Məhkəmə qərarları › İş №2(005)-2399/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2399/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2399/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Hüseynova lhamə Nemət qızının, X1, X9 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Hüseynova lhamə Nemət qızının, X1, X9 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Nemət qızının, X1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanda 61 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərdən ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 26,33 kv.m təşkil edən 1 otaqlı mənzili qüvvədə olan mülki qanunvericiliyə riayət etməklə alqı-satqı yolu ilə almışdır. Aldığı mənzilə dair sənədləri qanunvericilikdə nəzərdə tutulduğu qaydada AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş və həmin qurum tərəfindən 28.02.2020-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzilə dair alqı-satqı müqaviləsi imzalanarkən iddiaçı həmin mənzildə qeydiyyatda olanlardan xahiş etmişdir ki, 1 ay müddətinə mənzildən pasport qeydiyyatından çıxsınlar. Onlar bu barədə iddiaçıya söz versələr də bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışlar. Artıq onların yerləri də iddiaçıya məlum deyildir. Həmin şəxslərin iddiaçının xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilində qeydiyyatda olmaları iddiaçıya əlavə problemlər yaradır. Belə ki, iddiaçı onlara görə əlavə kommunal xərcləri ödəyir. İddiaçı hesab edir ki, bir vətəndaş kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 07.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 02.03.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 Əzizm qızı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi Nərimanov Polis İdarəsinin 08.04.2021-ci il tarixli №078-9061-1221 nömrəli məktubun surətindən görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri səlahiyyət daxilində olmadığından pasport qeydiyyatında olan Cavabdeh1 Nemət qızı, X5, X11, Cavabdeh4 qeydiyyatdan çıxarılması mümkün deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli 28.02.2020-ci il tarixli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 İddiaçı mülkiyyətindədir. 27.02.2020-ci il tarixli AN-İ№0830840 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 ilə alıcı İddiaçı arasında müqavilə imzalanmışdır. X2 satıcı İddiaçı-dan satdığı tam hissəni (26.33 kv/m) ondan 18.000 manat 00 qəpik (on səkkiz manat sıfır qəpik) qiymətinə aldığı qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1, X6, 9 saylı notariat ofisində imzaladıqları ərizənin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiklərini, heç bir iddia tələblərinin olmadığılarını və bununla bağlı bütün məsuliyyəti öz üzərlərinə götürdükərini qeyd etmişlər. Bakı şəhəri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin 116 saylı mənzil-kommunal istismar sahəsinin 454 nömrəli, 04.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Nemət qızı və Cavabdeh4 keçmiş kirayə qalanlar Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 69 saylı evin 61 nömrəli mənzilində yaşamırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 fevral 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69, 61 nömrəli mənzili İddiaçı 18.000 manata satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil X10 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqısatqı müqaviləsindən də göründüyü kimi mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də, Cavabdeh1 Nemət qızı, X5, X11 Cavabdeh4 halhazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Bu kontekstdə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 Nemət qızı, X5, X11, Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69, 61 saylı mənzilinə olan istifadə hüquqları itirilməli və onlar müvafiq mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Nemət qızı, X5, X11 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69, 61 saylı mənzilə olan yaşayış sahəsində istifadə hüquqları itirilsin. Bu qətnamə Cavabdeh1 Nemət qızının, X1, X7 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69, 61 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar