Məhkəmə qərarları › İş №2(005)-2395/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2395/2022

27.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2395/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145,0 kv.m olan 3 otaqlı 13 saylı mənzilin iddiaçı yəni o, İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MTK-nın ünvan 2 ünvanında tikdiyi 6 bloklu çoxmərətbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində 3 otaqlı 13 Ns-li mənzilini almaq üçün MTK-nə müraciət etmişdir. "xxxx" MTK-nin sədri X3 ilə aralarında bağlanmış 22 may 2018-ci il tarixli, 19 №-li müqaviləyə əsasən ünvan 2 ünvanında tikilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1ci blokunun 3-cü mərtəbəsində yerləşən, 145,0 kv.m-dən ibarət 3 otaqlı 13 N-li mənzilin hər bir kv.m-nə 1400 (birmin dörd yüz) manat ödəməklə, cəmi 203.000 (iki yüz üç min) manata almışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MTK ünvan 3 ünvanında tikilər 6 bloklu çoxmərətbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən, 145,0 kv.m-dən ibarət 3 otaqlı 13 №-li mənzili tikib ona təhvil verməyi, iddiaçı isə bu mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf öhdəliklərini icra etməyərək bugünə kimi mülkiyyət hüquqları olan mənzili ona təhvil verməmişdir. ünvan 4 ünvanında tikilən 6 bloklu çoxmərətbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən, 145,0 kv.m-dən ibarət 3 otaqlı 13 №-li mənzilin dəyərinin hələ 22 may 2018-ci il tarixdə tam ödəməklə almışdır. Mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. Qanunun tələbində də göründüyü kimi o, mübahisəli mənzilin pay haqqını tam ödəməklə bu mənzilə dair sahiblik və istifadə hüququnu əldə etmişdir. Lakin hazırda "xxxx" Mənzil Tikinti Kooperativi yuxarıda qeyd etdiyi kimi mənzili ona verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bundan əlavə "Təbriz MTK ilə onun arasında bağlanmış müqavilənin 8 və 14-cü bəndlərində müqavilənin "satıcı” tərəfindən birtərəfli şəkildə pozulması hallan göstərilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən "ALİCİ" bütün ödənişləri 6-cı bənddə göstərilən müddətdə və həcmdə həyata keçirməyə borcludur, əks halda "SATİCİ" ödənilən məbləğin 80 %-ni "alıcı" ya qaytarmaq şərti ilə onun ALİCİLAR" siyahısından xaric etməyə və bu müqavilənin ləğv etmək hüququna malikdir. Müqavilənin 13-cü bəndinə əsasən bina tikilib başa çatdıqda və "ALİCİ" orderi aldıqdan sonra müqavilə öz qüvvəsini itirmiş hesab olunur və "SATİCİ”ya geri qaytarılır. İddiaçı tərəfindən müqavilə üzrə mənzilin dəyəri tam ödənildiyindən və müqavilənin 8 və 13-cü bəndində göstərilən hallar baş vermədiyindən müqavilə öhdəlikləri cavabdeh tərəfindən icra olunaraq mənzil iddiaçının sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında bildirmişdir ki, müqavilə şərtlərinin yerinə yetirilməsini, Cavabdeh MTK-nın üzərinə müqavilə ilə ona verilməli olan 145.0 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MTK məhkəmənin dəftərxana vasitəsilə xx.xx.2022-ci il tarixində yazılı ərizə yazaraq iddia tələbini qəbul etdiyini, ünvan 5 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı 25 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: bir tərəfdən Cavabdeh MTK-nın sədri X1 və digər tərəfdən “alıcı” adlanacaq İddiaçı arasında bağlanmış 22 may 2018-ci il tarixli, 19 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “Alıcı” Cavabdeh MTK-nın ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 3 mərtəbəsində 3 otaqlı 13 №-li mənzili almaq üçün “Satıcı“ya müraciət edərək müqavilə bağlayır (1-ci bənd). Cavabdeh MTK-nın ünvan 2 ünvanda layihə-smeta sənədlərinə uyğun tikdiyi yaşayış binasının 1 blok 3 mərtəbəsində 3 otaqlı 13 №-li mənzilin sahəsi 145.0 kv.m təşkil edir (2-ci bənd). Cavabdeh MTKnın həmin ünvanda layihə-smeta sənədlərinə əsasən tikdiyi yaşayış binasında 3 otaqlı mənzildə şərti qəbul edilmiş hər bir kv.m sahəsinin ilkin dəyəri 1400 manatdır (3-cü bənd) “Alıcı” bütün ödənişləri 6-cı bənddə göstərilən müddətdə və həcmdə həyata keçirməyə borcludur, əks halda “Satıcı” ödənilən məbləğin 80%-ni “Alıcı”ya qaytarmaq şərti ilə onu “Alıcı”lar siyahısından xaric etməyə və bu müqaviləni ləğv etmək hüququna malikdir (8-ci bənd); Cavabdeh MTK-nın 21 aprel 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, "Təbriz MTK-nın inşa etdiyi İ.Dadaşov küçəsi ev 57 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində sahəsi 145 kv.m olan 3 otaqlı, 13 sayİı mənzilin alınması üçün, "Təbriz” MTK ilə X2 arasında 22 may 2018-ci il tarixdə bağlanmış, həmin mənzilin dəyəri olan 203000 (iki yüz üç min) manat İddiaçı tərəfindən ödənilmiş və ona mənzilin dəyərinin tam şəkildə ödənilməsi barədə maliyyə arayış verilmişdir. Hal-hazırda İddiaçı qeyd olunan mənzillə bağlı Cavabdeh MTK-ya hər hansı borcu yoxdur və mənzil ona məxsusdur; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MTK-nın sədri X1 və digər tərəfdən “alıcı” adlanacaq İddiaçı arasında bağlanmış 22 may 2018-ci il tarixli, 19 nömrəli müqaviləyə əsasən “Alıcı” Cavabdeh MTK-nın ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 3 mərtəbəsində 3 otaqlı 13 №-li mənzili almaq üçün “Satıcı“ya müraciət edərək müqavilə bağlayır (1-ci bənd). Cavabdeh MTK-nın ünvan 2 ünvanda layihə-smeta sənədlərinə uyğun tikdiyi yaşayış binasının 1 blok 3 mərtəbəsində 3 otaqlı 13 №-li mənzilin sahəsi 145.0 kv.m təşkil edir (2-ci bənd). Cavabdeh MTK-nın həmin ünvanda layihə-smeta sənədlərinə əsasən tikdiyi yaşayış binasında 3 otaqlı mənzildə şərti qəbul edilmiş hər bir kv.m sahəsinin ilkin dəyəri 1400 manatdır (3-cü bənd) “Alıcı” bütün ödənişləri 6-cı bənddə göstərilən müddətdə və həcmdə həyata keçirməyə borcludur, əks halda “Satıcı” ödənilən məbləğin 80%-ni “Alıcı”ya qaytarmaq şərti ilə onu “Alıcı”lar siyahısından xaric etməyə və bu müqaviləni ləğv etmək hüququna malikdir (8-ci bənd); Lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. İddiaçı tərəfindən iddia ərizəsində irəli sürdüyü tələblər məhkəmə araşdırmasında öz hüquqi təsdiqini tapdığından, İddiaçı qzı ilə Cavabdeh MTK arasında bağlanmış 22 may 2018-ci il tarixli, 19 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalıdır. Belə ki, iddiaçının tikdiyi 3 otaqlı 145.0 kv.metr mənzilin verilməsi öhdəliyini Cavabdeh MTK qeyd olunan müqavilə üzrə öz üzərinə götürmüşdür. Lakin müqavilə öhdəyinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət bitmiş, hazırkı vaxtadək müqavilə şərtləri cavabdeh tərəfindən pozularaq icra edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 22 may 2018-ci il tarixli, 19 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalı, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145,0 kv.m olan 3 otaqlı 13 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi öhdəliyi Cavabdeh MTKnın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 22 may 2018-ci il tarixli, 19 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145,0 kv.m olan 3 otaqlı 13 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar