Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2432/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann markalı Soyuducu üçün 820 (səkkiz yüz iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********80758 olan Xiaomi Mİ9 SE markalı telefonüçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann markalı Paltaryuyan üçün 649 (altı yüz qırx doqquz)manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 2693 (iki min altı yüz doxsan üç) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla,cəmi 2723 (iki min yeddi yüz iyirmi üç) manat pulun Cavabdehalınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Hoffmann markalı Soyuducu, İMEİ Kodu **********80758 olan Xiaomi Mİ9 SE markalı telefon, Hoffmann markalı Paltaryuyan almış və nəticədə 2693 (iki min altı yüz doxsan üç) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu iltarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 902 (doqquz yüz iki) manat(11 ay x 82 manat + 0 manat ilkin ödəniş) Hoffmann markalı Soyuducuüçün ümumilikdə 1066 (min altmış altı) manat olmaqla ondan, 820 (səkkiz yüz iyirmi) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə pulu, xx.xx.2019-cu iltarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (6 ay x 120 manat+120 manat ilkin ödəniş) İMEİ Kodu **********80758 olan Xiaomi M19 SE markalı telefonüçün ümumilikdə, 780 (yeddi yüz səksən) manat olmaqla ondan, 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 726 (yeddi yüz iyirmi altı) manat (11 ay x 66 manat + 0 manat ilkin ödəniş) Hoffmann markalı Paltaryuyan üçün ümumilikdə, 847 (səkkiz yüz qırx yeddi) manat olmaqla ondan, 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 399 (üç yüz doxsan doqquz) manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00620986 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Hoffmann markalı Soyuducu satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 902 (doqquz yüz iki) manat (11 ay x 82 manat + 0 manat ilkin ödəniş) borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00620955 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh İMEİ Kodu **********80758 olan Xiaomi M19 SE markalı telefon satmışdır. Cavabdeh müqavilə əsasında 840 (səkkiz yüz qırx) manat (6 ay x 120 manat+ 120 manat ilkin ödəniş) borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00627809 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Hoffmann markalı Paltaryuyan satmışdır. Cavabdeh müqavilə əsasında 726 (yeddi yüziyirmi altı) manat(11 ay x 66 manat + 0 manat ilkin ödəniş) borcuhissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, qısa müddət ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə cavabdeh Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə ödənilməmiş 2069 (iki min altmış doqquz) manat əsas borcu və 624 (altı yüz iyirmi dörd) manat dəbbə pulu borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00620986 nömrəli, xx.xx.2019-cu il tarixli 00620955 nömrəli və xx.xx.2019-cu il tarixli 00627809 nömrəli müqavilələrinə əsasən cavabdehin “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 2693 (iki min altı yüz doxsan üç) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00620986 nömrəli, xx.xx.2019-cu il tarixli 00620955 nömrəli və xx.xx.2019-cu il tarixli 00627809 nömrəli müqavilələrin şərtləri cavabdeh Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilə üzrə əsas borcu 2069 (iki min altmış doqquz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxx 2018-ci il tarixli K001194297 nömrəli müqavilə üzrə 2069 (iki min altmış doqquz) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən bütün müqavilələr üzrə ümumlikdə hesablanmış 624 (altı yüz iyirmi dörd) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 30 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh Cavabdeh 2069 (iki min altmış doqquz) manat əsas, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 2099 (iki min doxsan doqquz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2069 (iki min altmış doqquz) manat əsas, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 2099 (iki min doxsan doqquz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2432/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2432/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver