Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-239/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və “xxxx” MMC-nə qarşı “qızıl-zinət əşyalarına dair keçirilmiş qiymətləndirmənin ləğv edilməsinə və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, “xxxx” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənim mülkiyyətimdə olan girov qoyulmuş qızıl-zinət əşyaları barədə keçirilmiş “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli rəyinin ləğv edilməsinə dair; həmin qızıl-zinət əşyaları barədə keçirilmiş xx.xx.2016-cı il tarixli hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(043)-1664/11 saylı qətnaməsi ilə Cavabdeh1 ASC-nin cavabdehlər X1, ona və qeyrilərinə qarşı ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilərək əmlakın açıq hərracda satılması, girov qoyulmuş qızıl-zinət əşyalarının satılması və zamin şəxslərdən borcun müştərək qaydada tutulması tələbinə dair iddiası təmin edilmişdir. Girov qoyulmuş ona məxsus qızıl-zinət əşyalarının qiymətləndirilməsindən və hərraca çıxarılmasından narazıdır. Belə ki, 98 qramlıq qızılzinət əşyaları ondan bank tərəfindən təhvil götürülərkən üzərində onun imzası olan konvertə qoyulmuşdur. Lakin, açılanda onun iştirakı olmadan açılmış, guya 57 qram olması qeyd edilməklə dəyərindən də dəfələrlə aşağı qiymətə satılmışdır. 98 qramlıq qızılzinət əşyaları içərisində 750 əyarlı və brlyant qaşlı zinət əşyaları cəmi 1708 (bir min yeddi yüz səksən) manata qiymətləndirilmiş, auksion mərkəzi tərəfindən hərrac keçirilmiş, 2757 manata Cavabdeh1 ASC-nə satılmışdır. O, bu barədə hazırda məlumatı olmuş, ərizəsi üzrə İcra İdarəsi tərəfindən ona “xxxx” MMC-nin xx.xx.2015-ci il nəticəsi barədə Hərrac Mərkəzinin məktubu verilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, hərrac barədə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi olaraq məlumat verilməmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı, digər cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxsin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən Cavabdeh1 ASC-nə, X1, X3, İddiaçı və Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli № 01 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində girov qoyulmuş əmlaka tələbin yönəldilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1664/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə girov qoyulan qızıl zinət əşyalarına yönəldilməsi, hərracda 1708 manat ilkin satış qiymtəti ilə satılması və hərracın xx.xx.2016-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan qızıl-zinət əşyalarının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 1708 manat təşkil edir. İş materiallarında olan Hərrac Təşkilatının № 01/222 nömrəli, xx.xx.2016-cı il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan qızıl-zinət əşyalarının Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1664/2011 nömrəli, xx.xx.2011-ci tarixli icra vərəqəsinin, Gəncə Şəhəri İcra Şöbəsinin 64/2012 nömrəli, xx.xx.2015-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı qızma məxsus 1 ədəd üzük çəkisi 5,5 qram 583 əyar, 1 ədəd üzük çəkisi 6 qram 750 əyar, 1 ədəd üzük dəsti çəkisi 20,5 qram 750 əyar, 1 ədəd sırğa üzük və sairə ümumi çəkisi xx xxxx 2757 manata 01 saylı tələbkar alıcı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (etibarnamə əsasında r.ümayəndo X6,)satılmış hesab edilsin və lazımi sənədlər tərtib edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2015-2016-cı il tarixlərində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı məxsus olan qızıl-zinət əşyalarının Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1664/2011 nömrəli, xx.xx.2011-ci tarixli icra vərəqəsinin, Gəncə Şəhəri İcra Şöbəsinin 64/2012 nömrəli, xx.xx.2015-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı qızma məxsus 1 ədəd üzük çəkisi 5,5 qram 583 əyar, 1 ədəd üzük çəkisi 6 qram 750 əyar, 1 ədəd üzük dəsti çəkisi 20,5 qram 750 əyar, 1 ədəd sırğa üzük və sairə ümumi çəkisi xx xxxx 2757 manata 01 saylı tələbkar alıcı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (etibarnamə əsasında nümayəndə X6) satılmış hesab edilsin və lazımi sənədlər tərtib edilsin. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. Nəticədə girov predmeti olan daşınar əmlak hərracda tələbkar tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, girov ilə yüklü edilmiş İddiaçı məxsus olan qızıl-zinət əşyaları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, girov əmlaklarla bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tədqiq edilmiş, nəticədə girov predmeti olan daşınar əmlak əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən girov predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə qiymətləndirilmə rəyinin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, mülki iş materialarından da göründüyü kimi, İddiaçı məxsus olan qızıl-zinət əşyaları Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1664/2011 nömrəli, xx.xx.2011-ci tarixli icra vərəqəsinin əsasında - İddiaçı məxsus olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti – 1708 manat müəyyən edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMCyə qarşı tələb yönəltsə də, həmin cəmiyyəti cavabdeh qismində cəlb etməmişdir. Bu səbəbdən məhkəmə onu öz səlahiyyətlərindən istifadə edərək, üçüncü şəxs qismində işə cəlb etmişdir. Lakin bu tələblər üçüncü şəxslərə qarşı yönəldilə bilməz, eyni zamanda cavabdehlər Cavabdeh1 ASC-yə, “xxxx” MMC qiymətləndirilmə rəyinin ləğv edilməsi hissəsində tələblərə cavab verməli olmayan hüquqi şəxslərdir. Bununla belə, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır və nəticə etibarı ilə belə qənaətə gəlir ki, iddia tələbləri bu hissədə də rədd edilməlidir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə dair hissəsində də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və “xxxx” MMC-nə qarşı “qızıl-zinət əşyalarına dair keçirilmiş qiymətləndirmənin ləğv edilməsinə və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-239/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-239/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver