Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2378/2020 20.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi x3, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi həqiqətən xx xxx 2002-ci il tarixdə Azərbaycan Respublikası Şəmkir rayonu Zəyəm Cırdaxanı kəndində doğulması faktı müəyyən edilərək, doğum qeydinin bərpa edilməsi və vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin, habelə valideynlər haqqında məlumat hissəsinin “ata haqqında məlumat” qrafasında atası kimi x10, milliyəti qrafasında “azərbaycanlı”, ana haqqında məlumat qrafasında anası kimi x2, milliyəti qrafasında “azərbaycanlı” qeydlərinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2002-ci il tarixdə Şəmkir rayonunun Zəyəm Cırdaxanı kəndində ev şəraitində doğulmuşdur. Valideynləri - atası x16 (millivəti azərbaycanlı), anası x6 (milliyyəti azərbaycanlı) olmuşdurlar. Özündən başqa ərizəçinin 3 bacısı x14, x11 və x12 var. Ərizəçirin valideynlərinin hansı səbəbdən doğumdan sonra hazırkı günədək doğum haqqında şəhadətnamə və sonrakı hüquqmüəyyənedici sənədlərin alınmamasının səbəbini bilmir. Ərizəçinin təhsili yoxdur, hərbi uçotda olmamışdır, subaydır. Yalnız bacılarının məhkəmədə verəcəyi şahid ifadələri ilə şəxsiyyəti müəyyən edilə bilər Ərizəçı doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan rəsmi imtina verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ərizəçi vətəndaşa xas hüquq və öhdəlikləri əldə etmək istəyir, cəmiyyətə yararlı vətəndaş olmaq niyyətindədir. Heç bir sənədi olmadığı üçün hər hansı rəsmi və digər hüquq münasibətlərində iştirak edə bilmir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi ifadə verərək bildirmişdir ki, o, 2002-ci ildə Şəmkirdə anadan olmuş, atası x13r, anasını tanımır. O doğulduqdan sonra özünə və bacıları atasının himayəsində olmuşdur. Orta təhsil üçün Gəncə şəhərində müxtəlif vaxtlarda 30 və 39 saylı orta məktəbdə 3-ci sinfə qədər oxumuşdur, subaydır. Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalmaqla yaşayır. Daimi yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid x11 bildirmişdir ki, o, 25.09.1998-ci ildə ünvan 4ində anadan olub. Ərizəçi onun qardaşıdır. Ərizəçi 2002-ci ildə Şəmkirdə ev şəraitində anadan olmuşdur. Atası - atası x16, anası x6. Anasını tanımır, görməmişdir. Onlar azyaşlı olarkən atıb getmişdir. Atası Ərizəçi heç bir sənəd almamışdır. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid x12 bildirmişdir ki, o, 24.10.1999-cu ildə ünvan 4ində anadan olub. Hazıda Bakı şəhərində kirayədə yaşayır. Ərizəsi onun qardaşıdır. Az hallarda qardaşı onlara əraqə saxlayar. Ərizəçi 2002-ci ildə Şəmkirdə ev şəraitində anadan olmuşdur. Atası x13r, o vəfat etmişdir, anasını tanımır, adı x4r, bildiyinə görə o da vəfat edibdir. Ərizəçi və bacılarını nənəsi böyütmüşdür. Qardaşının bugünədək heç bir sənədi olmamışdır. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid x14 bildirmişdir ki, 02.06.1997-ci ildə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində anadan olub. Ərizəçinin doğma bacısıdır. Bacıları və qardaşı kiçik yaşlarında olarkən anası tərəfində tərk edilib. Onlara nənəsi baxmışdır. (atasının anası). Nənəsinin bildirdiyinə görə Ərizəçi 2002-ci ildə Şəmkirdə ev şəraitində anadan olmuşdur. Onun bugunədək heç bir sənədi olmamışdır. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin QMB-nin müvəqqəti qeydiyyat vəsiqəsindən görünur ki, Ərizəçi xx.xx.2002-ci ildə Şəmkir rayonunda anadan olub, 12.02.2020-ci ildən 12.02.2021-ci ilədək Bakı şəhəri, H.Məmmədov 5 ünvanında qeydiyyata alınıb. Bakı şəhəri Maraqlı şəxs 13.06.2020-ci il tarixli 740 saylı məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi Qabil oğlunun doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" x1 Sistemində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi Qabil oğlunun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaş Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 16.07.2020-ci il tarixli 05/2-3436 /14 saylı məktubundan görünür ki, «vətəndaşlıq vəziyyəti aktları» x1 sisteminə baxış keçirilərkən xx.xx.2002-ci il təvəllüdlü Pənahov (Məmmədov) Sərdar Habil oğlu barəsində tərtib edilmiş hər hansı vətəndaşlıq vəziyyəti aktının qeydi aşkar edilmədi. Elektron bazadan çıxarışdan görünür ki, x17 08.03.1965-ci il tarixdə Gəncə şəhərində doğulmuş, o, 31.03.2015-ci il tarixdə ölüb. 28.07.2018-ci il tarixdə Şəmkir RP Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 18411275 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən x11 25.09.1998-ci ildə ünvan 4ində anadan olub və hazırda ünvan 4i ünvanında qeydiyyatdadır; AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən x12 24.10.1999-cu il tarixdə anadan olub. 01.09.2018-ci il tarixdə Şəmkir RP Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 18412047 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən x14 02.06.1997-ci ildə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində anadan olub və hazırda ünvan 4i ünvanında qeydiyyatdadır; Şəmkir rayon Qediyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 068366 nömrəli, 29.08.2018ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 02 iyun 1997ci il tarixdə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində doğulmuş x9 atası x16, anası x5r; Şəmkir rayon VVADQ tərəfindən verilmiş AZ-İ 056464 nömrəli, 27.02.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 24.10.1999-cu il tarixdə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində doğulmuş x7 atası x16, anası x5r; Şəmkir rayon VVADQ tərəfindən verilmiş AZ-İ 056463 nömrəli, 03.02.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 25.09.1998-ci il tarixdə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində doğulmuş x8 atası x16, anası x4r; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizə əsaslıdır. İş materiallarından göründüyü kimi, Ərizəçi Qabil oğlu xx xxx 2002-ci il tarixdə Şəmkir rayonunun Zəyəm- Cırdaxanı kəndində ev şəraitində doğulmuş, tibb müəssisələrindən uşağın doğulması faktını, vaxtını və yerini təsdiq edən sənədi olmadığına görə ərizəçiyə doğum akt qeydini aparmaqdan və doğum haqqında şəhadətnamələrin verilməsindən imtina etmişdir. Bununla da ərizəçi ona lazım olan öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən qeyd edilən sənədlər olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx xxx 2002-ci il tarixdə Şəmkir rayonunun Zəyəm Cırdaxanı kəndində doğulmuş Ərizəçi Qabil oğlunun doğum faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2000-ci il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydasının 2.5.3-ci bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təsdiq edilməlidir. Qərarın 2.6-cı bəndində göstərilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarilə ala bilməmişdir. Ərizəçiyə hazırkı hüquqi faktın müəyyən edilməsi sənədləşdirilməsi üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxx 2002-ci il tarixdə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində anadan olması, atasının “x16”, anasının “x6” olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydində doğum tarixi qrafasında xx xxx 2002-ci il, doğum yeri qrafasında Şəmkir rayonu, Zəyəm– Cırdaxan kəndi, atası qrafasında - x16, anası qrafasında - x6 göstərilməli, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (milliyyəti - azərbaycanlı) xx xxx 2002-ci il tarixdə Şəmkir rayonu, Zəyəm– Cırdaxan kəndində anadan olması, atasının “x16”, anasının “x6” olması faktı müəyyən edilsin. Ərizəçi (milliyyətcə azərbaycanlı olan) doğum haqqında akt qeydində doğum tarixi qrafasında xx xxx 2002-ci il, doğum yeri qrafasında Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndi, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) x16, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) x6 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2378/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2378/2020
20.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver