Məhkəmə qərarları › İş №2(005)-240/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-240/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-240/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 76984 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12.07.2017-ci il tarixdə tərəflər arasında ünvan 1 ünvanda yerləşən binada 96, 97 və 98 saylı 3 mənzilin iddiaçının mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır.Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 63.97 kv metr olan 96 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.Müqavilənin 1.2-ci bəndinə əsasən “Archico“ MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 61.75 kv metr olan 97 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən “Archico“ MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 31.26 kv metr olan 98 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə kı, iddiaçıya verilən hər 3 mənzil tikilmiş binanın iddiaçının gözləntilərinə uyğun olmayan blokunda yerləşir. Həmin blok həyətə baxır və şəhərə panoraması ümumiyyətlə mövcud deyil. Bununla da cavabdeh iddiaçıya 3 mənzilə görə təxminən 25000 manat məbləğində maddi ziyan vurmuşdur.Bundan başqa, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri ilə müqavilədə göstərilən ölçülərdən tamamilə fərqlidir. Belə ki, 96 nömrəli mənzilin sahəsi 63.97 kv metr olmalı olduğu halda 52,2 kv metr, 97 nömrəli mənzilin sahəsi 61.75 kv metr olmalı olduğu halda 52,1 kv metr, 98 nömrəli mənzilin sahəsi 31.26 kv metr olmalı olduğu halda 23.8 kv metrdir. Göründüyü kimi Cavabdeh MMC müqavilədə göstərildiyi kimi iddiaçıya cəmi 156,98 kv metr verməli olduğu halda, iddiaçını aldadaraq cəmi 128,1 kv metr (28,88 kv metr az) mənzil sahəsini iddiaçıya təhvil verərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda həmin binada mənzillərin 1 kv metrinin qiyməti 1800 manat olması nəzərə alınarsa, cavabdeh iddiaçıya 51984 manat (28,88x1800azn=51984azn) məbləğində maddi ziyan vurmuşdur.Cavabdeh MMC iddiaçıya mənzilləri müqavilədə nəzərdə tutulmuş blokda vermədiyinə görə 25000 manat və ölçüləri az təhvil verdiiynə görə 51984 manat, cəmi 76984 manat maddi ziyan vurmuşdur.Dəfələrlə cavabdehə artıq ödənilmiş pul məbləğinin qaytarılmasına dair şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin bir nəticəsi olmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək iddiaçıya olan borcu qaytarmaqdan imtina edir. Cavabdehin yerləşdiyi ünvana pulun ödənilməsinə dair xəbərdarlıq məktubu iddiaçı tərəfindən göndərilmişdir. Lakin cavabdeh məktuba heç bir reaksiya verməmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında idda tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 12 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Archico“ MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək,həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 104.59 kv.m olan 4 otaqlı fəqrdi yaşayış evinin əvəzinə 50% artıq, B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 63.97 kv metr olan 96 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 61.75 kv metr olan 97 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 31.26 kv metr olan 98 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, Bakı şəhər İcra hakimiyyəti texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 041675 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 4 otaq, 68,2 kv.m yaşayış sahəsi,150,1 kv.m ümumi sahəsi olan torpaq sahəsindən ibarət 4 saylı fərdi yaşayış evi İddiaçı adına 1 otaq 13,9 kv.m payla məxsusdur və bu barədə 65 saylı reyestr kitabında 9880-ci səhifəsində 30/2656 nömrəsi ilə 28 fevral 2006-cı ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan, "xxxx" MMC tərəfindən 03 iyun 2020-ci il tarixdə verilmiş, ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilin mövcud vəziyyətdə layihəsindən görünür ki, İddiaçı məxsus mənzilin texniki göstəriciləri a) “A” tikilisi mənzilin tikintialtı sahəsi 29.8 kv.m, mərtəbəliliyi- 17 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsi, ümumi sahəsi 23.8 kv.m, yaşayış sahəsi – (1 otaq) 15.9 kv.m, köməkçi sahəsi 7.9 kv.m təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 03 iyun 2020-ci il tarixdə verilmiş, ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilin mövcud vəziyyətdə layihəsindən görünür ki, İddiaçı məxsus mənzilin texniki göstəriciləri a) “A” tikilisi mənzilin tikintialtı sahəsi 63.2 kv.m, mərtəbəliliyi - 17 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsi, ümumi sahəsi 52.2 kv.m,yaşayış sahəsi – (2 otaq) 37.4 kv.m, köməkçi sahəsi 14.8 kv.m təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 03 iyun 2020-ci il tarixdə verilmiş, ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilin mövcud vəziyyətdə layihəsindən görünür ki, İddiaçı məxsus mənzilin texniki göstəriciləri a) “A” tikilisi mənzilin tikintialtı sahəsi – 62.1 kv.m, mərtəbəliliyi - 17 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsi, ümumi sahəsi 52.1 kv.m, yaşayış sahəsi – (2 otaq) 37 kv.m, köməkçi sahəsi 15.1 kv.m təşkil edir. İş materiallrında olan 10.11.2020-ci il tarixli, 2(005)-2735/2020 saylı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması AR ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinə tapşırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 07 aprel 2021-ci il tarixli 10,3709 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən binanın B2 blokunun, 3-cü mərtəbəsində yerləşən 96 nömrəli mənzilin ümumi sahəsinin 52.2 kv.m, 97 nömrəli mənzilin ümumi sahəsinin 52.1 kv.m, 98 nömrəli mənzilin ümumi sahəsinin 23.8 kv.m olduğu müəyyən edildi. İş materiallarında olan 09 iyul 2021-ci tarixli 431 nömrəli “X2” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.25 bəndinin “Tikinti sahəsi”-nin müəyyən edilməsi qaydasına uyğun olaraq, ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən binanın B2 blokunun, 3-cü mərtəbəsində yerləşən 96 saylı mənzilin ümumi sahəsinin 64.6kv.m, 97 saylı mənzilin ümumi sahəsinin 62.5kv.m, 98 saylı mənzilin ümumi sahəsinin isə 30.6kv.m olduğu müəyyən edildi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.25-ci bəndi nəzərə alınmaqla ünvan 1 ünvanda “ARCHİCO MMC tərəfindən inşa edilən binada 96, 97 ve 98 saylı mənzillərin tikinti sahəsi payçı X3 arasında bağlanmış 12.07.2017-ci il tarixli müqavilənin 1.1, 1.2, 1.3 bəndində qeyd olunan mənzillərin tikinti sahəsiylə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, 12 iyul 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “Archico“ MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 104.59 kv.m olan 4 otaqlı fəqrdi yaşayış evinin əvəzinə 50% artıq, B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 63.97 kv metr olan 96 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Archico“MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 61.75 kv metr olan 97 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən “Archico“ MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 31.26 kv metr olan 98 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 09 iyul 2021-ci tarixli 431 nömrəli “X2” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.25-ci bəndi nəzərə alınmaqla ünvan 1 ünvanda “ARCHİCO” MMC tərəfindən inşa edilən binada 96, 97 və 98 saylı mənzillərin tikinti sahəsi payçı X3 arasında bağlanmış 12.07.2017-ci il tarixli müqavilənin 1.1, 1.2, 1.3 bəndində qeyd olunan mənzillərin tikinti sahəsiylə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır : Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 iyul 2017-ci il tarixli müqavilədən cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 1.1, 1.2 və 1.3-cü maddələrindən göründüyü kimi, mənzillərin ümumi tikinti sahələri 63.97kv.m, 61.75 kv.m və 31.26 kv m təşkil edir . Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzillərin sahələri ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzillərin sahələri qeyd edilən qaydada, yəni 63.97kv.m, 61.75 kv.m və 31.26 kv.metr müəyyən edilmişdir. ünvan 1 ünvanda “ARCHİCO” MMC tərəfindən inşa edilən binada 96, 97 və 98 saylı mənzillərin tikinti sahəsi payçı X3 arasında bağlanmış 12.07.2017-ci il tarixli müqavilənin 1.1, 1.2, 1.3 bəndində qeyd olunan mənzillərin tikinti sahəsiylə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar