Məhkəmə qərarları › İş №2(005)-2381/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2381/2022

19.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2381/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sökülərək öz ünvanında tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı binanın 5-ci mərtəbəsində, 1 ədəd 4 otaqlı, tam təmirli mənzilin mülkiyyətinə verilməsi” tələbinə iş üzrə Cavabdeh2 MMC-nin nümayəndəsinin hazırki mülki işin baxılmamış saxlanılması barədə vəsatətə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sökülərək öz ünvanında tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı binanın 5-ci mərtəbəsində, 1 ədəd 4 otaqlı, tam təmirli mənzilin mülkiyyətinə verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsinin hazırki mülki işin baxılmamış saxlanılması barədə vəsatət təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi izahatında iddiaçı tərəfindən mülki prosesual qanunvericliyin tələbləri pozularaq iddia tələbi üzrə müəyyən edilmiş dövlət rüsumu ödənilməmişdir. Odur ki, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatılarını dinləyərək, cavabdehin vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, işin baxılmamış saxlanılması barədə cavabdehin vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsum ödənilir. Azərbaycan Respublikası MPM-nin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Həmin Məcəllənin 112.6-cı maddəsinə əsasən iddianın qiyməti açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 112.1.9-cu maddəsinə əsasən fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Hazırda iddiaçı tərəfindən qaldırılmış iddia Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı binanın 5-ci mərtəbəsində, 1 ədəd 4 otaqlı, tam təmirli mənzilin mülkiyyətinə verilməsi qeyd etmişdir. Qeyd olunan iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 180 manat ödənilmişdir. Lakin iş materiallarına əlavə edilmiş 146S saylı, xx.xx.2021-ci il, 117S saylı, xx.xx.2021-ci il tarixli müqavilələrdən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı Cavabdeh2 MMC tərəfindən inşa edilmiş 4 otaqlı mənzillərin qiymətləri 200000 manatdan yuxarı qiymətləndirilmişdir. Göründüyü kimi mübahisə predmeti olan əmlakının yarı dəyəri 200000 manat yuxarı qiymətə bərabərdir. Belə olan halda iddiaçı hazırda məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunu düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sökülərək öz ünvanında tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı binanın 5-ci mərtəbəsində, 1 ədəd 4 otaqlı, tam təmirli mənzilin mülkiyyətinə verilməsi” tələbinə dair iddiası üzrə Cavabdeh2 MMC-nin nümayəndəsinin hazırki mülki işin baxılmamış saxlanılması vəsatəti təmin edilərək, mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sökülərək öz ünvanında tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı binanın 5-ci mərtəbəsində, 1 ədəd 4 otaqlı, tam təmirli mənzilin mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, 23344 nömrəli və xx.xx.2022-ci il tarixli, 21149 nömrəli mədaxil qəbzləri üzrə ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar