Məhkəmə qərarları › İş №2(005)-2356/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2356/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2356/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-nə qarşı müqavilə üzrə hüquqlarının tanınmaqla maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ilk, Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı və Cavabdeh2MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-nə qarşı müqavilə üzrə hüquqlarının tanınmaqla maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,40m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MTK nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin həyata keçirilməsi, “xxxx” MMC isə bunun müqabilində müqavilə ilə şərtləndirilmiş pul məbləğinin ödənilməsi öhdəliklərini üzərlərinə götürmüşlər. 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış 0507/01-18 saylı müqaviləyə əsasən tərəflər 05.07.2018-ci il tarixli podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq Cavabdeh1” MTK-ya ödəniləcək maliyyə vəsaitinin müvafiq həcmdə mənzil sahələri ilə əvəz edilməsinə dair razılığa gəlmiş və imzaları ilə 0507/01-18 saylı müqaviləni təsdiq etmişlər.Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli müqaviləni imzaladıqdan sonra sözügedən tikinti işləri nəticəsində inşa ediləcək binalarda yerləşən mənzillərin satışını səlahiyyətli nümayəndə qismində iştirak edərək mənzillərin satışını həyata keçirmişdir. Qeyd edilməlidir ki, Cavabdeh1 MTK-nın adından sosial sahələrdə və digər informasiya vasitələrində gedən yazılı və video görüntülü rekalmlarında ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyi bildirilməkdədir. Eyni zamanda tikilməkdə olan binanın olduğu yerdə də Cavabdeh1 MTK-nın reklamı yerləşdirilmişdir. Cavabdeh1 MTK ilə hazırkı iş üzrə İddiaçı arasında ünvan 3 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət В 03 saylı mənzil sahəsinin alqı-satqısına dair 11 j4.2019-cu il tarixli, B-228/11 saylı müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya 172190 AZN (yüz yetmiş iki min yüz doxsan manat) maliyyə məbləği vəsaiti ödənilməli olduğu göstərilmişdir və 22.04.2019-cu tarixdə iddiaçı tərəfindən yuxarıda qeyd edilmiş məbləğ tam şəkildə edilmiş, həmin məbləğin ödənilməsi faktı isə Cavabdeh1 MTK tərəfindən müəyyən edilmiş 22.04.2019-cu il tarixli, 203 saylı maliyyə arayışı ilə təsdiq ödənilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş T vinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin natura şəklində ödənilməsinə dair 07.01.2020ci il tarixli “Təhvil- dim AKT” imzalanmışdır. Həmin razılşamaya əsasən ümumi mənzil sahəsi 6700 kv m (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi bir daha onlar arasında 21.01.2020-ci il tarixdə imzalanmış “Mənzillərin Bölgü aktı-na” əsasən tərtib edilmiş 62 ədəd mənzilin siyahısına dair Cədvəl 1-də öz əksini tapmışdır. Həmin razılaşmaya əsasən 24.01.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə В bloku, Sıra № 3, mərtəbə 11, otaq sayı 4, 172,19 kv-m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə bildiriş göndərilmiş və Cavabdeh2 MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adına təkmiləşdirilmiş və bu fakt Cavabdeh2 MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Sözügedən mənzilin (Nərimanov ray., Möhsün Sənani küç., ev 13/15, Mənzil B03) İddiaçı adına rəsmiləşdirilməsinin “Orxan- MMC tərəfindən təsdiqindən sonra iddiaçı tərəfindən mənzilə giriş qapısının quraşdırılmış və mənzil İddiaçı təhvil verilmişdir. "Cavabdeh1” MTK tərəfindən verilmiş 02.12.2019-cu il tarixli, 01 saylı Əmr əsasında ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış binasında yerləşən Cavabdeh1 MTK- nın icraçı direktoru X8 tərəfindən vətəndaşlara satılmış mənzil sahələrinə dair 169 ədəd alqı-satğı müqavilələri və maliyyə arayışlarının ləğv edilməsi əmr edilmişdir. Qeyd edir ki, Cavabdeh1 MTK-nın “xxxx” MMC-yə qarşı “təhvil-təslim aktının etibarsız hesab edilməsi və pul tələbi barədə” iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 MTK tərəfindən həyata keçirilən tikinti işlərinə çəkilmiş xərclərin Cavabdeh2 MMC-dən alınıb Cavabdeh1 MTK-ya ödənilməsi barədə xahiş etmişdir. Bildirir ki, e-2-2(13)-113/2021 saylı işlərə mübahisə hazırda davam etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquqlarının həyata keçirilməsində müəyyən maneələrin meydana gəlməsinə səbəb olmaqdadır. İşin faktiki hallarından da görüldüyü kimi, Cavabdeh2 MMC və Cavabdeh1 TK arasında podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə görə Cavabdeh1 MTK”-ya apardığı tikinti işləri müqabilində ümumi sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin verilməsi barəsində razılığa gəlinmişdir. Beləliklə də, “Cavabdeh1 MTK” 07 yanvar 2020-ci il tarixli “Təhvil- Təslim aktı” müəyyən edilən mənzillərin satışını həyata keçirməkdə səlahiyyətli imuş və “xxxx”xxxx“Cavabdeh1 MTK” ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyini sosial şəbəkələrdə və digər informasiya vasitələrində yazılı afişlərlə və video yazılarla reklam etmişdir. Qayda olaraq hər hansı bir vətəndaşın tikilməkdə olan binadan ev alarkən həmin mənzili satmaqla səlahiyyətli olan şəxsi şəraitə müəyyən edə bilir. Cavabdeh1 MTK müqaviləyə əsasən binanın tikintisini keçirməkdə olduğu, bütün vasitələrlə həmin binadan mənzil satışını həyata keçirməklə səlahiyyətli olduğunu elan etdiyi, tikinti aparılan binadan öz eşlərini asdığı nəzərə almarsa, iddiaçının həmin binada mənzil satışı həyata keçirən Cavabdeh1 MTK-nin tam səlahiyyətli olduğunu düşünməkdə tamamilə haqlı olduğu öz-özlüyündən məlum olur. Qeyd olunan şərait iddiaçı digər bütün üçüncü şəxslər baxımından Cavabdeh1 MTK-nın normalda həmin mənzillərin satışı baxımından tam səlahiyyətli olduğuna dair hüquqi nəticə əmələ gətirir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə müqavilənin bağlandığı dövrdəki şəraitdə xxxx MMC ümumiyyətlə bina baxımmdan aidiyyəti və səlahiyətli kimi görünmürdü və belə bir görüntünün formalaşmasında xxxx MMC-nin birbaşa özünün rolu olmuşdur. Nəticə etibarı ilə, iddiaçının Cavabdeh1 MTK ilə bağladığı mənzil sahəsinin alqı-satqısına dair 22 aprel 2019-cu il tarixli, B-228/11 saylı müqavilə Cavabdeh1 MTK tam səlahiyyətli şəxsdir. Qaldı ki, Cavabdeh1” MTK və xxxx MMC ilə aralarında bağlanmış müqaviləyə zidd alqı-satqı müqavilələri bağlamış olsaydı belə, iddiaçıya münasibətdə Cavabdeh1” MTK hüquqi baxımdan yenə də səlahiyyətli şəxs hesab olunur. Belə ki, Cavabdeh1 MTK, xxxx MMC-nin faktiki və yazılı razılığı ilə mənzillərin satışını həyata keçirmişdir. Cavabdeh1 MTK, bu mənzillərin satışından TİT MMC ilə öz aralarındakı müqavilə şərtərinə zidd şəkildə həyata keçirməsi, iddiaçı ilə Cavabdeh1 MTK arasındakı müqavilənin etibarlılığına hüquqi baxımdan heç bir təsiri yoxdur. Çünki müqavilə yalnız onun tərəfləri üçün öhdəlik əmələ gətirə bilər və bu səbəblə də müqavilələrdən əmələ gələn hüquqlar (tələb hüquqları) nisbi mahiyyətdə olur, yəni sözügedən tələb hüquqları hamıya deyil, yalnız müqavilənin tərəflərinə qarşı irəli sürülə bilər. Bu səbəblə də xxxx MMC, Cavabdeh1 MTK ilə öz aralarında bağlanmış müqavilə öhdəliklərinin pozulmasına istinad edərək həmin müqavilənin tərəfi olmayan iddiaçıya qarşı heç bir tələb irəli sürə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, hüquqi müstəvidə Cavabdeh1 MTK tam səlahiyyətli subyekt kimi iddiaçı ilə müqavilə bağlamışdır. Ancaq, hətta Cavabdeh1” MTK, “xxxx” MMC-nin təmsilçi və nümayəndəsi hesab olunduğu təqdirdə belə yenə də qanunvericliyin tələblərinə görə, iddiaçı səlahiyyətli şəxslə müqavilə bağlamış hesab olunur. Maddə mətnindən də görünür ki, təmsilçinin səlahiyyəti fəaliyyət göstərdiyi şəraitə görə də müəyyən edilir. Bu səbəblə də hətta mənzillərin satışı baxımından “xxxx” MMC səlahiyyətli şəxs olsaydı, yenə də Cavabdeh1xxxx“xxxx' MMCnin tam səlahiyyətli nümayəndəsi hesab olunur. Çünki şəraitə görə, Cavabdeh1” MTK-nm səlahiyyətli olduğu aşkar bəlli olur. Beləliklə, hətta binadakı sahələrin satışı baıxmından “xxxx” MMC əsl hüquq sahibi şəxs hesab olunsa belə, yenə də müqavilənin bağlandığı şəraitdən Cavabdeh1 MTK, xxxx” MMC-nin səlahiyyətli təmsilçisi və nümayəndəsi hesab olunur. Hüquqi baxımdan ən əhəmiyyətlisi isə odur ki, iş materiallarından görünür ki, Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş bildirişə əsasən B bloku, Sıra № 3, mərtəbə 11, otaq sayı 172,19 kv.m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi tələb edilmiş və Cavabdeh2 MMC tərəfindən gedən bildirişdəki məlumat təsdiqlənmiş və həm Cavabdeh1 MTK, həm də “xxxx” MMC bu faktı imza və möhürləri ilə təsdiqləmişlərdir. Cavabdeh1 MTK cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m yaşayış sahəsi, 156,50 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə dair 22 aprel 2019-cu il tarixli B-228/11 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda 25 yanvar 2018-ci ıl tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X12- 50 mant, 50 pay haqqı, 50%, 2. X22 20 manat, 20 pay haqqı, 20 %, 3. X14 - 5 manat, 5 pay haqqı, 5%, 4. X9 5 manat, 5 pay haqqı, 5% və X23 20 manat, 20 pay haqqı, 20%) “Cavabdeh1" Mənzil-Tikinti Kooperatini təsis- etmişlər.“Cavabdeh1 ” Mənzil- Tikinti Kooperativi ünvan 5 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçı "xxxx" MMC də "Cavabdeh1" MTK arasında 05 iyul 2018ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx" MMC ilə “Cavabdeh1 ” MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə təriflər arasında bağlanmış 05 iyul 2018-ci ıl tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 6 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində lısdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və В blokları) İ-cı və 2-ci mərtəbəsində qeyri yaşayış sahələr zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞOHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər.Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvləri X13, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X22 tərəfindən aparılması, X5 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X6 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X15 tərəfindən kooperativin digər üzvü X6 29 yanvar 20/8- ci ıl tarixli 7E-1466 nömrə də qeydə alınmış Etibarnamə verilmişdir. “Cavabdeh1 ” MTK-nm üzvü X16 tərəfindən “Cavabdeh1 ” MTK- nın digər üzvü X6 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X4 qeyri qanunı hərəkətlərindən xəbər tutan X15 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X13 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X22 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra X13 qohumu və MTKnın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X22 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfir, təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X13 və Əiiyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh1 ” MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 7 ünvanında inşa olunan 3-gırişlı, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 11 mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m yaşayış sahəsi, 156,50 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan 22 aprel 2019-cu il tarixli B-228/11 saylı müqavilə bağlamışlar. Belə ki, "Cavabdeh1" MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə, iddiaçı "Cavabdeh1" MTK-ya podratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X23, X13, X18 etibardan sui istifadə edərək, qeyrilər də əlbir olaraq 3-cii şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: "Cavabdeh1" MTK-nin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh1 ” MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh niyə binanın tikintisi üçün hüquq müəyyənedici sənəd tələb etməmişlər. Yəni ünvan 7 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamıışdir. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Cavabdeh2MMC cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsini, ünvan 8 ünvanında inşa edilən 3 girişli 21 mərətəbəli yaşayış evinin giriş blokunun 11ci mərtəbəsində yerləşən ümumi sahəsi, 172.19 kv.m olan 4 otaqdan ibarət B03 saylı mənzil üzrə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən "Cavabdeh1” MTK Möhsün Sənani küçəsi ev 13/15 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m olan 4 otaqdan ibarət B03 saylı mənzilin Payçıya verilməsini, payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür.“ Cavabdeh2” MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "Podratçı” “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” OBLİ tərəfindən hazırlanmış, ünvan 5 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Cavabdeh2 MMC ilə "Cavabdeh1” MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000.000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış "Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərlləşdirilmjş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 saylı müqavilə üzrə “Cavabdeh1" MTK tərəfindən qeyd olunan ildə başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podrat olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə ə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) MTK-nın icraçı direktoru X10 lərəfindən X16, X22, X17 və qeyrilərinin köməkliyi ilə müqavilənin pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 169 mənzilin saxta müqavilələr əsasında satış həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli Təhvil-Təslim" Aktından blokları üzrə yerinə yetirilmiş Forma 2 əsasında hesablanmış işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, 12758 (on iki min yeddi yüz əlli səkkiz 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı" tərəfindən ümumi dəyəri (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işlərinin müqabilində Podratçıya 6700.00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. 21 yanvar 2020-ci il tarixdə A və B bloklar əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə ”Təhvil-Təslim Aktına əsasən Sifarişçi tərəfindən Podratçıya 62 ədəd mənzilin verilməsi barədə 6700.00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək “Təhvil-Təslim Aktının və Mənzillərin Bölgü Aktının müddəalarına uyğun olaraq (altmış iki) ədəd, 6700.00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin hal-hazırda "Cavabdeh1" MTK 12.03.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının “Podratçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən “Cavabdeh2" MMC-nin “Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında X2 olduğu “Cavabdeh1" MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Cavabdeh1"xxxx“xxxx’ MMC ilə bağlanmış müqavilə əsasında ünvan 10 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından suiistifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edər, kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi "xxxx” MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Cavabdeh1" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X8 tərəfindən MTKnın digər payçıları olan X16, X22, X14, X23 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545.45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cii maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X11 həvalə edildilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, “Cavabdeh1" MTK ilə Cavabdeh2 MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. “xxxx” MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Məhkəmə prosessində İddiaçı vəkili Vəkil1 ilk iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddiaların isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddialar isə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Cavabdeh1 MTK-ya ilə İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli B-228/11 nömrəli müqaviləsinin surətindən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,40m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilin “Payçı’-ya verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti QDV daxil olmaqla 1000,00 AZN (bir min manat 00 qəpik) təşkil edir. Bu Müqaviləyə əsasən “Payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 172190,00 AZN (yüz yetmiş iki min yüz doxsan, manat 00 qəpik) təşkil edir. Bu Müqavilənin imzalandığı gün “Payçı” “Kooperativə” mənzilin ümumi dəyərini 172190,00 manat (yüz yetmiş iki min yüz doxsan manat, 00 qəpik) məbləğində ilkin avans ödənişi (pay haqqı) həyata keçirməlidir. “Payçı” mənzilin ümumi dəyərinin qalan hissəsinin, yəni 00.00 AZN həcmində vəsaiti, bu Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq. Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində bərabər hissələrə bölünməklə ödəyir. İş materiallarında olan 22.04.2019-cu il tarixli 203 №-li maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən B11-03 mənzil, ümumi sahəsi 172,19m2, yaşayış sahəsi 156.50 kv.m olan 4 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-228/11 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli mənzillərin bölgü aktından görünür ki, sifarişçi Cavabdeh2xxxx“Cavabdeh1 MTK”-a 62 ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş, 6700,00 kv.m ümumi mənzil sahələrinin blokları üzrə bölgüsünə dair razılığa gəlmişlər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən sifarişçi Cavabdeh2 MMC tərəfindən B bloku üzrə, ümumi sahəsi 3574 kv.m olan 27 ədəd mənzilin podratçı “Cavabdeh1 MTK”-a verilməsi barədə razılığa gəldilər. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 MTK ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər edilmişdir. İş materiallarında olan maliyyə arayışı ilə sübut olunur ki, hazırda İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni o, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzil ona təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,40m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə sahiblik və istifadəsinə Cavabdeh1 MKT-i tərəfindən yaradılan maneələrə son qoyulmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Qarşılıqlı iddia ərizələri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cü maddəsinin tələbinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən ”tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Hər iki qarşılıqlı iddia üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan müqavilənin buna səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilmədi. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə könüllülük əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliklər tam həcmdə yerinə yetirilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçılar iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanan müqavilələrinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh1” MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı və Cavabdeh2MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlər rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,40m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə sahiblik və istifadəsinə Cavabdeh1 MKT-i tərəfindən yaradılan maneələrə son qoyulsun və həmin mənzil İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar