxxhazırkı iş üzrə İddiaçı arasında ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət mənzil sahəsinin alqı-satqısına dair 31.01.2019-cu il tarixli, A-164/7 saylı müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya 69100,00 AZN məbləğində maliyyə vəsaiti ödənilməli olduğu göstərilmişdir və 31.01.2019-cu il tarixdə iddiaçı tərəfindən yuxarıda qeyd edilmiş məbləğ tam şəkildə ödənilmiş, həmin məbləğin ödənilməsi faktı isə Cavabdeh1xxxxtərtib edilmiş 31.01.2019-cu il tarixli, 133 saylı maliyyə arayışı ilə təsdiq edilmişdir. Cavabdeh1xxxxCavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli “Təhvil- Təslim AKT' imzalanmışdır. Həmin razılşamava əsasən ümumi mənzil sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Cavabdeh1xxxx“xxxx' MMC arasında 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi bir daha onlar arasında 21.01.2020-ci il tarixdə imzalanmış “mənzillərin bölgü AKT-na” əsasən tərtib edilmiş 62 ədəd mənzilin siyahısına dair Cədvəl İ-də öz təsdiqini tapmışdır (Qoşma 3). Həmin razılaşmaya əsasən 24.01.2020-ci il tarixdə “Cavabdeh1"xxxx"Cavabdeh2’ MMC-yə A bloku, Sıra № 2, mərtəbə 7 , otaq sayı 2, 69,10 kv.m- lik mənzil sahəsinin İddiaçı adma rəsmiləşdirlməsi barədə bildiriş göndərilmiş və "Cavabdeh2” MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adına rəsmiləşdirilmiş və bu fakt “Cavabdeh2“ MMC-nin möhrü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir (Qoşma 4). Cavabdeh1xxxxverilmiş 02.12.2019-cu il tarixli, 01 saylı Əmr əsasında ünvan 3 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış binasında yerləşən Cavabdeh1 MTK- nın icraçı direktoru X11 tərəfindən vətəndaşlara satılmış mənzil sahələrinə dair 169 ədəd alqı-satqı müqavilələri və maliyyə arayışlarının ləğv edilməsi əmr edilmişdir (Qoşma 10). Cavabdeh1 MTK-nın “xxxx" MMC-yə qarşı “təhvil-təslim aktının etibarsız hesab edilməsi və pul tələbi barədə" iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1xxxxhəyata keçirilən tikinti işlərinə çəkilmiş xərclərin Cavabdeh2 MMC-dən alınıb Cavabdeh1 MTK-ya ödənilməsi barədə xahiş etmişdir. e-2-2( 113)-113/2021 saylı iş üzrə mübahisə hazırda davam etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquqlarına həyata keçirilməsində müəyyən maneələrin meydana gəlməsinə səbəb olmaqdadır. İşin faktiki hallarından da görüldüyü kimi Cavabdeh2xxxxCavabdeh1xxxx“Cavabdeh1 MTK”-ya apardığı tikinti işləri müqabilində ümumi sahəsi 6700 (altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin verilməsi barəsində razılığa gəlinmişdir. Beləliklə də “Cavabdeh1 MTK” 07 yanvar 2020-ci il tarixli ‘təhviltəslim aktı”xxxx“xxxx' MMC-nin səlahiyyətli nümayəndəsi qismində hərəkət etmişdir. Eyni zamanda “Cavabdeh1 MTK” ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyini sosial şəbəkələrdə və digər informasiya vasitələrində yazılı sifişlərlə və video çarxlarla reklam etmişdir. Qayda olaraq hər hansı bir vətəndaşın tikilməkdə olan binadan ev alarkən həmin mənzili satmaqla səlahiyyətli olan şəxsi şəraitə görə müəyyən edə bilir. Cavabdeh1 MTK müqaviləyə əsasən binanın tikintisini həyata keçirməkdə olduğu, bütün vasitələrlə həmin binadan mənzil satışını həyata keçriməklə səlahiyyətli olduğunu elan etdiyi, tikinti apanlan binadan öz reklam sifışlərini astığı nəzərə alınarsa iddiaçının həmin binada mənzil satışı həyata keçirən Cavabdeh1 MTK-nın tam səlahiyyətli olduğunu düşənməkdə tamamilə haqlı olduğu öz-özlüyündən məlum olur. Qeyd olunan şərait iddiaçı və digər bütün üçüncü şəxslər baxımından Cavabdeh1 MTK-nın normalda həmin mənzillərin satışı baxımından tam səlahiyyətli olduğuna dair hüquqi nəticə əmələ gətirir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə müqavilənin bağlandığı dövrdəki şəraitdə “xxxx” MMC ümumiyyətlə bina baxımından aidiyyəti və səlahiyətli şəxs kimi görünnürdü və belə bir görüntünün formalaşmasında xxxx MMC-nin birbaşa özünün rolu olmuşdur. Nəticə etibarı ilə, iddiaçının Cavabdeh1xxxxbağladığı mənzil sahəsinin alqı-satqısına dair 31.01.2019cu il tarixli, A-164/7 saylı müqavilə baxımından əvvəla Cavabdeh1 MTK tam slahiyyətli şəxsdir. Qaldı ki, Cavabdeh1xxxxxxxx MMC ilə ilə aralarında bağlanmış müqaviləyə zidd şəkildə alqı-satqı müqavilələri bağlamış olsaydı da belə, iddiaçıya münasibətdə "Cavabdeh1” MTK hüquqi baxımdan yenə də səlahiyyətli şəxs hesab olunur. Belə ki, "Cavabdeh1”xxxxxxxx MMC-nin fakitki və yazılı razılığı ilə mənzillərin satışını həyata keçirmişdir. "Cavabdeh1”xxxxbu mənzillərin satışını xxxx MMC ilə öz aralarındakı müqavilə şərlərinə zidd şəkildə həyata keçirməsi, iddiaçı ilə Cavabdeh1 MTK arasındakı müqavilənin etibarlılığına hüquqi baxımdan heç bir təsiri yoxdur. Çünki müqavilə yalnız onun tərəfləri üçün öhdəlik əmələ gətirə bilər və bu səbələ də müqavilələrdən əmələ gələn hüquqlar (tələb hüquqları) nisbi mahiyyətdə olur, yəni sözü gedən tələb hüquqları hamıya deyil, yalnız müqavilənin tərəflərinə qaşı irəli sürülə bilər. Bu səbəblə də “xxxx” MMC, “Cavabdeh1"xxxxöz aralarında bağlanmış müqavilə öhdəliklərinin pozulmasına istinad edərək həmin müqavilənin tərəfi olmayan iddiaçıya qarşı heç bir tələb irəli sürə bilməz. Yuxarıda da qeyd edildiyi kimi hucuqi müstəvidə “Cavabdeh1" MTK tam səlahiyyətli subyekt kimi iddiaçı ilə müqavilə bağlamışdır. Ancaq, hətta Cavabdeh1xxxx"xxxx' MMCnin təmsilçi və nümayəndəsi hesab olunduğu təqdirdə belə yenə də qanunvericliyin tələblərinə görə, iddaçı səlahiyyətli şəxslə müqavilə bağlamış hesab olunur. Çünki AR Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə "Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə varadır. dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddənin mətnində də görünür ki, təmsilçinin səalhiyyəti fəaliyyət göstərdiyi şəraitə görə də müəyyən edilir. Bu səbəblə də hətta mənzillərin satışı baxımından “xxxx' MMC səlahiyyətli şəxs olsaydı da belə yenə də Cavabdeh1xxxx"xxxx' MMC-nin tam səlahiyyətli nümayəndəsi hesab olunar. Çünki şəraitə görə, "Cavabdeh1" MTK-nın səlahiyyətli olduğu aşkar bəlli olur. Beləliklə, hətta binadakı sahələrin satışı baxmından “xxxx' MMC əsl hüquq sahibi şəxs hesab olunsa belə, yenə də müqavilənin bağlandığı şəraitdən Cavabdeh1xxxx“xxxx" MMC-nin səlahiyyətli təmsilçisi və nümayəndəsi hesab olunur və MM-nin 359.1-ci maddəsinin tələbləri baxımından mənzil sahəsinin alqı-satqısına dair 31.01.2019-cu il tarixli, A-164/7 saylı müqavilə əslində "xxxx' MMC-nin adından bağlanmış hesab olunar. Nəhayət və hüquqi baxımıdan ən əhəmiyyətlisi isə odur ki, iş materiallarından görünür ki “Cavabdeh1"xxxxCavabdeh2 MMC-yə göndərilmiş 24.01.2020-ci il tarixli bildirişə əsasən A bloku, Sıra № 2, mərtəbə 7, otaq sayı 2, 69,10 kv.m-lik mənzil sahəsinin İddiaçı qıızının adına rəsmiləşdirlməsi tələb edilmiş və “Cavabdeh2" MMC tərəfindən sözügedən bildirişdəki məlumat təsdiqlənmiş və həm Cavabdeh1xxxxhəm də "xxxx” MMC bu faktı imza və möhürləri ilə təsdiqləmişlərdir (Qoşma 4). Bu fakt hüquqi baxımdan iş üzrə hər cür şübhə və tərəddüdləri aradan qaldırır. Belə ki, hətta Cavabdeh1 MTK mənzillərin satışı ilə bağlı səlahiyyətli olmadığı bir anlıq ehtimal edilsə belə yenə nəticə dəyişməyəcək. Çünki Cavabdeh1xxxx“Cavabdeh2" MMC-yə göndərilmiş 24.01.2020-ci il tarixli bildiriş əsasında mənzil sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi və mənzilin iddiaçıya təhvil verilməsi “Cavabdeh2" MMC baxımından səlahiyyəti nümayəndənin hərəkətini bəyənmə mahiyyətindədir. Məsələ ilə bağlı AR Mülki Məcəlləsinin 360.1 və 360.2-ci maddələrində qeyd edilir ki, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki. başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə maddə məntinindən də görülür ki, Cavabdeh1 MTK-nın təmsil edilən adına hərəkət etmə səlahiyyəti olmadığı qəbul edilsə belə sonradan bu hərəkətlərinin “xxxx” MMC tərəfindən bəyənilməsi ilə müqavilə bağlandığı andan təmsil edilən baxımından mülki hüquq və vəzifələr yaradır. Son olaraq qeyd ediləmildir ki, iddiçının sözügedən mənzil üzərində hüquq sahibi olduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən də özü təsdqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-l.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının. podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Hamin Məcəllənin 109-2.1-ci maddəsinə əsasən Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşma çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Yuxanda qeyd edilmiş 31.01.2019-cu il tarixli müqavilə və 31.01.2019-cu il tarixli maliyyə arayışı İddiaçı Lmil qızının kooperativin üzvü olduğunu və pay hüququna malik olduğunu bir daha sübut edir. Bu baxımdan iddiaçı hesab edir ki, ünvan 4 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m. yaşayış sahəsi 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət mənzil sahəsinə dair digər şəxslərin müdaxiləsindən müdafiə, eləcə də iddiaçı tərəfindən həmin mənzil sahəsi üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi məqsədi ilə İddiaçı sözügedən mənzil sahəsinə dair hüquqlarının heç bir maneəsiz həyata keçirilməsi cavabdehlər tərəfindən tanınması mütləq məcburi haldır. ünvan 5 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60.80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi X6 “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1nə və "Cavabdeh2” MMC-yə qarşı ünvan 6 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilin sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün müneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2xxxx"Cavabdeh1 ” MTK-nın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2355/2021 saylı mülki iş məhkəmənin icraatındadır. Qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh1 ”xxxxqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsmda ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən umumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilə bağlamışlar. ünvan 7 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (L X17- 50 mant, 50 pay haqqı, 50%, 2. X28 20 manat, 20 pay haqqı, 20 %, 3. X19 - 5 manat, 5 pay haqqı, 5%, 4. X12 5 manat, 5 pay haqqı, 5% və X29 - 20 manat, 20 pay haqqı, 20%) "Cavabdeh1 ” Mənzil-Tikinti Kooperatini təsis etmişlər. “Cavabdeh1 ” Mənzil-Tikinti Kooperativi ünvan 8 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx" MMC ilə “Cavabdeh1"MTK arasında 05 iyul 2018-cı il tarixli 0507/01- 18 nömrəli Əlavə dəyər vergisi ilə birlikdə 5.900.000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx” MMC ilə uCavabdeh1 " MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 8 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) l-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X18, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X28 tərəfindən aparılması. X8 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X9 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X20 tərəfindən kooperativin digər üzvü X9 29 yanvar 2018- ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. "Cavabdeh1 ” MTK-nm üzvü X20 tərəfindən “Cavabdeh1 " MTKnın digər üzvü X9 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X7 qeyri qanuni hərəkətlərindən xəbər tutan X20 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X18 qohumu və MTK-nm digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X28 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra X18 qohumu və MTK-nm digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X28 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə M'TK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adma sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X18 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh1 ”xxxxqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan 31 yanvar 2019-cu ıl tarixli A-164/7 tarixli saylı müqavilə bağlamışlar. Belə ki, "Cavabdeh1 " M'l'K ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə, iddiaçı "Cavabdeh1" MTK-ya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X29, X18, X23 etibardan sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: “Cavabdeh1 " MTK-nın mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür kı, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh1" MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır kı, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 1 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh1 ” MTK-nm balansında mənzil olmayıb və hal-hazırdada yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur kı, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də 2(005)-2355/202l saylı mülki iş üzrə cinayət tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh1 ”xxxxqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3-gırişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilə əhəmiyyətsiz müqavilədir. Əhəmiyyətsiz müqavilə bağlandığı andan etibarsızdır. Beh olan halda yuxarıda göstərilən 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 1 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi X13 16.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı iddia tələbi təmin edilməyərək, qarşılıqlı iddanın təmin edilməsini, ünvan 9 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.1 kv.m olan 2 otaqdan ibarət mənzil üzrə Cavabdeh1xxxxİddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı 2(005)-2355/2021 nömrəli mülki iş məhkəmənin icraatındadır. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.1 kv.m olan 2 otaqdan ibarət mənzilə İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyin "Cavabdeh1" MTK və “xxxx” MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ilə "Cavabdeh1” MTK arasında 31 yanvar 2019-cu il tarixli A- 164/7 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən "Cavabdeh1” MTK Möhsün Sənani küçəsi ev 13/15 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.1 kv.m olan 2 otaqdan ibarət mənzilin payçıya verilməsini, payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı” “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DRLİ tərəfindən hazırlanmış, ünvan 8 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Cavabdeh2 MMC İlə Cavabdeh1 MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri podratçı tərəfindən müvafiq qaydada hesablanmış və sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş, sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. Sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 10 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1xxxxqeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilən 2 3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X18 tərəfindən MTK-nın digər payçıları olan X20, Cavadov Vüqar Arif oğlu, X19, X29 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrıayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli "Təhvil-Təslim” aktından görünür ki, tərəflər “A” və “B" blokları üzrə yerinə yetirilmiş forma 2 əsasında hesanlanmış faktiki tikinti quraşdırma işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, ‘'Podratçı" tərəfindən (on iki min yeddi yüz əlli səkkiz, 23 ) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən akta əsasən "Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12,758.23 kv.m (on iki min yeddi yüz əlli səkiz, 23) olan tikinti quralşdırma işlərinin müqabilində, podratçıya 6700.00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən sifarişçi irəlindən podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) ümumi mənzil sahələrininin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə podratçı tərəfindən sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktı”nın və “Mənzillərin bölgü aktının” müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m. ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin hal-hazırda "Cavabdeh1" MTK 12.03.2020-ci il tarixdə 07.01.2020-ci İl tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. E-2-2(113)-113/2021 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. İş üzrə dəfələrə məkəmə baxışı təyin edilmiş, 15 məhkəmə iclası keçirilmişdir. 19.03.2021-ci il tarixli qərardad ilə iş üzrə icraat dayandırılmış, məhkəmə "Cavabdeh1”xxxxgörülən işlərin həcmi və işlərin görülməsinə sərf edilmiş materialların qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. “Cavabdeh2“’ MMC-nin iddiaçı qarşısında öhdəliyi Cavabdeh1 MTK-nın iddiasının təmin edilib-edilməməsindən asılıdır. Həmin təhvil-təslim aktına görə Cavabdeh2 MMC-nin üzərinə müəyyən öhdəçilik götürmə ehtimalı vardır. Həmin təhvil-təslim aktı etibarsız sayıldığı halda, Cavabdeh2 MMC-nin iddiaçı qarşısında heç bir öhdəçiliyi olmayacaqdır. Belə ki, təhvil-təslim aktının etibarsız sayıldığı halda iddiaçıya mənzil verilməsi barədə razılaşma öz əhəmiyyətini itirəcəkdir. Lakin, məlum olmuşdur ki. “sifarişçi”nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair "Podratçı” tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. "Cavabdeh1” MTKnın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh1 MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarsı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh1 MTK-nın direktoru Rəsulov.D tərəfindən "Cavabdeh2" MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh1 şirkəti olaraq üzərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin Cavabdeh1 MTK-nın verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam etdiyinə dair şübhələr vardır. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh1 MTK-nın sədri X14 bildiriş-xəbərdarlıqlar ünvanlamışdır. Xəbərdarlıqlarda bildirmişdir ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafikdən geri qalır, Cavabdeh1 MTK-dan ətraflı rəsmi hesabatlar tələb etmişlər. Lakin qanuni tələblər diqqətə alınmamış, xəbərdarlıqların üçünə də cavab gəlməmiş, tələblər yerinə yetirilməmişdir. Göründüyü kimi, İddiaçının "Podradçı" "Cavabdeh1”xxxxbağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən "Cavabdeh2’ MMC-nin ‘'Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında X2 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X5 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Cavabdeh1” MTK-nın vəzifəli şəxslərinin sifarişçi "Cavabdeh2” MMC ilə bağlanmış müqavilə əsasında ünvan 10 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından suiistifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi "Cavabdeh2” MMC ilə podratçı ‘'Cavabdeh1” MTK arasında ünvan 10 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə "Cavabdeh1"xxxxqeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X11 tərəfindən MTK-nın digər payçıları olan X20, X28, X19, X29 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 1 dərəcəli hüquqşünas X15 həvalə edilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-niıı heç bir aidiyyəti yoxdur. Belə ki, “Cavabdeh1"xxxx"Cavabdeh2" MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. “xxxx” MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Qeyd olunan hüquq normalarına əsasən, iddiaçının Cavabdeh1xxxxbağladığı müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi, nə qədər ödənilməsi faktı müəyyən edildikdən sonra, müqavilə ilə ödənilmiş muzd barədə mədaxil qəbzinin qanuna uyğunluğunu, ümumiyyətlə həmin muzdun ödənilinəsi barədə heç bir sübut müəyyən edilməmişdir. İddiaçı öz hüququndan sui-istifadə etməklə Cavabdeh2 MMC-nin heç bir öhdəçiliyi olmadan işə cəlb etmiş, Cavabdeh1 MTKdan mənzil tələbi yox, ona vurulmuş zərər məbləği barədə iddia qaldırması daha qanuna uyğun, məqsədə müvafiq olardı. Azərbaycan Respublikasının MPM 155-ci maddəsində göstərilir ki, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda serilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən, şəxslərin iştirakı ilə baxıla bilər. İddiaçı iddia tələbinin təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin. ünvan 9 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.1 kv.m olan 2 otaqdan ibarət mənzil üzrə Cavabdeh1xxxxİddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlu izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın nümayəndəsi X6 ilkin iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı- ilkin iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizələri isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh1 31.01.2019-cu il tarixli A-164/7 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A, blokunda 07-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.10 m2 yaşayış sahəsi 60,80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət A02 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh1 MTK-nın 31.01.2019-cu il tarixli 133 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ona görə ki, o həqiqətən Cavabdeh1 MTK-nın ünvan 11 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində A blokunun 07-ci mərtəbəsində yerləşən, A7-02 mənzil, ümumi sahəsi 69.10 m2, yaşayış sahəsi 60,80m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə C-164/7 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. 01.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 08.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 MTK məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. 12.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh2 MMC məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 14.10.2020-ci il tarixli ********* nömrəli məktubun surətindən görünür ki, X2 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X5 qanunsuz hərəkətləri barədə, həmçinin həmin binadan yaşayış və qeyri-yaşayış sahəsi almış çoxsaylı vətəndaşların müraciətləri əsasında aparılmış araşdırma üzrə toplanmış ilkin yoxlama materialında vəzifə səlahiyyətlərin sui-istifadə, vəzifə saxtakarlığı və külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətlərinin tərkib əlamətləri olduğundan fakta görə 3 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,308.1 və 313-cü maddələri ilə ********* №-li cinayət işi başlanılmış və hazırda cinayət işi üzrə istintaq davam etdirildiyi qeyd edilmişdir. Cavabdeh1 “xxxx” MMC-yə ünvanladığı 24.01.2020-ci il tarixli №.47 nömrəli məktubdan görünür ki, Cavabdeh2xxxx“Cavabdeh1 MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzanlanmış “Təhvil-Təslim AKTnın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, aşağıda adı,soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirilməsi xahiş edilmişdir. “”xxxx” MMC-nin 07 yanvar 2020-ci il tarixli təhvil-təslim altının surətindən görünür ki, sifarişçi “xxxx” MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 12 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. 05 iyul 2018-ci il tarixli №0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 13ət mülkiyyətində olan hüquqi şəxs, “xxxx” MMC, X16 şəxsində, bundan sonra “sifarişçi” adalandırılacaq və digər tərəfdən Cavabdeh1 MTK (VÖEN: **********), X18 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 8 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gələrək ehtimal olunan qiymət 5.000.000.00 manatı, ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2 MMC-yə ünvanlanmış 24.01.2020-ci il tarixli 027 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh2xxxx“Cavabdeh1 MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKTnın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq,aşağıda,adı,soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirlməsi xahiş edilmişdir. Cavabdeh2 MMC-nin, Cavabdeh1 MTK-nın direktoru X14 ünvanlanmış 18.04.2019-cu il tarixli 12/72, 24.06.2019-cu il tarixli 12/79, 10.07.2019-cu il tarixli 12/62 nömrəli bildiriş-xəbərdarlıqların surətindən görünür ki, “«xxxx» MMC ilə Cavabdeh1 MTK arasında 05 iyul 2018-cı ildə 0507/01 -18 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən BŞİH başçısının 29.12.2015-cı il tarixli 566 saylı sərəncamı və 15.12.2016-cı ildə 539 saylı Nərimanov rayonu, M.Sənani küçəsi 13/15-də 3 girişli, 21 mərtəbəli və 2 səviyyəli zirzəmi mərtəbəsinin tikintisinə icazəsi verilmiş «xxxx» MMC-yə məxsus olan ərazidə tikinti-quraşdırma işlərinin 24 (iyirmi dörd) ay müddətində başa çatdırılması nəzərdə tutulurdu. Bu 'müqavilənin bağlandığı vaxtdan indiyədək tikinti quraşdırma işlərinin 30%-dək həcmində yerinə, yetirilmişdir. Tikinti-quraşdırma işlərinin Cavabdeh1xxxxgecıkdirilməsi ilə bağlı Cavabdeh1 MTK- da dəfələrlə şifahi xəbərdarlıq edildiyi, 18 aprel 2019-cu il 12/72 saylı və 24 iyun 2019-cu ıl 12/73 savlı bildirişxəbərdarlıqlar göndərilmişdir. Təəssüf ki, bu xəbərdarlıqlardan da Cavabdeh1 MTK heç bir nəticə çıxarmamış və tikinti işlərinin sürətini artırmaq üçün heç bir addım atmamışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq indiyədək Cavabdeh1 MTK görülən işlər barədə xxxx MMC-yə heç bır rəsmi hesabat verməmişdir. Müqavilənin 9-cu maddəsindəki 9.1, 9.1.1, 9.1.2, 9 1.3 bəndlərinə əsasən «xxxx» MMC şirkətə dəyən zərəri azaltmaq üçün və «C» blokundakı tikinti işlərini Cavabdeh1 MTK-nın başlaya bilmədiyi üçün «C» blokundakı tikinti-quraşdırma işlərini başa çatdırmaq üçün müqavilə əsasında başqa bir şirkətə verməyi qərara almışdır. Son olaraq Cavabdeh1 MTK-ya xəbərdarlıq edərək onlara işlərində ciddi dönüş yaratmağı «A» və «B» bloklarında görüləcək işləri sürətləndirməyi, görülən işlər barədə ətraflı rəsmi hesabat vermələrini və tərəfinizdən təqdim olunacaq Forma-2-ləri təsdiq edərək görülmüş işlərin tanınmasına dəvət edildiyi bildirilmişdir. Cavabdeh1 MTK-nın 30.10.2019-cu il tarixli 03 nömrəli qərarının surətindən görünür ki, 05.10.2019-cu ildə “xxxx”xxxxCavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsində 05.07.2018-ci il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1,2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıü yalnız “Şəhər incisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etmişdir. 07.01.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, sifarişçi “xxxx” MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 12 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. Tərəflər təsdiq edilər ki, Cavabdeh1xxxx12,758.23 (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetrilmişdir. Tərəflər təsdiq edirlər ki, podratçı tərəfindən yerinə yetirilmiş TQİ-nin ümumi dəyəri, əlavə dəyər vergisi daxil olmaqla 6.490.000.00 (altı milyon dörd yüz doxsan min) manat təşkil edir. 21.01.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi Cavabdeh2xxxx“Cavabdeh1 MTK”-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Cavabdeh1 Cavabdeh2 MMC-nin direktoruna ünvanladığı 25.01.2020-ci il tarixli, 023№-li məktubun surətindən görünür ki, Cavabdeh2xxxx“Cavabdeh1 MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetririlmiş tikinti quraşdırma işlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “təhvil-təslim aktı-nın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü Akt-nın” müddəalarına uyğun olaraq aşağıda adı, soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirilməsini xahiş etmişlər. 25.02.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, sifarişçi “xxxx” MMC tərəfindən B bloku üzrə, ümumi sahəsi 1417.93 kv.m olan 24,11 və 27 ədəd mənzilin podratçı “Cavabdeh1 MTK”-a verilməsi barədə razılığa gəlmişlər. “xxxx” MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, hal-hazıradək (15.02.2019-dək) 4.989.672 AZN (dörd milyon doqquz yüz səksən doqquz min altı yüz yetmiş iki manat) dəyərində müştərilərlə alqı-satqı və barter əməliyyatları həyata keçirilmişdir. Cavabdeh1 şirkəti olaraq öz üzərilərinə öhdəlik kimi onu götürür ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatları sifarişçinin ümumi razılığı olmadan həyata keçirilməyəcəkdir. “xxxx” MMC-nin direktoruna ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 14nşa edilmiş binalardan Cavabdeh1 MTK-nın icraçı direktoru X21 tərəfindən 152 nəfər vətəndaşlara satılmış mənzillərə dair bağlanmış müqavilələri qeyri-qanuni hesab edildiyi üçün kooperativ tərəfindən 02 dekabr 2019-cu il tarixdə həmin müqavilələrin ləğvi barədə əmr verilmişdir. Sonra müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin müqavilələr kooperativ tərəfindən bir tərəfli qaydada ləğv edilməsi qeyri-qanunidir. Ona görə də 09 dekabr 2019-cu il tarixdə 02 saylı əmrlə 02 dekabr 2019-cu il tarixli 01 saylı əmr qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh1 01 və 02 nömrəli 02.12.2019-cu il tarixli və 09.12.2019-cu il tarixli əmrlərin surətində qeyd edilmişdir ki, sifarişçi “xxxx” MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixdə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus ünvan 12 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. Məhkəmə hər iki (ilk və qarşılıqlı) iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mənzil Məcəlləsinin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru X9 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X18 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurlarınxxxxşəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X18 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd olunan hal ardı-arda bir neçə iddiaçının iddia tələbi yaranmasına əsas olmuşdur. Bundan başqa o da qeyd edilməlidir ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh1 MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddiaçının iddia tələbində qeyd etdiyi “hüququnun tanınmasına” və hər iki cavabdehə yönələn tələbə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüququnu şərtləndirir. Öhdəliklə bağlı Cavabdeh1 MTK-nın müqavilə bağlaması isə, “xxxx” MMC-nin deyil məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlərə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan qanunvericlik əsaslarından da göründüyü kimi müqavilənin ləğv edilməsini yalnız müqavilə tərəfi tələb edə bilər. Bununla belə işin hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC müqavilə tərəfi olmadığı halda müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə verilmiş ayrıca ərizə ilə cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 265.4cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Məhkəmə ilk iddia üzrə müqavilənin etibarlılığını nəzərə alıb yuxarıda qeyd edilənlərə əsaslanaraq hər iki qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, ilkin və qarşılıqlı iddiaçının iddia ərizələrində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 31.01.2019cu il tarixli A-164/7 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60,80 kv.m olan, izolə olunmuş 2 otaqlı mənzil Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, 31.01.2019-cu il tarixli A-164/7 nömrəli müqavilənin etibarsızlığına əsas olmadığından və ilkin iddia ilə müqavilə üzrə tələbə hüquqi qiymət verildiyindən qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, A blokunun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60,80 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzildən İddiaçı istifadəsinə yaradılan maneələr Cavabdeh1xxxxaradan qaldırılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2355/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2355/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver