Məhkəmə qərarları › İş №2(005)-2360/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2360/2021

03.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2360/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 Rəhman oğlundan alınaraq ona verilməsi, iddiaçıya vurduğu maddi ziyana görə - 5.000 (beş min) manatın və mənəvi zərərə görə 5.000 (beş min) manatın, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 10.030 (on min otuz) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə məxsus 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını müvəqqəti idarə etmək üçün etibarnamə ilə Cavabdeh1 vermiş, daha sonra iddiaçı avtomaşınını ondan geri tələb etsə də, cavabdeh neçə müddətdir hər dəfə bir neçə günə qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. İddiaçı cavabdehin adına verdiyi etibarnaməni də ləğv etdirmiş, cavabdehin əslində avtomobili geri qaytarmaq istəmədiyini və əmlakını mənimsəmək məqsədi güddüyünü anlamışdır. Artıq 3 aydır ki, cavabdehin qanunsuz hərəkətlərinə görə iddiaçı avtomobilsiz qalmış, ona maddi və mənəvi zərər də dəymişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddia tərəf iddia tələbinni dəyişdirilməsi barədə ərizə təqdim edərək ona məxsus 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 alınaraq ona verilməsi, iddiaçıya vurduğu maddi ziyana görə - 5.000 (beş min) manatın və mənəvi zərərə görə 5.000 (beş min) manatın, 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Elektron notariat” X1 çıxarılmış 18.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, “MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı həmin avtomobili 1 il müddətinə, yəni 18.01.2022-ci il tarixə kimi idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün Kazımov X4 etibarnamə vermiş, etibarnaməyə 09.03.2021-ci il tarixdə xitam verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 21.04.2021-ci il tarixli, 016- 44380-1221 saylı məktubuna əlavə edilmiş məlumatlara əsasən mülkiyyətçisi İddiaçı olan **-HZ-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ GL450” minik markalı avtomobilə 08.08.2019-cu il tarixdə şəhadətnamə verilmiş, daha sonra Cavabdeh1 18.01.2021-ci ildə, X3 19.01.2021-ci ildə və Cavabdeh2 05.02.2021-ci il tarixdə etibarnamə verilmişdir; 07.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2007-ci il buraxılışlı “MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 21.04.2021-ci il tarixli, 016-44380-1221 saylı məktubundan görünür ki, İddiaçı olan **-HZ-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ GL450” minik markalı avtomobilə 08.08.2019-cu il tarixdə şəhadətnamə verilmiş, daha sonra Cavabdeh1 18.01.2021-ci ildə, X3 19.01.2021-ci ildə və Cavabdeh2 05.02.2021-ci il tarixdə etibarnamə verilmiş, etibarnamə 09.03.2021-ci tarixdə xitam edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir. İş materiallarından görünür ki, İddiaçı daşınar əmlakını (“MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil) idarə etməyi, sürücülük hüququ olduqda idarə etməyi və onun üzərində sərəncam verməyi və digər səlahiyyətləri etibar etməsi barəsində Cavabdeh1 18.01.2021-ci il tarixi əhatə edən etibarnamə vermişdir. Göstərilən etibarnamə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən qeydə alınaraq təsdiq edilmiş, sonradan 09.03.2021-ci il tarixdə mülkiyyətçi tərəfindən verilən etibarnamə ləğv edilmişdir. İş materialları ilə müəyyən edilir ki, idia tələbinin predmeti olan avtomobil hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qeyd edilən Məcəllənin 366-cı maddəsinə əsasən, Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmiş başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, cavabdehляря верилмиш etibarnaməляр ləğv edildiyindən, hazırda avtomaşın, Cavabdeh2nуn qanunsuz sahibliyində olduğundan, iddiaçı avtomobili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Lakin, mübahisəli avtomobil hazırda digər cavabdehlərdə deyil, Cavabdeh2 qanunsuz sahibliyində olduğundan, iddia qismən təmin edilərək, qeyd edilən avtomobil Cavabdeh2 alınaraq, iddiaçıya verilməlidir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İddiaçının digər tələbi «maddi ziyana görə - 5.000 (beş min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat, 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi» barədədir. Məhkəmə bu hissədə iddianı əsaslı hesab etmir. Belə ki, 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına 5000 manat həddində zərər dəyməsi, bu zərərin isə məhz Cavabdeh1 tərəfindən vurulması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun mənasından göründüyü kimi, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması - hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi - bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz alması anlaşılır, maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur; zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər, səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir; hüquqazidd şəxsin təqsirinin olması. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya birbaşa zərərin vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olmasını təsdiq edən subutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2007-ci il buraxılışlı, "Mercedes- Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar