Məhkəmə qərarları › İş №2(005)-2428/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2428/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2428/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 qızının, X3 və X1 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan borc üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçılar İddiaçı1 qızı, X6, X4 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan borc üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 qızı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1 qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı1 qızına bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub İddiaçı1 qızına verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda X4 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "Poleks” MMC tərəfindən ünvan 2 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirlimənzilin iddiaçı X2 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul) və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub iddiaçı X2 verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda X6 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "Poleks” MMC tərəfindən ünvan 3 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X5 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul) və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub iddiaçı X5 verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pilot layihəyə əsasən cavabdeh “Poleks" MMC ilə iddiaçılar İddiaçı1 qızı və X4 arasında 30 sentyabr 2017-ci il tarixində, “Poleks" MMC ilə X6 arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanıb. Müqavilə şərtlərinə əsasən cavabdəh “Poleks" MMC ünvan 4 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli sahələri 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı mənzilləri iddiaçılara təhvil verənədək, iddiaçıların yaşayışlarını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçilərinə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir. Ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından Cavabdeh MMC müqavilədə qeyd olunan sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı mənzilləri də vermir, yaşayış üçün razılaşdırılan kirayə haqlarını da 34 (otuz dörd) aydır ki (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayinədək), ödəmir (hər ay üçün 500 (beş yüz) manat). Bu isə bu günkü günə “Poleks" MMC tərəfindən hər bir iddiaçıya 17000 (on yeddi min) manat borcun yaranmasına səbəb olub. Bundan əlavə, binanın komendantı bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb" və guya “hazırda bizə verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur”. Qeyd olunur ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında mütəmadi təkrarlayıb ki, “iş adamları, tikinti rəhbərləri ilk öncə sakinləri düşünüb, onları mənzillərlə təmin etməlidirlər, yalnız bundan sonra kənara mənzillər satıla bilər". "Heç bir məmur, iş adamı toxunulmaz deyil!”. Lakin praktikada “Poleks" MMC-nin rəhbərinin əməllərindən bunların tam əksini görünür. Beləliklə, aydın görünür ki, “Poleks" MMC müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Dəfələrlə, şifahi və yazılı şəkildə Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımova müqavilələrdə qeyd olunan 02 (iki) otaqlı 83 kv.m. (83 m2) mənzillərin iddiaçılara təhvil verilməsi və eyni zamanda kirayə haqlarının ödənilməsi xahişi ilə müraciət etsələr də, o, bunu etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bilə-bilə qarşı tərəfin etimadından istifadə edərək, onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Yuxarıda qeyd edildiyi hüquq pozuntusu barədə iddiaçılar iradını Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımova bildirmişlər və mübahisənin könüllü həllinin tərəfdarı olmuşlar. Lakin "Poleks” MMC-nin direktoru onların həmin müraciətlərinə cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı mənzilləri verməməklə yanaşı, iddiaçıların yaşayışını təmin etmək üçün kirayə haqlarını da ödəməyərək Şahin Qasımov onları çox acınacaqlı duruma salıb. İddiaçılar artıq dözülməz vəziyyətdə olduğunu bildirir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Lakin cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçılar və cavabdeh arasında sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamayə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsi qismən - Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzilin İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzilin X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X5 təhvil verilməsi qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-2394/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk gündən iddiaçılara təqdim edilən mənzillər məhkəmənin yekun qərarı ilə iddiaçılara verilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçılar əsassız olaraq təklif edilən mənzilləri 4 ildən artıq müddətdir ki, təhvil almır və əsassız olaraq təhvil almadığı mənzillərə görə kirayə haqqı tələb edirlər. Qeyd edilən halların nəzərə alınmasını, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı1 qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” - Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqəsdilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Satıcı Cavabdeh MMC ilə alıcı Mahmud-zadə Səbinə Ramiz qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Mahmud-zadə Səbinə Ramiz qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” - Mahmud-zadə Nəzrin Ramiz qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı2 arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” - Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqəsdilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İddiaçı1 qızı, X6, X4 tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçılar tərəfindən Cavabdeh MMC-yə kirayə haqları üzrə yığılan 51000 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini təmin edilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bank Respublika tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Poleks MMC şirkətinə məxsus hesablara yönləndirilən 229944-2021 saylı xx.xx.2021-ci il tarixli 31530 AZN məbləğli inkasso sərəncamından hesabda qalıq 21078.22 AZN hissəsi icra edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-276/2021 saylı qətnaməsinə əsasən ilk iddianın təmin edilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1 qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil İddiaçı1 qızına təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub İddiaçı1 qızına ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X4 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı X2 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X2 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X6 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı X5 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X5 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz ) manatın 10 manatı Cavabdeh MMC-dən tutulub X5, 10 manatı İddiaçı1 qızına və 10 manatı X2 ödənilməsi, iddiaçı Cavabdehlər İddiaçı1 qızına, X5 və X2 qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsi qismən - Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılması, ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzil X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X5 təhvil verilməsi, 30 sentyabr 2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı1 qızı, X6 və X2 təhvil verilməli olan 83 kv.m. mənzillərin əvəzində təhvil verilən 79 kv.m. mənzillərin sahələri arasında olan 4 kv.m. görə hər kv.m. üçün 2300 manat hesablanmaqla Cavabdeh tərəfindən müvafiq olaraq İddiaçı1 qızı, X6 və X1 hər birinə 9200 manat məbləğində pul ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2394/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Mahmud-zadə Nəzrin Ramiz qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli 2(103)-238/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. B) Məhkəmə tərəfindən müəyyən edilən hallar: “Poleks" MMC ilə iddiaçılar X4 və İddiaçı1 qızı arasında 21 may 2018-ci il tarixdə, X6 arasında isə 03 oktyabr 2017-ci il tarixdə müqavilə bağlanmış, “Poleks" MMC iddiaçıların hər birinə 1/3 hissədə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanda yerləşən 36 saylı mənzilin sökülməsini və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, o binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzil əvəzinə sahəsi 83 kv.m. olan 2 otaqlı mənzili təmirli şəkildə “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi, “Əmlak mülkiyyətçisi” isə müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “Poleks" MMC-yə təhvil verməyi müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyriyaşayış sahəsini qəbul etməyi, eyni zamanda “Poleks" MMC yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 manat ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Mənzilin müqavilələrdə nəzərdə tutulan müddət ərzində təhvil verilməməsi ilə əlaqədar tərəflər arasında mübahisə yaranmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2394/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mövcuddur. Hazırda müqavilə tərəfi öhdəliyin hazırkı iş üzrə cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir və ödənilməyən 34 ay üçün kirayə haqqının cavabdehdən tutulmasını tələb edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən 36 saylı mənzilin iddiaçılar İddiaçı1 qızının, X3 və X1 hər birinin 1/3 hissədə xüsusi mülkiyyətində olması mübahisələndirilmir. Bu əmlakın iddiaçıların mülkiyyəti olması qəbul edildiyindən iddiaçıların bu əmlakla bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan kirayə borcunu iddiaçılara ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilə əsasında iddiaçılardan mənzili təhvil almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən yaşayış sahəsinin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən 36 saylı mənzilin əvəzinə həmin binada inşa ediləcək yeni yaşayış sahəsini təmirli şəkildə iddiaçılara təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh göstərilən müqavilə əsasında iddiaçılara məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən 36 saylı mənzili almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçılara təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzil X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X5 təhvil verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2394/2024 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından aydın olur ki, cavabdeh MMC iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 34 ay müddətinə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Belə ki, iddiaçılar tərəfindən cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubundan müəyyən olunur ki, 2019-cu ilin dekabr ayından 2021-ci ilin avqust ayı daxil olmaqla yığılan kirayə haqları cavabdeh tərəfindən iddiaçılara ödənilmişdir. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)276/2021 saylı qətnaməsinin qət etdi hissəsində təmirli mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub iddiaçılar - İddiaçı1 qızı, X6 və X1 hər birinə ödənilməsi qeyd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan tarixə yaranan kirayə borcu iddiaçılara ödənilmişdir. İddiaçılar hazırda 2021-ci ilin sentyabr ayından sonrakı dövr üçün qalan kirayə haqqını ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan Müqavilənin 1.2-ci maddəsinə əsasən MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 manat ödəməyi öhdəlik götürmüş, iş materiallarından həmin məbləğin sonuncu dəfə 2021-ci ilin avqust ayı üçün kirayə haqqının ödənildiyi, sonradan dayandırıldığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, 2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınədək ayına kimi ödənilməmiş kirayə pulunu (34 x 500=17000 manat) iddiaçıya ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfin etiraz ərizəsində qeyd etdiyi “mənzilin 4 ildir ki, iddiaçılar tərəfindən təhvil alınmadığına görə kirayə haqlarının ödənilməməsinə” münasibətdə qeyd edir ki, işin faktiki hallarından müəyyən olunur ki, mənzilin tərəflər arasında olan müqavilələr üzrə vaxtında iddiaçılara təhvil verilməməsi cavabdehin öhdəliyində olan məsələdir və öhdəliyini vaxtında icra edilməməsi ilə bağlı yaranan hüquqi nəticələrə görə məhz cavabdeh MMC məsuliyyət daşıyır. Göründüyü kimi mənzilin təhvil verilməsi ilə bağlı tərəflər arasında uzun müddət mübahisə olmuş, sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2394/2024 saylı qərarının qəbul olunması ilə iş yekunlaşmışdır. Beləliklə, mənzillərin təhvil alınmaması ilə bağlı iddiaçıların təqsiri müəyyən olunmur. Qeyd olunanlara əsasən, məhkəmə cavabdeh tərəfin etirazının dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu X3, 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu X1 və 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu İddiaçı1 qızının xeyrinə tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu X3, 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu X1 və 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu İddiaçı1 qızının xeyrinə tutularaq ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar