Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2378/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1inə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1inə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış 05 iyul 2018-d il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməsi; Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsi üzrə işə bərpa edilməsi; İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində məsul vəzifələrdə işləmişdir. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin Komitə ləğv edilmişdir. Bundan sonra 05 iyul 2018-ci ildən iddiaçının geniş təcrübəsi nəzərə almmaqla “Azərbaycan Metrologiya İnstitutu" X4ndə baş direktorun müşaviri vəzifəsi üzrə işə qəbul olunmuşdur. Əmək müqaviləsi bağlanılarkən həmin müqaviləni oxumamış və yalnız sonradan iddiaçıya məlum olmuşdur ki, qeyd olunan müqavilə 3 aylıq olmuşdur. Bu müddət bitdikdən sonra isə hər dəfə eyni müddətə uzadılmışdır. 2020-ci ilin iyun ayından sonra Cavabdeh1inin rəhbərliyində dəyişiklik baş vermişdir. Yeni rəhbərlik gəldikdən sonra iddiaçıya inventarizasiyanın aparılması işi tapşırılmışdir. Bu tapşırığın icrası başa çatdıqdan sonra iddiaçı sağlamlıq və riskli yaş qrupuna aid olmağı ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada məzuniyyət hüququndan istifadə etmək üçün müraciət etmiş və iddiaçıya əmək məzuniyyəti verilmişdir. Əmək məzuniyyətindən qayıtdıqdan bir neçə gün sonra isə rəhbərlik iddiaçıya onunla olan əmək müqaviləsinə müddətin bitməsi ilə xitam veriləcəyini bildirmişdir. İddiaçı buna etiraz edərək, işinin xüsusiyyətinin müddətli olmamasını, işin hüquqi tərəflərindən başqa vəzifənin öhdəsindən kifayət qədər gəldiyini, heç bir əmək intizamsızlığına yol vermədiyini bildirdi. Lakin müsbət cavab ala bilmədi. Beləliklə, iddiaçı da məsələnin hüquqi qaydada həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1i və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1inin baş direktoru müşaviri vəzifəsinə işə qəbul edilmişdir. İşin birinci 3 həftəsi sınaq müddəti hesab edilir. İşçi 05 iyul 2018-ci il tarixdən işə başlayır. Müqavilə 05 iyul 2018-ci il tarixdən 05 oktyabr 2018-ci il tarixinədək 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Cavabdeh1i tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli K- 002 nömrəli əmrdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Cavabdeh1inin baş direktoru müşaviri İddiaçı əmək müqaviləsinə 11.01.2021-ci il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanımış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməli, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilsin. İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilsin.
Məhkəmə qərarları › İş №2(005)-2378/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2378/2021
08.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver