Məhkəmə qərarları › İş №2(005)-241/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-241/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-241/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı “xxxx” MMMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxx” MMMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cəfərli (Quliyeva) Aytən Hüseyn qızı, Cavabdeh9, Cavabdeh12, Cavabdeh15 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cəfərli (Quliyeva) Aytən Hüseyn qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, MMMC Ədliyyə Nazirliyində xx xxxxxx 2019-cu il tarixində rəsmi qeydiyyatdan keçərək, hüquqi şəxs kimi fəaliyyət göstərən qeyrikommersiya təşkilatıdır. xx xxxxxxxx 2018-ci il tarixində Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda digər məsələlərlə bərabər qərara alınmışdır ki, xx xxxxxx 2019-cu il tarixindən başlayaraq, hər bir sahə mülkiyyətçisi ona məxsus sahənin hər kv/m-nı 20 qəpiyə vurmaqla alınan pul məbləğini, Binanın ümumi xərclərinin təmin edilməsi məqsədi ilə ödəməyə borcludur. Bunun ardınca keçirilmiş MMMC iştirakçılarının ümumi yığıncağında da, xx xxxxxxxx 2018-ci il tarixində keçirilmiş Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarlarını yerinə yetirərək qərara alınmışdır ki, binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya - Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sairə), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədi ilə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini, hər ay MMMC-yə ödəməyə borcludur. Həmçinin, MMMC iştirakçılarının ümumi yığıncağı qərara almışdır ki, o, X8, X10, Nəcəfquliyev Zöhrab Nadir oğlu MMMC-nin idarə heyətinin üzvləri olsun. Bildirmək istəyir ki, istər Binanın ümumi sahə mülkiyyətçilərinin, istərsə də MMMC-nin yuxarıda qeyd etdiyi qərarlarının mövcudluğuna baxmayaraq, bəzi Bina sakinləri onlara məxsus yaşayış və qeyri-yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. Belə ki, onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin ölçüsünü 20-yə vurmaqla alınan pul məbləğini, MMMC-yə qərəzli olaraq ödəmirlər. Belə ki; Cavabdeh1 sahəsi 24 kv/m olan qeyri-yaşayış sahəsi məxsusdur. Bu səbəbdən də, onun MMMC-yə 86 man. 40 qəpik borcu yaranmışdır ( 24 kv/m x 20 qəp. x 18 ay = 86 manat 40 qəpik). Cavabdeh2 qızina sahəsi 100,9 kv/m olan yaşayış sahəsi məxsusdur. Bu səbəbdən də, onun MMMCyə 363 manat 24 qəpik borcu yaranmışdır (100,9 kv/m x 20 qəp. x 18 ay = 363 manat 24 qəpik). Cavabdeh3 sahəsi 95,7 kv/m olan yaşayış sahəsi məxsusdur. Bu səbəbdən də, onun MMMC-yə 344 manat 52 qəpik borcu yaranmışdır. (95,7 kv/m x 20 qəp. x 18 ay = 344 manat 52 qəpik). Cavabdeh4 sahəsi 105,42 kv/m olan yaşayış sahəsi məxsusdur. Bu səbəbdən də, onun MMMC-yə 379 manat 52 qəpik borcu yaranmışdır. (105,42 kv/m x 20 qəp. x 18 ay = 379 manat 52 qəpik). Cavabdeh5 sahəsi 153,4 kv/m olan yaşayış sahəsi məxsusdur. Bu səbəbdən də, onun MMMC-yə 552 manat 25 qəpik borcu yaranmışdır. (153,4 kv/m x 20 qəp. x 18 ay = 552 manat 25 qəpik). Cavabdeh6 sahəsi 14 kv/m olan qeyri-yaşayış sahəsi məxsusdur. Bu səbəbdən də, onun MMMC-yə 50 manat 40 qəpik borcu yaranmışdır. (14 kv/m x 20 qəp. x 18 ay = 50 manat 40 qəpik). Cavabdeh7 hər birinin sahəsi 87 kv/m olan 2 qeyri-yaşayış sahəsi məxsusdur. Yəni ki, ümumilikdə 174 kv/n. Ona məxsus sahələrə görə o, MMMC-yə indiyəcən cəmi 209 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 417 manat 40 qəpik borcu yaranmışdır. (174 kv/m x 20 qəp. x 18 ay - 209 manat = 417 manat 40 qəpik). Cavabdeh8 sanəsi 89,1 kv/m və 150,1 kv/m olan 2 qeyri- yaşayış sahəsi məxsusdur. Yəni ki, ümumilikdə 239,2 kv/m. Bu səbəbdən də, onun MMMC-yə 861 manat 12 qəpik borcu yaranmışdır. (239,2 kv/m x 20 qəp. x 18 ay = 861 manat 12 qəpik). X7 oqluna Binada sahəsi 77,5 kv/m olan yaşayış sahəsi məxsusdur. Ona məxsus sahəyə görə o, MMMC-yə indiyəcən cəmi 93 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 186 manat borcu yaranmışdır. (77,5 kv/m x 20 qəp. x 18 ay - 93 man. =186 manat). Cavabdeh10 sahəsi 105,42 kv/m olan yaşayış sahəsi məxsusdur. Ona məxsus sahəyə görə o, MMMC-yə indiyəcən cəmi 70 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 309 manat 51 qəpik borcu yaranmışdır. (105,42 kv/m x 20 qəp. x 18 ay - 70 man. = 309 manat 51 qəpik). Cavabdeh11 oqluna sahəsi 105,52 kv/m olan yaşayış sahəsi məxsusdur. Ona məxsus sahəyə görə o, MMMCyə indiyəcən cəmi 126 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 253 manat 87 qəpik borcu yaranmışdır. (105,52 kv/m x 20 qəp. x 18 ay - 126 man = 253 manat 87 qəpik). Cavabdeh12 hər birinin sahəsi 115 kv/m olan 2 qeyri-yaşayış sahəsi məxsusdur. Yəni ki, ümumilikdə 230 kv/m. Ona məxsus sahələrə görə o, MMMC-yə indiyəcən cəmi 220 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 608 manat borcu yaranmışdır. (230 kv/m x 20 qəp. x 18 ay - 220 man = 608 manat). Cavabdeh13 sahəsi 99,4 kv/m olan yaşayış sahəsi məxsusdur. Ona məxsus sahəyə görə o, MMMC-yə indiyəcən cəmi 198 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 159 manat 04 qəpik borcu yaranmışdır. (99,4 kv/m x 20 qəp. x 18 ay -198 manat = 159 manat 84 qəpik). Cavabdeh14 hər birinin sahəsi 103,2 kv/m olan 2 yaşayış sahəsi məxsusdur. Yəni ki, ümumilikdə 206, 4 kv/m. Bu səbəbdən də, onun MMMC-yə 743 manat 04 qəpik borcu yaranmışdır. (206,4 kv/m x 20 qəp. x 18 ay = 743 manat 04 qəpik). X1 139, 8 kv/m və sahəsi 141,6 kv/m olan iki qeyri yaşayış sahəsi məxsusdur. Yəni ki, ümumilikdə 281,4 kv/m. O, indiyə qədər özünə məxsus sahələrə görə, MMMC-yə cəmi 260 manat pul ödəmişdir. Bu səbəbdən də, onun MMMC-yə 753 manat 04 qəpik borcu yaranmışdır. ((281,4 kv/m x 20 qəp. x 18 ay) - 260 manat = 753 manat 04 qəpik). Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlərin öhdələrinə düşən mütləq (məcburi) pul vəsaitlərini MMMC-nin hesabına qərəzli olaraq köçürməmələri, Binanın digər sahə mülkiyyətçilərinin haqlı narazılıqına səbəb olur. O səbəbdən ki, cavabdehlər digər bina sakinlərinin pul vəsaitləri hesabına təmirli, abad, tər-təmiz, bütün kommunikasiya vasitələri işlək vəziyyətdə olan Binada yaşayırlar. MMMC-nin idarə heyətinin üzvləri cavabdehlərlə dəfələrlə görüşərək, onlara qanunvericiliyin tələblərinə görə, paylarına düşən yaşayış sahəsinə görə mütləq (məcburi) ödənişləri etməyə borclu olduqlarını bildirmişlər. Lakin bunun heç bir nəticəsi olmamışdır. Bütün yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdehlər paylarına düşən yaşayış sahəsinə görə mütləq (məcburi) ödənişləri etməməklə, Binanın digər sakinlərinin qanuni hüquqlarını kobud şəkildə pozurlar. Həmçinin yuxarıda qeyd etdiyi Mənzil Məcəlləsinin normalarından göründüyü kimi, cavabdehlərin paylarına düşən yaşayış sahəsinə görə mütləq (məcburi) ödənişləri etməmələri, qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, hazırki iddia ərizəsinin tərtib olunmasına görə vəkilə 300 (üç yüz) manat pul və həmçinin 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, Mənzil Məcəlləsinin 122.4. maddəsinə əsasən bu pul məbləğləri də cavabdehlərdən müştərək qaydada tutularaq, MMMC-yə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 86 man. 40 qəpik (səksən altı manat qırx qəpik), Cavabdeh2 qızindan Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 363 manat 24 qəpik (üç yüz altmış üç manat 24 qəpik qəpik); Cavabdeh3 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 344 manat 52 qəpik (üç yüz qırx dörd manat 52 qəpik qəpik); Cavabdeh4 qızindan Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 379 manat 52 qəpik (üç yüz yetmiş doqquz manat 52 qəpik qəpik); Cavabdeh5 qızindan Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 552 manat 25 qəpik (beş yüz əlli iki manat iyirmi beş qəpik); Cavabdeh6 qızindan Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 50 manat 40 qəpik (əlli manat qırx qəpik); X11indan Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduqu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 417 manat 40 qəpik (dörd yüz on yeddi manat qırx qəpik) ; Cavabdeh8 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 861 manat 12 qəpik (səkkiz yüz altmış bir manat on iki qəpik); Cavabdeh9 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 186 manat (yüz səksən altı manat); Cavabdeh10 qızindan Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 309 manat 51 qəpik (üç yüz doqquz manat əlli bir qəpik); Cavabdeh11 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 253 manat 87 qəpik (iki yüz əlli üç manat səksən yeddi qəpik); Cavabdeh12 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 608 manat (altı yüz səkkiz manat); Cavabdeh13 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 159 manat 04 qəpik (yüz əlli doqquz manat dörd qəpik) Cavabdeh14 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 743 manat 04 qəpik (yeddi yüz qırx üç manat dörd qəpik); X2 Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahələrə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 753, 04 (yeddi yüz əlli üç manat dörd qəpik) pul məbləğinin tutularaq, MMMC-yə ödənilməsi barədə; həmçinin bütün cavabdehlərdən müştərək qaydada, ödədiyi 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq, MMMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “xxxx” MMMC-nin nümayəndəsi X9 ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14 cəmiyyətə (MMMC-yə) kommunal xidmət borclarını ödəmişlər. Bu səbəbdən adları qeyd olunan mənzil mülkiyyətçilərinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 25/83 №-li, xx xxxxxx 2014-cü il tarixli 31/83 №-li, xx xxxxxx 2013-cü il tarixli 03/85 №-li,xx xxxx 2017-ci il 83-85-QY4 №-li, xx xxxxxx 2013-cü il tarixli 26/68 №-li, xx xxx 2015-ci il tarixli 36№-li, 01sentyabr 2017-ci il tarixli 47№-li, xx xxxxxx 2013-cü il tarixli 14/83 №-li, xx xxxxxx 2013-cü il tarixli 28/83 №-li, xx xxxxxx 2013-cü il tarixli 30-79/2 №-li, xx xxxxxx 2013-cü il tarixli 01a-85 №-li, xx xxxxxx 2013-cü il tarixli 04a/83 №-li, xx xxxxxx 2018-ci il tarixli 48№-li, xx xxxxxx 2016-cı il tarixli 43№-li, xx xxxxxx 2013-cü il tarixli 19/83 №-li zəmanət müqavilələrindən görünür ki, müvafiq olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cəfərli (Quliyeva) Aytən Hüseyn qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev 83-85 ünvanında inşa olunmuş yeni yaşayış binasında mənzillə təmin təmin olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Heydər Əliyev pr. 83/85 ünvanında yerləşən “Nərimanov -11” mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin (VÖEN **********) idarə heyətinin üzvləri və həmçinin cəmiyyətin təftiş komissiyasının sədri, bu AKT-ı tərtib edib imzalamaqla təsdiq etmişlər ki, aşağıda qeyd etdikləri vətəndaşların sahibləri olduqları yaşayış və qeyri-yaşayış sahələrinə görə xx xxxx 2020-cu il tarixinə “İddiaçı“ MMMC-yə mütləq (məcburi) pul ödənişləri üzrə, aşağıda qeyd etdikləri məbləğlərdə ödənilməmiş borcları vardır: Cavabdeh1 86 man. 40 qəpik (səksən altı manat qırx qəpik); Cavabdeh2 qızinın 363 manat 24 qəpik (üç yüz altmış üç manat 24); Cavabdeh3 344 manat 52 qəpik (üç yüz qırx dörd manat 52 qəpik qəpik); Cavabdeh4 qızinın 379 manat 52 qəpik (üç yüz yetmiş doqquz manat 52 qəpik qəpik); Cavabdeh5 qızinın 552 manat 25 qəpik (beş yüz əlli iki manat iyirmi beş qəpik); Cavabdeh6 qızindan 50 manat 40 qəpik (əlli manat qırx qəpik); Cavabdeh7 qızinın 417 manat 40 qəpik (dörd yüz on yeddi manat qırx qəpik); Cavabdeh8 861 manat 12 qəpik (səkkiz yüz altmış bir manat on iki qəpik); Cavabdeh9 186 manat (yüz səksən altı manat); Cavabdeh10 309 manat 51 qəpik (üç yüz doqquz manat əlli bir qəpik); Cavabdeh11 253 manat 87 qəpik (iki yüz əlli üç manat səksən yeddi qəpik); Cavabdeh12 qızinın 008 manat (altı yüz səkkiz manat); Cavabdeh13 159 manat 04 qəpik (yüz əlli doqquz manat dörd qəpik); Cavabdeh14 743 manat 04 qəpik (yeddi yüz qırx üç manat dörd qəpik); X3 753, 04 (yeddi yüz əlli üç manat dörd qəpik); İş materiallarında olan İddiaçı MMMC-nin idarə heyətinin üzvləri X8, X10 və Nəcəfquliyev Zöhrab Nadir oğlu tərəfindən imzalanmış xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya-Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sairə), həmçinin qanunverici və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmə* lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədi ilə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx xxxxxxxx 2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 92 səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun 5-ci bəndinə görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdehlər xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya- Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sair), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə “əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə“çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə“çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə“idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər xx xxxxxxxx 2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 92 səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın mlqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul ediimişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 qızindan 363 manat 24 qəpik (üç yüz altmış üç manat 24 qəpik qəpik) , Cavabdeh5 qızindan 552 manat 25 qəpik (beş yüz əlli iki manat iyirmi beş qəpik) , Cavabdeh6 qızindan 50 manat 40 qəpik (əlli manat qırx qəpik) Cəfərli (Quliyeva) Aytən Hüseyn qızından 417 manat 40 qəpik (dörd yüz on yeddi manat qırx qəpik), Cavabdeh9 186 manat (yüz səksən altı manat) , Cavabdeh12 608 manat (altı yüz səkkiz manat), X2 753, 04 (yeddi yüz əlli üç manat dörd qəpik) İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh2 qızindan 363 manat 24 qəpik (üç yüz altmış üç manat 24 qəpik qəpik), Cavabdeh5 552 manat 25 qəpik (beş yüz əlli iki manat 25 qəpik), Cavabdeh6 50 manat 40 qəpik (əlli manat 40 qəpik), Cəfərli (Quliyeva) Aytən Hüseyn qızından 417 manat 40 qəpik (dörd yüz on yeddi manat qırx qəpik), Cavabdeh9 186 manat (yüz səksən altı manat), Cavabdeh12 608 manat (altı yüz səkkiz manat), X2 753, 04 (yeddi yüz əlli üç manat dörd qəpik) İddiaçı MMMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar