Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2390/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx BOKT” MMC-nin Cavabdeh MMC-yə qarşı, üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə ödənilmiş hərrac xərcinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx BOKT” MMC Cavabdeh MMC-yə qarşı üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə ödənilmiş hərrac xərcinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olan 2(103)-7706/16 saylı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin verdiyi icra vərəqəsi üzrə borclu X3 tələbkar “xxxxxxxxxx BOKT" MMC-nin xeyrinə 94 206,16 ABŞ dolları əsas borc, 44 886.63 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları dəbbə borcu, cəmi 142 092,79 ABŞ dolları məcburi qaydada alnıması, borcluya məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiymətinin 130000 manat və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməklə açıq hərracdan satılması müəyyən edilmişdir. İcra vərəqəsi, hərrac keçirilməsi üçün “Cavabdeh" MMC-yə göndərilmiş, hərracda iştirakçı olmadığına görə xx xxxxxx 2018-ci il tarixli 361 nömrəli məktubla ipoteka predmetləri tələbkara təklif edilmiş və tələbkar xx xxxxxx 2018-ci il tarixli 325 nömrəli məktubu ilə ipoteka predmetlərini balansına qəbul edəcəyi barədə öhdəlik qəbul etmiş və hər iki mənzilin hərracda satılması üzrə bütün xərcləri, yəni xx.xx.2018-ci il tarixdə hər iki mənzil üçün cəmi 8446,88 (səkkiz min dörd yüz qırx altı) manat xidmət haqqı ödəmişdir. Tələbkarın razılığı ilə Bakı ş, Yasamal rayonu, Ə. Haqverdiyev küç. 468- 469-cu məhəllə. 21 nömrəli binada ümumi sahəsi 97.8 kv.m olan 3 otaqlı 34 nömrəli mənzili xx xxxx 2018-ci il tarixdə alqı- satqı edilmiş, əldə edilən vəsait 119850 manat (70500 ABŞ dolları) tələbkara ödənilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Məhkəmə qərarı ilə hərracdan satılmalı olan digər mənzil, yəni Bakı ş, Yasamal rayonu. Ə. Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzil isə balansımıza keçirilməsi üçün hərrac protokollarının imzalanması tələb edilmiş, lakin icra məmuru qətnamənin izah edilməsi bəhanəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh" MMC-dən “xxxxxxxxxx ROKT" MMC-nin xeyrinə 8446,88 (səkkiz min dörd yüz qırx altı) manat hərrac xərcinin və işə məhkəmədə baxılınası üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək və onun məzmunu ilə eyni məzmunlu izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, "Cavabdeh” MMC tərəfindən 2(103)-7706/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi və Yasamal rayon İcra Şöbəsinin xx/xx-83896/17-31854 saylı xx.xx.2017-ci il tarixli sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 468/469-cu məhəllə istifadədə olan 0,02951 ha torpaq sahəsində yerləşən, 21 nömrəli, 18 mərtəbəli binanın 9-cu mərtəbəsində olan 3 otaqlı, 33 nömrəli mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdivev küçəsi, 468/469-cu məhəllədə istifadə də olan 0,02951 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 18 mərtəbli binanın 9-cu mərtəbəsində olan 3 otaqlı, 34 nömrəli mənzilin hərracı təşkil edilmişdir. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən, 25% aşağı olan qiymətlə tələbkar “TBC X8 Kredit Təşkilatı" MMC -yə 168.937 manat qiymətə təklif edilmiş və kredit təşkilatı alınması üçün hərrac təşkilatına müraciət etmişdir. "X1" MMC tərəfindən hərracın keçirilməsinə dair 35 nömrəli “Hərracın yekunları barədə protokol" tərtib olunmuş və “Cavabdeh" MMC ilə “TBC X8 Kredit Təşkilatı " MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə" xx xxxx 2018-ci il tarixində müqavilə bağlanmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin 3-cü bəndinə əsasən, İpoteka predmetini əldə edən tələbkar 7 (yeddi) təqvim günü ərzində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir. "TBC X8 Kredit Təşkilatı" MMC müqavilə şərtlərinə uyğun olaraq hərrac xərclərini ödəyərək əmlakı əldə etmişdir. Müqavilə imzalandıqdan, hərrac xərci ödənildikdən və protokol verildikdən sonra hərrac təşkilatı ilə kredit təşkilatı arasındakı münasibətlər bitir. Lakin təcrübədə bir sıra kredit təşkilatları hərrac təşkilatından əmlakı əldə etdikdən sonra borcluya təzyiq vasitəsi kimi, (yəni ondakı əldə etdiyini, yaxın vaxtda evi boşatdıracağını və sair) istifadə edərək borcun ödənilməsinə nail olduqdan sonra (hətta ödədikləri hərrac xərclərini belə borcludan aldıqdan sonra) protokolun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun Dövlət Reyestr Xidmətində qeydiyyatını həyata keçirmirlər. Bu cür taktikanı seçən bank və bank olmayan kredit təşkilatları hərraca qarşı sonra hər hansı bir pretenziyaları olmur. Nədənsə “TBC X8 Kredit Təşkilatı" MMC hərrac təşkilatını gəlir əldə etmədən onlara pulsuz xidmət üçün yaradıldığı düşüncəsinə sahibdirlər. İddiaçı imzaladığı müqavilənin şərflərini belə oxumamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakısəbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 35 nömrəli protokolundan görünür ki, X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiymətinin 130000 manat və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat qiymətlə tələbkar “xxxxxxxxxx” BOKT MMC-nin mülkiyyətinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzili və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzili cəmi 168937,50 manata “xxxxxxxxxx” BOKT MMC-nə satılmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən əldə edən tələbkar 7 təqvim günü ərzində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78 və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Azərbaycan Respublikasının ipoteka haqqında Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Azərbaycan Respublikasının ipoteka haqqında Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Azərbaycan Respublikasının ipoteka haqqında Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göründüyü kimi iddiaçı “xxxxxxxxxx BOKT” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən keçirilmiş hərraca görə ödənilmiş xərclərin geri qaytarılmasını tələb edir. Məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, hərrac təşkilatçısı Cavabdeh MMC və tələbkar “xxxxxxxxxx BOKT” MMC arasında xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin 3cü bəndinə əsasən çəkilən xərclərinəldə edən tələbkar tərəfindən 7 təqvim günü ərzində ödənlməli olduğu qeyd edilmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi üzrə iddiaçı ödənilmiş hərrac xərcini geri tələb etmək hüququnu itirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı “xxxxxxxxxx BOKT”MMC-nin Cavabdeh MMC-yə qarşı üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə ödənilmiş hərrac xərcinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı “xxxxxxxxxx BOKT”MMC-nin Cavabdeh MMC-yə qarşı, üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə ödənilmiş hərrac xərcinin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2390/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2390/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver