Məhkəmə qərarları › İş №2(005)-2397/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2397/2021

20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2397/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 05.05.2007-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılması və cavabdehdən 05.05.2005-ci il təvəllüdlü X16, 05.05.2007-ci il təvəllüdlü X17, 16.08.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 iyun 2004-cü ildə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Birgə nikahdan 05.05.2005-ci il təvəllüdlü X16, 05.05.2007-ci il təvəllüdlü X17, 16.08.2009-cu il təvəllüdlü X18 və 22.01.2013-cü il təvəllüdlü X19 adlı övladları anadan olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulması, birgə nikahdan doğulmuş 05.05.2005-ci il təvəllüdlü X16, 05.05.2007-ci il təvəllüdlü X17, 16.08.2009-cu il təvəllüdlü X18 və 22.01.2013-cü il təvəllüdlü X11 analarının yanında qalması və hər uşağa görə 100 manat, 22.01.2013-cü il təvəllüdlü X113 yaşma çatanadək 50 manat sabit pul məbləğində -alimentin tutulması qət edilmişdir. 2016-cı ildən etibarən isə birgə nikahdan doğulmuş 05.05.2005-ci il təvəllüdlü X16, 05.05.2007-ci il təvəllüdlü X17, 16.08.2009-cu il təvəllüdlü X18 onun yanında yaşayırlar. Belə ki, cavabdehin 2016-cı ildən başqa şəxslə faktiki ailə münasibətlərinə daxil olması və 2018-ci il tarixdə qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməsi səbəbindən uşaqlar onunla birlikdə qalmaq istəmirlər. Aralarında uşaq tələbi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olub. Sonuncu Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş 05.05.2005-ci il təvəllüdlü X16, 16.08.2009-cu il təvəllüdlü X18 onun yanında saxlanılmış, 05.05.2007-ci il təvəllüdlü X8 isə anasının yanında saxlanılması qət edilmişdir. Lakin buna baxmayaraq qeyd etdiyi kimi 2016-cı il tarixdən X17 onunla birlikdə yaşayır, hər üç uşağı özü saxlayır və onların bütün xərclərini qarşılayır. Cavabdeh isə uşaqların saxlanılmasında heç bir maddi yardım etmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən 05.05.2007-ci il təvəllüdlü X17 bildirdi ki, 3 ildən çox müddətdir ki, atasının yanında qalır və 18 yaşına kimi atasının yanında qalmaq istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 17.05.2017-ci il tarixdə verilmiş AZ-T seriyalı 028769 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 05.05.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 1042 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası isə Cavabdehdır; Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22.10.2013-cü il tarixli, 2(005)-2395/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində bağlanmış 18 iyun 2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 342 sayla qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş X16, X17, X18 və X1 Günay Hacı qızının yanında saxlanılması və uşaqların saxlanması üçün hır birinə 100, cəmi 400 manat alimentin tutulması qət edilmişdir; Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 31.07.2019-cu il tarixli, 2(005)-1892/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, İddiaçı ilə X6 birgə nikahlarından doğulmuş övladları 05.05.2005-ci il təvəllüdlü X16, 05.05.2007-ci il təvəllüdlü X17 və 16.08.2009-cu il təvəllüdlü X18 ataları İddiaçı himayəsinə verilməsi qət edilmişdir; İddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların qaytarılması və aliment tələbinə dair iddiası təmin edilməmişdir; Bakı Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-12954/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 1892/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, 05.05.2007-ci il tarixli X3 Faiq Cəmil oğlundan alınaraq Cavabdeh verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayon Q.Abbasov adına 284 №-li tam orta məktəbinin 10.06.2019-cu il tarixli, 682 saylı arayışından görünür ki, X5 qəsəbəsi 3№-li tam orta məktəbinin 8-ci, X17 həmin məktəbin 5-ci, X18 isə 3-cü sinfində təhsil alırlar; Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(005)-450/2021-ci il saylı Qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alıment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti “X4 işləri və Hüquqlarının Müdafiəsi üzrə” Komissiyasının 17 avqust 2021-ci il tarixli 1/443 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, komissiya hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq, 05.05.2007-ci il təvəllüdlü X17 atası İddiaçı yanında qalması X4 hüquq və mənafeyinə uyğun hesab edilmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqlarına dair Konvensiyası”nın: 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər; 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinin 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-12954/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1892/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, 05.05.2007-ci il tarixli X3 Faiq Cəmil oğlundan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Lakin məhkəmə baxışında müəyyən olunmuşdur ki, 05.05.2007-ci il tarixli X17 2016-cı ildən etibarən atası İddiaçı himayəsində yaşayır. Bakı Binəqədi Rayon İcra şöbəsinin icra məmurları X12 və X2 tərtib etdikləri 23.04.2021-ci il tarixli Aktının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12954/2019 saylı 04.02.2020-ci il tarixli icra sənədinə əsasən, 05.05.2007-ci il təvəllüdlü X17 borclu İddiaçı alınaraq tələbkar Cavabdeh verilməlidir. İcra sənədinin icrası ilə bağlı icra şöbəsinə dəvət edilən X17 həm təklikdə, həm də atası ilə birlikdə olarkən icra məmuruna sənədin icrası ilə bağlı qəti etiraz edərək, atasının yanından qalmaq istədiyini bildirmişdir. Məhkəmə baxışında eyni zamanda müəyyən edilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti “X4 işləri və Hüquqlarının Müdafiəsi üzrə” Komissiyasının 17 avqust 2021-ci il tarixli 1/443 nömrəli rəyinə əsasən komissiya hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq, 05.05.2007-ci il təvəllüdlü X17 atası İddiaçı yanında qalması X4 hüquq və mənafeyinə uyğun olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 05.05.2007-ci il təvəllüdlü X3 Faiq Cəmil oğlunun himayəsinə verilməlidir. İddia ərizəsində göstərilən aliment tələbi ilə bağlı məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-12954/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1892/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, 05.05.2007-ci il tarixli X17 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Buna baxmayaraq, 0, 05.05.2007-ci təvəllüdlü X17 2016-cı ildən atasının himayəsində qalmışdır. Beləliklə, 2016-cı il tarixdən 3 uşaq atalarının yanında yaşayırlar, onların bütün xərclərini ataları qarşılamışdır. Cavabdeh isə heç bir maddi yardım göstərməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh daimi iş yeri və qazancı yoxdur, himayəsində körpə uşağı var. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi aliment təmin edilərək, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşağa 50 (əlli) manat, cəmi 150 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulma vaxtı iddiaçının müvafiq tələblə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni alimentin tutulma vaxtı 12 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.05.2007-ci il təvəllüdlü X17 atası İddiaçı himayəsinə verilsin. Cavabdeh X7 05.05.2005-ci il təvəllüdlü X9, 05.05.2007-ci il təvəllüdlü X8, 16.08.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 12 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar