Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2404/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı1 vəkili Vəkil1, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şirinova (Hacməmmədova) Gültən Firudin qızının və Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızına və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızına və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh1 azyaşlı oğlu X22 ilə birlikdə ünvan 7-ə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan ərizə təqdim edərək iddiaçı kimi qeyd olunan İddiaçı4 yetkinlik yaşına çatmamasını nəzərə alınaraq iddiaçılar sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və qeyriləri iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların qeydiyyatda olmaqla hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, 130476 saylı order əsasında X19 verilmişdir. X24 əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur. X26 06 dekabr 2012-ci ildə, arvadı X23 isə 14 noyabr 2003-cü ildə vəfat etmişlər. AR DİN Asan 1 xidməti tərəfindən verilən ******* saylı 04.12.2019-cu il tarixli arayışa əsasən hazırda həmin mənzildə aşağıdakı şəxslər qeydiyyatdadırlar: İddiaçı2, İddiaçı3, İddiaçı1, X22, İddiaçı4, İddiaçı5, X12, Cavabdeh1, İddiaçı6 və İddiaçı7. Qeydiyyatda olan şəxslərdən Cavabdeh1 2008-ci ildən, X13 isə 2015-ci ildən ailə qurmaları ilə əlaqədar həmin mənzildən köçüb daimi olaraq başqa ünvanlarda yaşayırlar. Belə ki, ünvan 1 2021-ci il tarixli 01 nömrəli arayışa əsasən X12 2015-ci ildə həmin kəndin sakini X6 ilə rəsmi nikaha daxil olması ilə əlaqədar köçərək həmin kənddə eyni təsərrüfatda yaşayırlar. Qaradağ rayonu, Lökbatan qəsəbə icra nümayəndəliyinin verdiyi 12 mart 2021-ci il tarixli 111 nömrəli arayışa əsasən Cavabdeh1 həmin qəsəbədə 4-cü Massiv 20 Yanvar küçəsi ev 5 ünvanında yaşayır, (həmin evin sahibi X2 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da 04.03.2010-cu ildə X22 adlı uşaqları vardır). Göründüyü kimi, cavabdehlər uzun müddətdir ki, iddiaçıların yaşadığı mənzildən köçməklə daimi olaraq başqa ünvanda yaşayırlar, iddiaçılar isə onların yerinə də kommunal xərcləri ödəyir, onlar həmin ünvana gəlmədikləri üçün mənzilin sosial kirayə müqaviləsini də öz adlarına rəsmiləşdirə bilmirlər. Həmin şəxslərin ünvanda qeydiyyatda saxlanılmaları iddiaçılara seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yaradır. Belə ki, onların qeydiyyatda olduqları ünvan kimi, onlara çağırış vərəqələri, seçki bildirişləri və s. də həmin ünvana gəlir və bu həm iddiaçıları narahat edir, həm də qeyd olunan sənədlər həmin şəxslərə vaxtında çatdırılmadığı üçün onların da hüquqlarının pozulmasına və vəzifələrinin yerinə yetirilməsinə şərait yaradır. Adları qeyd olunan şəxslər uzun müddətdir ki, daimi olaraq köçüb başqa ünvanlarda yaşadıqlarına görə onların həmin mənzildən istifadə hüquqları da itirilmişdir. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən şəxsin üzürsüz səbəbdən 6 aydan artıq mənzildə yaşamaması onun mənzilə hüququnun itirilməsinə səbəb olur. Cavabdeh1 2008-ci ildə İddiaçı2 ilə boşanaraq başqa şəxslə nikaha daxil olmaqla köçüb daimi olaraq başqa ünvanda yaşadığı üçün onun mübahisəli mənzildən istifadə hüququ həmin vaxtdan itirilmişdir. Cavabdeh1 04.03.2010-cu ildə anadan olmuş oğlu X20 isə bir gün də olsun həmin mənzildə yaşamamış, İddiaçı1 tərəfindən iddiaçıların xəbəri olmadan qanunsuz, olaraq qeydiyyata salınmışdır. X5, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlu X14 mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçıların həmin mənzildən istifadə hüquqlarının tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədikləri kimi istifadə etmələrinə imkan vermir və maneə yaradır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin törədilməsinin İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı7 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 öz iradəsi ilə başqa yerə köçməmiş, qardaşı İddiaçı1 tərəfindən mənzildən məcburi çıxarılmışdır. Belə ki, Cavabdeh1 ikinci dəfə ailə qurduqdan sonra İddiaçı1 onu və yoldaşını mənzilə buraxmamış, İddiaçı1 məcbur qalaraq uzun müddət kirayədə və qavnanasına məxsus evdə yaşamışdır. Məhkəmədə iddia qaldırılan günə qədər İddiaçı1 öz evinə qayıtmaq və orada yaşamaq istəmiş, lakin İddiaçı1 ona icazə verməmişdir. İddiaçı1 Cavabdeh1 böyük olduğu və doğma qardaş olduqları üçün Cavabdeh1 ona qarşı iddia qaldırmaqdan çəkinmiş, evə köçürülmək mübahisəsini danışıqlar yolu ilə həll edilməsinə çalışmışdır. Bu halı məhkəmə iclasında şahidlər də təsdiq edəcək. Lakin Cavabdeh1 qardaşı tərəfindən iddia qaldırıldığını öyrəndikdən sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə olman kommunal xidmətlərin ödənilməsi barədə qəbzlər də onu təsdiq edir ki, İddiaçı1 həmin mənzildən köçüb getməmiş, öz iradəsi ziddinə çıxarılmışdır. Bundan əlavə, iddiaçılar ərizəsində qeyd edirlər ki, Cavabdeh1 başqa yerdə yaşayır və həmin mənzil onun ikinci həyat yoldaşına məxsusdur (bu yalnız mülahizədir iş materiallarında heç bir sübut yoxdur). İlk öncə Cavabdeh1 və həyat yoldaşının mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur. Cavabdeh1 evdən məcburi çıxarıldıqdan sonra həyat yoldaşı ilə birlikdə uzun müddət kirayə yaşamış, daha sonra qaynanası özünə məxsus evdə onlara müvəqqəti yaşamaq üçün icazə vermişdir. Lakin hal-hazırda həmin evdə yaşamaq qeyri- mümkündür, belə ki, ev 2 otaqdan ibarətdir və bir neçə ailə (Cavabdeh1 yoldaşının qohumları) həmin evdə şəraitsiz vəziyyətdə yaşayır. Mənzilin mülkiyyətçisi də artıq narazılıqlar edir və Cavabdeh1 həmin evdə yaşamasına icazə vermir. Ona görə də, Cavabdeh1 başqa yaşamağa yeri və evi olmadığı, onun da həmin mənzildən istifadə hüququ olduğu üçün mübahisəli mənzilə köçürülməlidir. İddiaçılar Cavabdeh1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edirlər, lakin bu iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh1 mərhum Şirinov Aslanın oğludur və iddiaçılar ilə birlikdə eyni hüquqlu vərəsəsidir. Digər tərəfdən Cavabdeh1 da iddiaçılar kimi mübahisəli mənzilə istifadə hüququ vardır. Belə ki, Cavabdeh1 icarodar olmuş Aslan Şirinovun ailə üzvüdür və yaşayış sahəsindən istifadə etmək onun da hüququdur. Bundan əlavə, Cavabdeh1 istifadə hüququna xitam verilməmişdən öncə məhkəmə tərəfindən həmin şəxsin istifadə hüququnun olub-olmaması, əgər həmin mənzildə yaşamayıbsa bunun səbəbləri, həmin şəxsin digər yaşayış sahəsi ilə təmin edilib-edilməməsi araşdırılmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsininin Plenumu öz mövqeyini bildirmişdir. İddiaçı1 mənzildən könüllü olaraq getməmiş, məcbur qalaraq yoldaşının anasının evinə sığınmış və qalmağa başqa mənzili yoxdur. İddiaçı1 öz ata evi olduğu və mübahisəli mənzilə digər icarədarlar kimi eyni hüquqlarının olduğu halda qohumu olmayan şəxsin evinə sığınması həm ədalətsiz, həm qanunsuz, həm də absurd bir haldır. Bütün yuxarıda göstərilənlərə əsasən, qarşılıqlı iddia tələbi əsaslıdır, qanunidir və təmin olunmalıdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili Vəkil1 iddia tələbinin hüquqi əsası kimi 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsini 60-cı maddəsi və 87-ci maddəsini göstərmiş, qeyd etmişdir ki, cavabdehlər mübahisəli evlə bağlı heç bir əlaqələri qalmamışdır, qanunvericilik normasından görünür ki, yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şirinova (Hacməmmədova) Gültən Firudin qızı və Cavabdeh1 iddia tələbini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ünvan 7-ə istifadə hüquqlarının itirilməsini istəmirlər. Cavabdeh1 qeyd etmişdir ki, həmin evdə uzun müddət yaşamasa da, daimi olaraq evi tərk etməmişdir. Hazırda başqa şəxslə evlidir, arvadının anasına məxsus evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Bunların nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinə etiraz etmiş, bildirmişdir ki, cavabdehlər daimi əsaslarla evi tərk etməmiş, bu səbəbdən də (Cavabdeh1 istifadə hüquqları itirilə bilməz. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X21 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 və İddiaçı1 onun qardaşıdır. Qardaşı evləndikdən sonra ünvan 7-də yaşamamışdır. O, əvvəl kirayədə qalmış, sonra isə qayınanasının evində yaşamışdır. Hacməmmədova) Gültən Firudin qızı ailə qurduqdan sonra mübahisəli evdən çıxıb getmişdir. Onun heç bir əşyası həmin evdə qalmamışdır. Cavabdeh1 ünvan 7-də yaşamaq istəmişdir, lakin ikinci dəfə ailə qurduğu üçün həmin evə X7 gətirə bilməmiş, kirayədə yaşamışlar. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X10 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. ünvan 7-də yaşamaq üçün əri Cavabdeh1 cəhd etmişdir, orda yaşamağa imkan verməmişlər. Hazırda anasına məxsus evdə yaşayırlar. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, 130476 saylı order əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil X19 verilmiş, X24 əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 20.11.2009-cu il tarixdə verilmiş, 303 saylı arayışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən X23 14 noyabr 2003-cü il tarixdə beyinə qansızma səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.12.2003-cü il tarixdə 830 nömrə ilə qeyd edilmişdir; Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 05.04.2014-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 662762 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X27 06.12.2012-ci il tarixdə Ağ ciyər arteriya, tromboemb. xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.12.2012-ci il tarixdə 947 nömrə ilə qeyd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.12.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 090635 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh1 ilə İddiaçı2 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.10.2008-ci il tarixdə 223 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Şirinova soyadı verilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 04.12.2019-cu il tarixli arayışına əsasən İddiaçı2, İddiaçı3, İddiaçı1, X22, İddiaçı4, İddiaçı5, X15, Cavabdeh1, İddiaçı7 ünvan 3 ünvanda pasport qeydiyyatındadırlar; Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 111 nömrəli, 12.03.2021-ci il tarixli arayışa əsasən Şirinov X16 qəsəbəsi, 4-cü massiv, 20 yanvar küçəsi, ev 5 ünvanında hal-hazırda qeydiyyatsız yaşayır; Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Ovçulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 nömrəli, 19.01.2021-ci il tarixli Bakı şəhəri 15 saylı Vəkil Bürosuna cavab məktubundan görünür ki, hal-hazırda Şamaxı rayonu Ovculu kəndində qeydiyyatda olan X8 ilə ünvan 6 ünvanında qeydiyyatda olan X9 birgə nikahları var (AZ-İ № 990493. 08.05.2015) və eyni təsərrüfatda yaşayırlar; 18.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. 16.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, orderinə əsasən əsasən X19 verilmiş, Şirinov Aslan iş üzrə tərəflər İddiaçı1 və Cavabdeh1 atasıdır. İş materialları il əvə tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı2 ilə nikahı pozulduqdan sonra (18.10.2008-ci il tarixdə), X10 adlı şəxslə ailə qurmuş (2009-cu il) bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 38 saylı mənzilində yaşamamışdır. Eləcə də, ilk iddia tələbi üzrə cavabdeh X1 Elşən Ərəstun oğlu ilə nikaha daxıl olmuş,2015-ci il tarixdən Şamaxı rayonu Ovculu kəndində yaşayır. (İşin mübahisəsiz hallları) İş üzrə cavabdehlər X15 və Cavabdeh1 lakin mübahisəli mənzildə yaşamırlar, daimi əsaslarla bu mənzili tərk etmişlər və başqa mənzildə yaşayırlar. Qeyd edilən hal tərəflərin verdiyi izahatlarla, şahid ifadələri ilə, habelə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Ovçulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər 01.10.2009-ci il tarixədək yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, cavabdehlər X15 və Cavabdeh1 yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə X15 və Cavabdeh1 həmin evə istifadə hüquqlarının olması və onların pasport qeydiyyatında olmaları hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh X15 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan X15 və Cavabdeh1 həmin mənzili daimi əsaslarla tərk etmişlər və uzun müddətdir həmin mənzildə yaşamırlar. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən, mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzildən istifadə edilməsinə dair maneələrin törədilməsinin İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı7 qadağan edilməsi barədə qətnamə çıxarılması barədə tələbi təmin edilə bilməz, belə ki, ilk iddia tələbi üzrə X15 və Cavabdeh1 ünvan 7-ə istifadə hüquqlarının itirilməsi barədə tələb təmin olunduğu halda, məhkəmə yaşayış sahəsinə istifadə hüququ itirilən şəxsin mənzilə köçürülmə tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, cavabdehlər X5 və Cavabdeh1 azyaşlı oğlu X22 ilə birlikdə ünvan 7-ə istifadə hüquqlarının itirilməli, Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmalı, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Məhkəmə onu da vurğulayır ki, cavabdeh Cavabdeh1 ilə birlikdə mənzildə onun oğlu X22 da pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnəcəkdir. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadıqlarından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırki tələblər onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni atası Cavabdeh1 qoruyur. Ona görə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsi, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşağın da istifadə hüquqlarına xitam verilməsini də ehtiva edir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızına və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızı və Cavabdeh1, onun yetkinlik yaşına çatmayan oğlu X22 ilə birlikdə ünvan 7-ə istifadə hüquqları itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Şirinova (Hacməmmədova) Gültən Firudin qızı, Cavabdeh1, onun yetkinlik yaşına çatmayan oğlu X14 ünvan 7 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2404/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2404/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver