Məhkəmə qərarları › İş №2(005)-2417/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2417/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2417/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə Məhkəmə iclas katibi X1 İddiaçı Cavabdehin Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları 04.12.2015-ci il təvəllüdlü X15 07.10.2017-ci il təvəllüdlü X5 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 67, mənzil 50-yə köçürülməyi və hansı otaqlardan istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında olan Zəngilan Rayon Məhkəməsinin 157/20 saylı qətnaməsi ilə pozulmuş uşaqlar onun yanında saxlanmış və saxlanılmaları üçün aliment kəsilmişdir. Hazırda o, uşaqlarla kirayədə yaşayır. ünvan 1 ünvanda nikah pozulana kimi uşaqlarla birlikdə yaşamışdır. Lakin boşanmadan sonra cavabdeh onu və uşaqları orada yaşamağa imkan vermir. Onların isə yaşamağa başqa yeri və ünvanı yoxdur. O, övladları ilə birlikdə həmin ünvanda yaşamaq istəyir və evə köçürülməyində ona köməklik edilməsini xahiş edir. Bildirir ki, onun məcburi köçkün kimi məskunlaşdığı ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev-67, mənzil-50-dir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-157/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X11 arasında 20.10.2014-cü il tarixdə 1 saylı Bakı «Asan xidmət» Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 2517 saylı nikah qeydinin ləğv edilməsi, 04.12.2015-ci il təvəllüdlü X27 və 07.10.2017-ci il təvəllüdlü X12 anaları X6 himayəsində saxlanılması, Cavabdeh 04.12.2015-ci il təvəllüdlü X15 və 07.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 05.03.2020-ci il tarixindən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3(üçdə bir) hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 26.09.2020-ci il tarixdə verilmiş 510707 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X27 04 dekabr 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23.09.2020-ci il tarixdə verilmiş AZ-İV 504064 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Zəngilan rayon İHB-nın Mincivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26.04.2021-ci il tarixli 112№-li arayışından görünür ki, İmanov X14 rayonu, Mincivan qəsəbə sakinidirş Məcburi köçkündür. Nümayəndəliyin 8-ci təsərrüfatbaşəna kitabın, 725ci şəxsi hesabına təsərrüfat başçısıdır. İşdə olan 116 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin 436 nömrəli 28.04.2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında Zəngilan rayonu məcburi köçkünləri 4 nəfər ailə tərkibi ilə göstərilən ünvanda müvəqqəti məskunlaşıb. X19, X9, X24, X20 qeydiyyatsız yaşayırlar. İşdə olan 116 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin 435 nömrəli 28.04.2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında Zəngilan rayonu məcburi köçkünləri göstərilən ünvanda müvəqqəti məskunlaşıb. X16, X10, Cavabdeh qeydiyyatsız yaşayırlar. İşdə olan 116 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin 320 nömrəli 02.04.2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında Zəngilan rayonu məcburi köçkünləri göstərilən ünvanda müvəqqəti məskunlaşıb. X11, X27, X12 qeydiyyatsız yaşayırlar. İşdə olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 31 iyul 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 140929 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X7 arasında 31 iyul 2016-cı il tarixdə nikah bağlanmış və bu barədə müvafiq tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 998 nömrə ilə qeyd edilmişdir; İşdə olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 fevral 2019-cu il tarixdə verilmiş AZ-İV 241345 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X21 19.01.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X3r. İşdə olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01 avqust 2017-ci il tarixdə verilmiş AZ-İİİ 991920 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X25 10.07.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X3r. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.05.2021-ci il tarixli **********46 №-li məktubundan görünür ki, məhkəmənin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev-67, mənzil-50-nin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçib-keçməməsi və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 67, 50 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, hüquqi statusuna görə yataqxana tipli mənzil olduğundan və tərəflər arasında münasibətlər 20.10.2014-cü il tarixdə yarandığından hazırki mübahisə yeni 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinə aid normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1 maddəsinə əsasən-xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə yataqxanalarda olan yaşayış sahələri aid edilir. Həmin Məcəllənin 91.2 maddəsinə əsasən-xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən –məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri-qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.2 maddəsinə əsasən-xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 26 saylı yataqxananın 26 nömrəli yaşayış sahəsi yataqxana tipli olmaqla orada Zəngilan rayonundan olan məcburi köçkün Cavabdeh məskunlaşmışdır. Həmçinin Cavabdeh məcburi köçkün olan İddiaçı ilə 20.10.2014-cü il tarixdə ailə qurmuş və iddiaçı həmin evə gəlin köçərək orada yaşamışdır. Tərəflərin birgə nikahdan Ömər və Əsmanur adlı uşaqları anadan olmaqla həmin evdə yaşamışdır. Mülki Prosessual Məcəllənin 49.3-cü maddəsinə əsasən-yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən-sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayətçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvüləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, İddiaçı yetkinlik yaşına çatmayan oğlu 04.12.2015-ci il təvəllüdlü Ömər İmanovun və qızı 07.10.2017-ci il təvəllüdlü Əsmanur İmanovanın da onunla birgə mənzilə köçürülməsinə dair iddia verməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17-ci maddəsinə əsasən vətəndaşın daimi və ya daha çox yaşadığı yer onun yaşayış yeri hesab olunur. Həmin Məcəllənin 27.1-ci maddəsində göstərilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verərkən iddiaçının azyaşlı uşaqlarının mənafeyinin üstün tutulmasının məhkəmələr qarşısında bir vəzifə kimi qoyulmasını, valideynlərin də uşaqlarına dair münasibətdə müəyyən vəzifələrinin olmasının qanunvericiliklə təsbit olunmasını da qeyd edir. «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaqların hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Beləliklə məhkəmə iddia ərizəsinə hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı 04.12.2015ci il təvəllüdlü X27 və 07.10.2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 7 ünvanında yerləşən yataqxananın 50 saylı mənzilinə köçürülməli, iddianın «yaşayış sahəsindən istifadə hüququnun tanınması» hissəsi isə təmin olunmamalıdır. Belə ki, mübahisəli ev «yataqxana» tipli olmaqla dövlət mülkiyyətindədir.İddiaçıya hər hansı mənzilə istifadə hüququnun tanınması evdə yaşayan digər şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı övladları 04.12.2015-ci il təvəllüdlü X27 və 07.10.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 67 saylı evin 50 saylı mənzilinə köçürülsünlər. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar