Məhkəmə qərarları › İş №2(005)-2438/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2438/2022

15.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2438/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmət İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Baytarlıq İdarəsinin xx.xx.2021-ci il tarixli 13 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və əmr verildiyi tarixdən iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci ildən Daşkəsən rayon Baytarlıq İdarəsində laborant vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Baytarlıq İdarəsinin kadrlar şöbəsinin rəisi labaratoriyanın işçiləri ilə onlyan iclas keçirərək idarəyə ali təhsilli işçilərin götürüldüyünü və iddiaçının işlədiyi laborant vəzifəsinin isə tamamilə ixtisara düşdüyünü və buna görədə onu idarədə sosial işlə təmin edəcəyini bildirmişdir. Təxminən bir həftə sonra idarənin rəisi Arzu Rüstəmov iddiaçı ilə telefonla əlaqə saxlayaraq işdən könüllü çıxmaq istəməsi barədə ərizə yazmağını tələb etmişdir. İddiaçı ərizəni yazmaqdan imtina etmişdir. Bir necə gün idarənin rəisi iddiaçıdan müvafiq ərizəni yazmasını tələb etmişdir. Daha sonra idarərinin rəisi Arzu Rüstəmov iddiaçıya künüllü işdən çıxamdığı halda vəzifəsi ixtisara düşdükdən sonra iddiaçıya idarədə sosial vəzifə verməyəcəyini bildirmişdir. Bu səbəbdəndə iddiaçı məcbur olaraq idarə rəsisi Arzu Rüstəmovun xidməti otağında guya öz istəyi ilə çıxmaq barədə ərizə yazmışdır. Eyni zamanda iddiaçı sosial işlə təmin olunmağı barədə ərizə yazmışdır. xx.xx.2021-ci il tarixli 13 nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmuşdur. Daha sonra idarənin rəisi Arzu Rüstəmov iddiaçıya Daşkəsən rayon Məşğulluq İdarəsində qeydiyyata durmasını və beləcə sənədlərinin DOST iş mərkəzinə göndərilməsi bildirilmişdir. Bundan sonra iddiaçı idarənin digər sahə həkimləri ilə birlikdə Daşkəsən rayon Məşğulluq İdarəsinə gedərək gedərək qeydiyyatdan keçmişdir. Daşkəsən rayon Məşğulluq İdarəsindən iddiaçıya 2 ay ərzində cavab veriləcəyi bildirilsədə həmin müddət ərzində iddiaçıya cavab verilməmişdir. Bundan sonra iddiaçı idarənin rəisi Arzu Rüstəmova müraciət edərək idarədə vakant yer olamasına baxmayaraq hansı səbəbdən iddiaçını işlə təmin etmədiyini soruşduqda Arzu Rüstəmov DAM-ın rəisi Azər Hazıyevin iddiaçının işə götürülməsinə razılıq vermədiyini bildirmişdir. İddiaçı ilə birlikdə Daşkəsən rayon Məşulluq İdarəsinə müraciət etmiş sahə həkimləri yenidən tutuqları vəzifəyə geri qaytarılmışdır. İddiaçı bununla əlaqədar olaraq Azər Hacıyevin yanına getmiş və onun niyə işə geri qaytarılmamasını öyrənmək istədikdə sonuncu onun 31 ildi işlədiyini və həmin vəzifəyə cavan kadr götürüldüyünü bildrmişdir. Bundan sonra iddiaçı aldadıldığı qənaətinə gələrək prokurorluğa və məhkəməyə şikayət ərizələri yazmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində əsassız tələblər irəli sürmüşdür. Belə ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilsin. Struktur dəyişikliyi ilə əlaqədar 2 iyul 2021 -ci il tarixində rayon (şəhər) baytarlıq idarələrinə xəbərdarlıq göndərilmişdir. X2 həmin xəbərdarlıqla 05 iyul 2021-ci il tarixində tanış olaraq öz imzasıyla təsdiq etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, yuxarıda qeyd etdiyi kimi o, İdarənin rəisi Arzu Rüstəmov tərəfindən hədə-qorxu gəlindiyinə və işlə təmin olunacağıyla bağlı aldadıldığına görə işdən çıxma barədə ərizə yazmışdır. İddiaçının bu fikri həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar 29 oktyabr 2021-ci il tarixində ərizə yazmışdır. İddiaçı sözügedən ərizəni öz təşəbbüsü ilə yazmışdır. Əmək müqavilələrinə xitam verilməsi haqqında 29 oktyabr 2021 -ci il tarixli 13 nömrəli əmr verilmişdir. Həmin əmrin əsası əməkdaşların ərizələri olmuşdur. İddiaçı - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddiası etiraf edilmir. İddiaçı - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə qarşı iddiası əsassız olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatının, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini xx.xx.2018-ci il tarixli 136 saylı əmrinin 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idarəçiliyində olan rayon (şəhər) Baytarlıq idarələrinin, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin, Epizotiya və X6 Respublika Ekspedisiyasının və 3-cü X1 Referens Laboratoriyasının strukturu təsdiq edilmişdir. Həmin əmr əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Daşkəsən rayon Baytarlıq İdarəsinin strukturu barədə cədvəlin Daşkəsən rayon Diaqnostik Kabineti bəndinin 4-cü bəndində laborant vəzifəsi olması təsdiq edilmişdir. İş Materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 132 nömrəli Qərarının 12.1. 1-ci maddəsindən görünür ki, aşağıdakı redaksiyada verilməsi nzərədə tutualaraq: “1. Büdcədən maliyyəşdirilən qurumlar 1.1. X10; 1.2. Baytarlıq Elmi-Tədqiqat İnstitutu; 1.3. Bitki Mühafizə və X13-Tədqiqat İnstitutu; 1.4. Əkinçilik Elmi-Tədqiqat İnstitutu; 1.5. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu; 1.6. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu; 1.7. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu; 1.8. Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası; 1.9. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi; 1.10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki qurumlar: 1.10.1. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi; 1.10.2. Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi; 1.10.3. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi; 1.10.4. X14, 12.2. 2.7 - 2.10-cu bəndlər ləğv edilsin; 12.3. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin: “2.12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası.”; 12.4. 3-cü hissənin adında “Publik” sözü “Digər” sözü ilə əvəz edilsin; 12.5. 3.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin: “3.3. Azərbaycan Dövlət Aqrar Universiteti.” olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəhbəri tərəfindən verilmiş Xəbərdarlıqdan görünür ki, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun tekmilləşdirilməsi və "Azərbaycan Respublikası Kend Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərinə əsasən müvafiq qurumların yeni struktur və ştat cədvelləri təsdiq edilməlidir. Bu baxımdan, struktur deyişikliyi ilə əlaqadər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə uyğun olaraq sizinlə bağlanmış əmək müqavilesinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər heyata keçirilməklə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün siz bir iş günü əmək funksiyanızın icrasından azad olunursunuz. Xəbərdarlıq müddəti ərzində öz vəzifənizin icrasını davam etdirəcəksiniz Qurumun yeni strukturunda ixtisasınıza uyğun olan başqa iş yeri müəyyən edilərsə Siza bu barədə əlavə məlumat veriləcekdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77 -ci maddəsinin 4-cü bəndinə uyğun olaraq razılığınız olduğu halda xəbərdarlıq müddəti əvəzinə əmək haqqınızı birdəfəlik almaqla müvafiq əsasla sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən xitam verilə bilməsi qeyd olunmuşdur. Qey olunan xəbərdarlıqla İddiaçı xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli 92 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin xx.xx.2018-ci il tarixli 136 saylı əmr ləğv edilmişdir. Həmin əmrlə Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturu təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin rəisi Arzu Rüstəmova ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Daşkəsən rayon Baytarlıq İdarəsinin Diaqnostik X5 Laləndər Nürrədin qızı xx.xx.2021-ci il tarixdən tutduğu Baytarlıq idarəsinin Diaqnostik Kabinetinin laborantı vəzifəsinin azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin xx.xx.2021-ci il tarixli 13 nömrəli əmrindən görünür ki, qeyd olunan əmrlə İddiaçı tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş AT-İX seriyalı ******* nömrəli İddiaçı məxsus əmək kitabçasında görünür ki, xx.xx.1991-ci ildən Daşkəsən rayon Baytarlıq İdarəsində laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli 13 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********1 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsi əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilməsi qərara alınmışdır. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq məktubu təqdim edilərək, struktur dəyişikliyi ilə əlaqədar olaraq ona yeni iş yerinin tapması üçün qanunvericliklə müəyyən edilmiş qaydada iş axtarması və ya xəbərdarlıq müddətini gözləmədən öz ərizəsi ilə işdən azad edilmələri barədə ərizə ilə müraciət etmələri təklif edilmişdir. İddiaçı qeyd olunan xəbərdarlıq əsasında edilmiş təklif üzrə ərizə ilə cavabdehə müraciət edərək işdən azad edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə təqdim edildikdən sonra cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən əmr qəbul edilərək iddiaçının əmək müqaviləsinə xitam verərək iddiaçını tutğu vəzifədən azad etmişdir. İddiaçı bu qeyd olunan ərizəni ona edilmiş təziqlər əsasında yazdığını bildirmişdir. Bundan sonra iddiaçı qeyd olunan əmrlə razılaşmayaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş 13 nömrəli xx.xx.2021-ci il tarixli əmr ləğv edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinə iddiaçının işdən azad olunması barədə ərizəsinin idarənin müdüriyyətinin təkidi ilə yazıb yazmaması barədə suallara cavab olaraq 26 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 tərəfindən iddiaçıya həmin qurumda ixtisasına uyğun iş olarsa ona məlumat veriləcəyi bildirilmişdir. İxtisasına uyğun iş olmadığından İddiaçı işlə təmin oluna bilməmişdir. Sosial işlə bağlı da iddiaçının sənədləri DOST mərkəzinə göndərilmiş bu barədə sənədlərin məhkəməyə təqdim ediləcəyini bildirmişdir. Daha sonra mülki işlə bağlı keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında sədrlik edənin əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddiaçı tərəfindən Sosial işlə təmin olunacağı barədə ərizə alınması və sənədləri DOST mərkəzinə göndərilməsi qeyd olunmuşdur. Həmin sənədlər məhkəməyə təqdim edə bilərsiniz sualına cavabdehin nümayəndəsi X7 xeyr təqdim edə bilmirik keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 həyəcanlı olduğundan doğru məlumat verməmişdir və həmin ərizə mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçının işdən azad olunması barədə ərizəsinin idarənin müdüriyyətinin təkidi ilə yazmasını cavabdeh etiraf etməsə də, məhkəmə belə hesab edir ki, hazırda iddiaçının uzun müddət işlədiyi vəzifəsindən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etməsi ilə cavabdehin struktur dəyişikliyi halının tətbiq edilməsi ilə müəyyən səbəbli əlaqənin movcud olduğunu təsdiqləmək üçün yetərlidir. Belə ki, adətən işçi başqa işə keçmək istədikdə, yaşayış yerini dəyişdikdə, səhhəti imkan vermədikdə, ümumiyyətlə həmin yerdə işləmək arzusunda olmadıqda ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş edir. Hazırki, mübahisə üzrə iddiaçının başqa işə keçməmişdir, yaşayış yerini dəyişməmişdir, başqa fəaliyyətlə məşğul olmamışdır, struktur dəyişikliyi bağlı edilmiş xəbərdarlıqda rəhbərlik tərəfindən göstərilmiş təklifdən istifadə edərək əvvəlki vəzifəsinə qayıtmaq istəmişdir. Rəhbərliyinə yazmış olduğu ərizəsində heç bir səbəb göstərməmişdir. Qeyd olunanlar belə bir nəticəyə gəlməyə imkan verir ki, iddiaçının işdən azad olunma barədə ərizəsini kənar təsirlərin nəticəsində yazmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ş.Tahirzadənin “AMEC Services Limited” şirkətinə qarşı işi üzrə Əmək Məcəlləsinin 239-cu maddəsinin 1 və 2-ci hissələrində nəzərdə tutulan “təqsirli (tam və ya qismən) olan işəgötürən” və “işəgötürənin təqsiri üzündən” ifadələrinin şərh edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Belə ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən əmr AR Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən verilmişdir. Qeyd olunan əmrin verilməsində cavabdeh tərəfindən rəhbər tutulan maddi hüquq normasında qeyd olunan maddənin tətbiqi barəsində imperativ şərtlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3 bəndinə əsasən əmək münasibətlərində hüquq bərabərliyinin təmin edilməsi, habelə əmək mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bundan başqa iddiaçının işlədiyi Daşkəsən Rayon Baytarlıq İdarəsinin laborant vəzifəsindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə ləğv edilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin xx.xx.2021-ci il tarixli 13 nömrəli əmrində qanunvericliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu;

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Yuxarıda göstərilən maddi hüquq normasının tələblərindən göründüyü kimi işə götürən tərəfindən işçi barəsində sözügedən əmr tərtib edildiyi zaman əmri imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı göstərilməlidir. İddiaçıNürəddin qızı barəsində qəbul edilmiş 13 nömrəli xx.xx.2021-ci il tarixli əmrdə “Arzu Rüstəmovun” adı və soyadı qeyd edilsədə ata adı qeyd olunmamışdır. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş Daşkəsən rayon Baytarlıq İdarəsinin 29 oktyabr 2021-ci il tarixli 13 nömrəli əmrinin ləğv edilərək, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsinin Daşkəsən rayon Diaqnostik kabinetinin laborant vəzifəsinə bərpa olunmalı və əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş Daşkəsən rayon Baytarlıq İdarəsinin 29 oktyabr 2021-ci il tarixli 13 nömrəli əmr ləğv edilsin. İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsinin Daşkəsən rayon Diaqnostik kabinetinin laborant vəzifəsinə bərpa olunsun. Əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar