Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2411/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin yetkinlik yaşına çatmayanlar- 06.08.2004-cü il təvəllüdlü X1, 22.08.2005-ci il təvəllüdlü X2 və 03.01.2013-cü il təvəllüdlü X3 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 04 noyabr 2020- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışam və fərdi yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən hüquqi qeydiyyatdan keçirilərək müvafiq olaraq mənim adıma 08.01.2021-ci il tarixdə çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, cavabdehlor qeyd edilən ünvanda yaşamır və bu ünvanla heç bir əlaqələri yoxdur. Mənzili mənə satdıqdan sonra mənzili tərk edərək getmişlər. Cavabdchlərin qeyd edilən mənzildə heç bir əşya və əmlakları qalmamışdır. Mənzili mənə satarkən cavabdehlor mənzildən qeydiyyatdan çıxacaqları barədə öhdəlik götürmüşdür. Lakin bu qədər müddət keçinəsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamışlar, onların formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək qeydiyyatdan çıxarılmaya razı olduğunu, lakin qeydiyyata düşməyə yeri olmadığından bunun mümkünsülüyünü bildirdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 07.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov rayonu Mənzil-Kommunal Təsərüffatı Birliyinin 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 008838 nömrəli 09.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Məmməd Arif küçəsi 27 nömrəli evin 177 nömrəli mənzilində pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli 08.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27/177 Cavabdeh1 mülkiyyətində olub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli 08.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27/177 İddiaçı mülkiyyətindədir. 04.11.2020-ci il tarixli AN-İ№0899914 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında ünvan 3 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 03.02.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, X6 və X4 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh1 ünvanlanmış 16.11.2020-ci il tarixli **********81 nömrəli məktubundan görünür ki, mülkiyyətdə olan fərdi yaşayış evinə məxsus ünvan 1 (şəxsiyyət vəsiqəsində: M.Arif küçəsi, 27, ev 177 göstərilib) ünvan rekiviziti arxiv əsasları ilə eynilik təşkil etməklə öz hüquqi qüvvəsindədir. Nizami RPİ tərəfindən verilmiş 11.06.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistan, Quqark rayonu, Allavar kəndində anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatdadır. AZ-İ№765059 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22.08.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1 anası Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 673 nömrə ilə qeyd edilmişdir. AZ-İ№027066 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03.01.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh1 anası Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeyd edilmişdir. AZ-İ№508229 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08.06.2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh1 anası Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1111 nömrə ilə qeyd edilmişdir. AZ-İ№355709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Zabil oğlu 17.06.2003-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh1 anası Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 718 nömrə ilə qeyd edilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2003cü il tarixdə doğulmuşdur. AZ-İ №311277 nömrəli 06.03.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 ilə olan nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 74 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 noyabr 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan əmlakı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 177 nömrəli mənzili İddiaçı 45.000 manata satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqısatqı müqaviləsindən də göründüyü kimi mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də, Cavabdeh1 və digərləri hal-hazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 03.02.2021-ci il tarixli ******* nömrəli arayışından da aydın olur ki, Cavabdeh1, X6 və X4 ünvan 3 ünvanında qeydiyyatdadır. Digər cavabdehlərin həmin mənzildə qeydiyyatı bu arayışa əsasən təsdiq edilmir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh1 (uşaqları X6 və X4 ilə birlikdə) həmin mənzildə istifadə hüququna xitam verilməli, bu qətnamə pasport qeydiyyatından çıxarıılma üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 (uşaqları X6 və X4 ilə birlikdə) ünvan 1 saylı yaşayış sahəsində istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə Cavabdeh1 (uşaqları X6 və X4 ilə birlikdə) ünvan 1 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2411/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2411/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver