Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2402/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh; Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (açar sözlər: mənzilə köçürmə; mənzilə istifadə hüququnun itirilməs) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə iddiaçı İddiaçı, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh Cavabdeh, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə ilkin və qarşılıqlı iddia tələbləri üzrə mülki işə məhkəmənin inzibati binasında, (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadə hüququ olduğu ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, evləndiyi vaxta qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Evliliyi dövründə anası Cavabdeh ona daima “bu ev həm də sənindir, istədiyin kimi evdən istifadə edə bilərsən, istədiyin vaxt gəlib qala bilərsən” demiş, bu səbəbdən öz təklifi və razılığı ilə həmin mənzildən qeydiyyatdan çıxmağa qoymamışdır. Son bir ildə həyat yoldaşı ilə aralarında soyuq münasibətlər yarandığı üçün istifadə hüququ olan və qeydiyyatda olduğu ünvan 1 ünvanına köçmək istəmişdir, lakin anası maneçilik törətmişdir. Mülki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1-ə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsi, ilk iddia üzrə İddiaçı mənzilə köçürmə barədə iddiası təmin edilməməsini, hazırki qətnamənin cavabdeh İddiaçı ünvan 1-dən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qətnamədə göstərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh doğma övladıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün 2025-ci ilin yanvarında Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə cavabdeh İddiaçı həmin ünvandan qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. 22 yanvar 2025-ci il tarixdə qarşılıqlı iddiaçı Cavabdeh Nərimanov rayon Polis İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh inzibati iddiası üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6688/2025 saylı inzibati işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təyin olunmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı İnzibati Məhkəməsində iddiaçı Cavabdeh mənzildən qeydiyyatdan çıxarılma barədə inzibati iddiasına baxılmaması üçün Bakı İnzibati Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilənədək 11 aprel 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə hazırki iddianı qaldıraraq, ilk iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanına məhkəmə qaydasında köçürülməsini tələb etmişdir. İlk iddia üzrə Cavabdeh ilkin iddiaya qarşı qarşılıqlı iddia irəli sürərək cavabdeh İddiaçı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasını iddia etmişdir. Belə ki, ilk iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, evləndiyi vaxta qədər qarşılıqlı iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Evliliyi dövründə anası Cavabdeh ona həmin evin onun olmasını, istədiyi kimi istifadə edə bilməsini, istədiyi vaxt gəlib qala bilməsini bildirmiş və onu evdən qeydiyyatdan çıxmağa qoymamış, son bir ildə həyat yoldaşı ilə aralarında soyuq münasibətlər yarandığı üçün mübahisəli mənzilə köçmək istəmiş, lakin Cavabdeh ona maneçilik törətmişdir. Evə istifadə hüququnun olduğunu və bu əsasla evə köçürülməsi barədə qətnamə qəbul edilməsini tələb edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia verərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun qızı olsa da sonuncunun həmin mənzilə istifadə hüququnun itirildiyini və onun mənzilə köçürülməsinin mümkün olmadığını iddia edir. Belə ki, ilk iddia üzrə İddiaçı Cavabdeh doğma qızı olmaqla 23 yaşına kimi onan məxsus ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. 2001-ci ilin 18 oktyabrında İddiaçı Şirvan (keçmiş Əli- Bayramlı) şəhər sakini X2 ilə rəsmi nikaha daxil olub ailə qurmuş və həmin tarixdən etibarən mübahisəli kənzildən köçərək daimi yaşamaq üçün əri Vilayət Mikayılovun yaşadığı Şirvan (Əli-Baytramlı) şəhərinə köçüb yaşamış, soyadını dəyişərək ərinin soyadına keçmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeydiyyatda anası Cavabdeh evində qalmışdır. Sonradan Şirvan şəhərində yaşadıqları ev cavabdehin əri Vilayət Mikayılovun adına keçirilmişdir. 2013-cü ildə qarşılıqlı iddiaçı Cavabdeh öz şəxsi pul vəsaiti hesabnına qızı-cavabdeh İddiaçı ünvan 3 ünvanında 9 mərtəbəli binanın 2-ci mərtəbəsindən 1 otaqlı mənzil almış və 2013-cü ildə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh evindən qeydiyyatdan çıxaraq iddiaçının onun adına aldığı 1 otaqlı mənzilə qeydiyyata düşmüşdür və həmin ildən öz adına olan 1 otaqlı (2 otağa düzəldilmiş) mənzildə ailəsi ilə birgə yaşamışdır. 2021-ci ildə cavabdeh İddiaçıhəmin 1 otaqlı evi satıb Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsindən ev almışdır və hazırki tarixə kimi həmin evdə yaşayır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2001-ci ildə ailə qurub mübahisəli mənzildən köçdüyü gündən bu vaxta kimi heç vaxt həmin mənzildə yaşamamış, onun daimi yaşayış yeri, mülkiyyətində şəxsi mənzili olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh məxsus ünvan 1-də onunla birgə doğma bacısı 1953-cü il təvəllüdlü X9 yaşayır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 24 il əvvəl ailə quraraq mübahisəli mənzildən daimi köçüb getmişdir, 2013-cü ildə onun adına əmlak alınmış və özünün xüsusi mülkiyyətində daşınmaz əmlakı olmuş və həmin evdə yaşamışdır. Cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə ehtiyacları yoxdur, ailə həyatı quraraq köçmüş, mübahisəli evdən qeydiyyatdan çıxmış və iddiaçının vəsaiti hesabına onun adına ev alınmışdır. 2024-cü ildə anası Cavabdeh xahiş edib həmin ünvana qeydiyyata düşmüşdür, lakin cavabdehin mənzilə qeydiyyata düşməsi onun həmin evə istifadə hüququnun olmasını ehtiva etmir. Özünün və ya həyat yoldaşının mülkiyyətində mənzillər olan cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması deməkdir. Şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Cavabdehin uzun illər daimi yaşadığı evdə qeydiyyatda olması və 1 il öncə iddiaçının mənzilinə qeydiyyata düşməsi onun həmin mənzildə istifadə hüququnu yaratmır, o, bu gün də başqa ünvanda ailəsi ilə birlikdə yaşamağı davam edir. Cavabdehin və ailə üzvlərinin mülkiyyətində başqa yaşayış sahələrinin olması və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, bununla bağlı iddiaçı Cavabdeh iddia tələbi Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur. İşin faktiki hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəlio mənzilə hər hansı hüququ yoxdur, onun həmin mənzilə istifadə hüququ 24 il bundan öncə nikaha daxil olub ailə həyatı qurub daimi yaşayış üçün ər evinə köçərkən istifadə hüququ itirilmişdir. İddiaçı həmin mənzilə ehtiyacı olmamışdır və yoxdur. Hətta, 2013-cü ildə anası Cavabdeh tərəfindən ona Bakı şəhəri Köhnə Günəşli qəsəbəsində mənzil alınaraq onun adına rəsmiləşdirilməklə mülkiyyətinə verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzildə əmlakı yoxdur, orada yaşamamışdır və hazırda da yaşamır. Cavabdehin həmin mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilmir. Ona görə də, cavabdeh İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh mənzilinə köçürülməsi qanunla yol verilmir. Qarşılıqlı iddia tələbi icraata qəbul edilmişdir. II. Tərəflərin mövqeləri: İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsi, ilkin iddia üzrə İddiaçı mənzilə köçürülmə tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Təxminən 2 il əvvəl İddiaçı ilə həyat yoldaşı arasında münasibətlər kəskinləşmiş, İddiaçı anası Cavabdeh Sevinc xanımı yaşaması üçün evinə dəvət etmiş və ona evdən 1 otaq vermişdir. Bundan bir müddət keçdikdən sonra Cavabdeh öz təklifi əsasında İddiaçı yaşadığı və istifadə etdiyi ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Cavabdeh özü-özlüyündən sözügedən ünvana qeydiyyata düşə bilməzdi. Bundan sonra iddiaçının oğlu Nümayəndə arada anasına baş çəkmək üçün İddiaçı yaşadığı ünvana gəlirmiş. Sonuncu dəfə bacısı X6 ilə birlikdə həmin ünvana gəldikdə nənəsi Cavabdeh tərəfindən sərt reaksiya ilə rastlaşmış, ağır sözlər eşitmiş, hətta nənəsi onun üstünə hücum çəkmiş, aralarına İddiaçı girmək istədikdə o da Cavabdeh tərəfindən ağır sözlər eşitmiş, özündən getmiş, nəticədə istifadə hüququ olduğu ünvan 1 ünvanından anası tərəfindən qovulmuş, mənzildə yaşamağa maneələr yaradılmışdır. Bu hadisədən sonra isə İddiaçı qohumlarının evində müvəqqəti yaşamağa başlamış, sonuncu müvəqqəti yaşadığı yer isə baldızının evi olmuşdur. Qeyd edir ki, Sevinc xanımın 2 ildir həyat yoldaşının evini tərk etdiyi onun X3 və X11 adlı qonşularına məlumdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edərək Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsi, ilkin iddia üzrə İddiaçı mənzilə köçürülmə tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həyat yoldaşı ilə anasıgil qohumdurlar. Ailə qurmağında anasının böyük rolu olub, çünki onlar istəyirdilər. Ailəsində çətinliklər yaranandan sonra anası bildirdi ki, “gəl mənim mənzilimdə qeydiyyata düş və burada yaşa”. 2022-ci ildə özünün razılığı ilə “Asan Xidmət” Mərkəzində onu qeydiyyata salmışdır. Cehiz əşyaları da oradadır. Əşyalarını 2022-ci ilin əvvəlində anasına təhvil vermişdir. Ara-ara olmaqla orada iki il yaşamışdır, 2022-ci ildə qeydiyyata düşdükdən sonra 2025-ci ilin əvvəlinədək orada yaşamışdır. 2022-ci ilədək Ramana qəsəbəsində yaşamışdır. Anası övladlarını təhqir edir və həmişə onu digər övladlarından ayırıb. Həyat yoldaşından övladlarına görə boşanmamışdır, lakin ayrı yaşamaq qərarına gəlmişlər. Özünün həmin evə dair yaşamaq hüququ var. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: - Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 665 saylı sərəncamının surətindən görünür ki, 2-ci Cənub küçəsindəki 17 saylı evin 2 otaqlı 31 saylı mənzilində 1988-ci ildən etibarən 5 nəfər ailə üzvü ilə (özü, 2 qızı, 2 bacısı) icarədarın keçmiş arvadı Cavabdeh yaşayır. Sərəncamla mənzilin icarə müqaviləsinin 5 nəfər ailə üzvü ilə (özü, 2 qızı, 2 bacısı) vətəndaş Cavabdeh adına dəyişdirilməsi və onun həmin mənzilin əsas icarədarı hesab edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsindən verilmiş ÖM seriyalı 167196 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Cənub küçəsi 17 saylı evin 31 saylı mənzili xx.xx.2003-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında 23 yanvar 2004-cü il tarixdən qeydiyyatdadır, İddiaçı həmin mənzildə qeydiyyatda olan digər şəxslər siyahısına daxildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatın verilməsi barədə məktubla müəyyən olunur ki, İddiaçı adına ünvan 6 ünvanı 14.11 2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı notariat kontorunun 4Ə-702 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 8 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0118 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 4Ə-409 reyestr nömrəli xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ünvan 8 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0118 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə X1 adına qeydə alınmışdır. - Nərimanov rayon Mənzil-X5 tərəfindən ünvanlanmış 11 fevral 2025-ci il tarixli məktubla müəyyən olunur ki, ərazi üzrə 18 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən İddiaçı Bakı şəhəri, ünvan 10 ünvanında yaşamır. Mənzil Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubla müəyyən olunur ki, ünvan 11 ünvanı üzərində İddiaçı istifadə hüququnun qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. - Məhkəmə iclasında şahid qismində dinlənilmiş X6 bildirmişdir ki, anası 2022-ci ildən atası ilə arasında olan problemlərə görə onlarla yaşamır. Valideyinlər xırda məsələlərə görə çox dalaşırdılar və bu onlara mənfi təsir edirdi. 2022-ci ildə anası əvvəlcə nənəsigildə yaşamış, sonra qonşuları Kamalə xalagildə, daha sonra bibisi oğlu Emilgildə və hazırda Zülfiyyə xalagildə yaşayır. Nənəsigildə 2025-ci ilin fevral ayına qədər yaşayıb və həmin vaxt nənəsi onlara hücum etmişdir. Bu vaxt özü polisə müraciət etmişdir, çünki nənəsi, xalası və xalası oğlu onları döymüşdürlər. Mübahisə yaranmış, nənəsi anasına qışqıranda müdaxilə etməmiş, lakin toxunmağa çalışanda anasına toxunmaması üçün qışqırmışdır. Özünün saçından tutub çəkmiş, anasını yerdə təpikləmişdirlər. Polisə zəng vurmuşdur.Ara sakitləşəndən sonra qonşuları Gülşən xala gəlmiş və onları ayırmışdır. Yenidən polisə yığmış, hadisəni videoya çəkmişdir ki, əlində sübut olsun. Polis yeri tapa bilmədiyi üçün gəlməmişdir. Daha sonra qonşusugilə getmiş, qonşu ona demişdir ki, “ananı da götür get”. Daha sonra polis gəlmişdir. Mənzildə anasından başqa Qəmər qalırdı. Anasə 2022-ci ildən 2025-ci ilin fevralına qədər orada qalırdı. Davadan sonra anasını qovmuşdurlar. Orada anasının cehiz əşyaları və özünün qabları da var idi. Bundan əvvəl mebelləri, anasının qabları, yorğan-döşəyi var idi və papağı da orada qalmışdır. Anası onlara görə məcbur atası ilə ünsiyyətə girirdi, arada onların yanına gəlir, ona kömək edirdi. Atası anasını hədələmiş, ya boşanacaqlarını, ya da evini qaytarmalı olduğunu demişdir. Anası etiraz etmiş, atası gələcəkdə nənəsi və xalasının evdən pay istəyəcəyini bildirmişdir. Onların boşanmaqlarına özü etiraz etmişdir, çünki iki ilə ailə qurmağa hazırlaşır və gələcək ailəsi boşanan ailəni qəbul etmir. - Məhkəmə iclasında şahid qismində dinlənilmiş X11 bildirmişdir ki, iddiaçının qonşusudur. Onu 2020-ci ildən tanıyır. Özü Zabrat qəsəbəsində yaşayır, 2019-cu ildə ora köçmüşdür. İddiaçı ilə sıx münasibəti 2022-ci ildən başlayıb. Ailələrində problemlər olduğunu bilməmişdir, lakin sonradan iddiaçı orada görməmiş, onunla əlaqə saxlayanda anasıgildə olduğunu demişdir. O, 6-7 ay evində olmadı. İddiaçı ərinə görə qalmırdı, lakin uşaqlarına görə gedib-gəlirdi. 2025-ci ildə iki ay onun evində də qalmış, lakin sonradan baldızıgilə getmişdir. Ona anasıgildə qaldığını, lakin onu yola vermədiklərini bildirmişdir. - Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 bildirmişdir ki, Montin qəsəbəsində cavabdehin evində yaşayır. Ev iki otaqdan ibarətdir. Cavabdeh və böyük bacısı ilə yaşayırlar. İddiaçı bacısının qızıdır və o orada yaşamayıb. O, ərə gedəndən çıxıb gedib və ondan sonra orada yaşamayıb. İddiaçının və onun qızının həmin evdə əşyası yoxdur. Tərəflər arasında mübahisə olarkən evdə olmamış, lakin eşitmişdir. - Məhkəmə iclasında şahid qismində dinlənilmiş X10 bildirmişdir ki, bacısı İddiaçı anasına məxsus evdə yaşamayıb. 2001-ci ildən bacısı ailə qurub və o evdə yaşamayıb. Onun evdə heç bir əşyası yoxdur və həyat yoldaşı ilə münasibətləri yaxşıdır. Bacısı öz evində ailəsi ilə birgə yaşayır. Mənzilin özəlləşdirilməsi zamanı hamısı, həmçinin bacısı özü razılıq verib. Anası 2013-cü ildə atam vəfat etdikdən sonra bacısına ev alıb və o da razılıq verib. Özü anasının yanına gəlir, bazarlıq edir və həkimə aparır. Bacısı ilə hər gün telefon ilə danışmışdırlar. Məhkəmə prosesi zamanı həyat yoldaşının yanından çıxıb ki, yola getmirlər. Yayda hər gün evlərinə qonaq getmişdir. Anası ilə bacısı arasında mübahisə olan zaman anasının təzyiqi qalxdığına və həkim olduğuna görə ora getmişdir. Davanı görmüşdür, həmin vaxt evdə olmuşdur. Təzyiqi qalxanda iddiaçı və qızı hələ gəlməmişdilər və onlardan əvvəl anasına kömək üçün getmişdir. Anası bacısına 10.000 manat pul vermişdi və ona görə mübahisə edirdilər. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin, onların nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iddia ərizələrini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Cənub küçəsi 17 saylı evin 31 saylı mənzili xx.xx.2003-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh 23 yanvar 2004-cü il tarixdən həmin ünvanda qeydiyyatdadır. İddiaçı Cavabdeh qızıdır və həmin ünvanda qeydiyyatdadır. Hazırda İddiaçı həmin mənzilə köçürülməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı istifadə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ – icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1- ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması – yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Belə olan halda iddia tələblərində göstərilmiş mənzilə köçürülmə və mənzildən istifadə hüququna xitam verilməsi tələblərinə baxılarkən ilk növbədə həmin hüququn mövcud olmasının müəyyən edilməsi zəruridir. Məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan hissəsi üzrə İddiaçı hüquqlarının mövcud olması, yəni hazırda Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Cənub küçəsi 17 saylı evin 31 saylı mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi, eləcə də hüququnun istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh 1988-ci ildən mübahisəli mənzildə 5 nəfər ailə üzvü (İddiaçı daxil olmaqla) ilə yaşamış, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli sərəncamı ilə mübahisəli mənzilin Cavabdeh adına dəyişdirilməsi və onun mənzilin əsas icarədarı hesab edilməsi qərara alınmışdır. Bundan sonra mənzil mülkiyyət hüququ üzrə Cavabdeh adına 2003-cü ildə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İlkin iddia üzrə İddiaçı cavabdehin qızıdır. O, 2001ci il tarixdə ailə həyatı qurmaqla evi tərk etmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı qeyd olunan mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini xahiş edir. Cavabdeh isə İddiaçı mənzilə istifadə hüquqularının itirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzildə 01 oktyabr 2009-cu il tarixədək yaşadığı üçün, həmin mənzilə istifadə hüquqlarının yaranması və itirilməsi əsaslarının, bu hüquqların mövcudluğunun müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı mənzilin əvvəlki icarədarı - hazırkı mülkiyyətçisi Cavabdeh ilə birlikdə 1988-ci ildən etibarən həmin mənzildə onun ailə üzvü - qızı kimi yaşamaqla, həmin vaxtdan mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Lakin nəzərə alınmalıdır ki, əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İstinad olunan maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi İddiaçı sözügedən mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı hal tətbiq edilən qanunvericilik normalarının tələbləri baxımından onun mövcud olan istifadə hüququnun itirilib-itirilməməsidir. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Hazırkı işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2001-ci ildə nikaha daxil olaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Cənub küçəsi 17 saylı evin 31 saylı mənzilindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Bu hal məhkəmə araşdırması zamanı digər sübutlarla yanaşı, həmçinin tərəflərin izahatları ilə də təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. İddiaçı (təxminən 2001-ci ildə) ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq, yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. Ailə qurmuş İddiaçı 2001-ci ildə əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada uzun müddət ərzində yaşaması ilə Cavabdeh mənzilindən istifadə hüququnu 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən itirmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ilkin iddia üzrə İddiaçı adına ünvan 6 ünvanı 14.11 2012-ci il tarixdə, ünvan 8 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0118 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, mənzil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2025-ci il tarixdə (İddiaçı mənzildən çıxdıqdan sonra) bağışlama müqaviləsinə əsasən İddiaçı həyat yoldaşı X1 adına özgəninkiləşdirilmişdir. Məhkəmə İddiaçı həyat yoldaşı ilə aralarında soyuq münasibətlər yarandığına görə onunla yaşadığı mənzildən çıxması, hazırda mənzilə ehtiyacının olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar mənzilə istifadə hüququnun itirilməsinin qarşısını almır. Belə ki, İddiaçı mənzildən çıxdıqdan sonra 24 il müddətinə həmin mənzilə qayıtmaq üçün hər hansı cəhd etdiyi iş materialları ilə sübut olunmadığından, o mənzili daimi əsaslarla tərk etmiş hesab olunur. Hazırda ilkin iddia üzrə iddiaçının mənzilə istifadə hüququnun olmaması halında, onun Cavabdeh məxsus mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bu halda İddiaçı istifadə hüququnun mövcud olmaması, onun qanunla qorunan hüquqlarının Cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının 2022-ci il tarixdə qeyd olunan mənzilə köçməsi və 2025-ci ilin yanvar ayınadək həmin mənzildə yaşaması ilə də onun istifadə hüququ yaranmamışdır. Belə ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. ... MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubla müəyyən olunur ki, ünvan 11 ünvanı üzərində İddiaçı istifadə hüququnun qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi İddiaçı 2022-ci il tarixdən mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən ona notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildən istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Cənub küçəsi 17 saylı evin 31 saylı mənzilə mülkiyyət hüququna malik olduğundan, İddiaçı isə mübahisəli evə dair hər hansı bir əmlak – istifadə hüququ müəyyən olunmadığından onun mənzilə köçürülməsinə dair iddia tələbi əsassızdır. Digər tərəfdən məhkəmə yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh məxsus mübahisəli mənzilə istifadə hüququ yoxdur. Mövcud olmayan istifadə hüququ isə itirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bununla bərabər məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməməsi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, hazırkı qətnamə ilə qarşılıqlı iddia rədd olunsa da, qətnamənin əsaslandırıcı hissəsində İddiaçı mənzildən istifadə hüququnun olmaması müəyyən edilmişdir və buna görə də iddia rədd olunur. Bu qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və İddiaçı qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə qeyd edir ki, qətnamədə bu ifadənin yazılması qeydiyyat məsələsi ilə məşğul olan müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə İddiaçı və hazırki Cavabdeh iddia tələbləri rədd edildiyindən iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “İddiaçı istifadə hüququ olduğu ünvan 1 ünvanına köçürülməyi” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1-ə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququnun itirilmiş hesab olunması” barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “İddiaçı istifadə hüququ olduğu ünvan 1 ünvanına köçürülməyi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1-ə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2402/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2402/2025
24.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver