Məhkəmə qərarları › İş №2(005)-2439/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2439/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2439/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” x1 Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” x3 Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixlimüqaviləsinəəsasənİMEİ kodu **********28125 olan Samsung Galaxy A20 markalı telefon, Case A30 2019 Flowers və x4 qoruyucu örtük üçün 437 (dördyüz otuz yeddi)manat ödənilməmiş hissə, 43 (qırx üç)manat cərimə, cəmi 480 (dörd yüz səksən) manat; xx xxxxxxxx 2019-cu il tarixlimüqaviləsinəəsasənİMEİ kodu **********56212 olan Samsung Galaxy A10 markalı telefon, x4 qoruyucu örtük üçün 303 (üç yüz üç)manat ödənilməmiş hissə, 30 (otuz)manat cərimə, cəmi 333 (üç yüz otuz üç) manat, ümumilikdə 813 (səkkiz yüz on üç) manat məbləğində borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 843 (səkkiz yüz qırx üç) manatməbləğində pul vəsaitinin Cavabdeh alınaraq “ABC Telecom” x2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” x3 kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABCTelecom” x3 ilə xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28125 və **********56212 olan Samsung Galaxy A20 və Samsung Galaxy A10 markalı telefon, Case A30 2019 Flowers və 2 ədəd x4 qoruyucu örtük almış və nəticədə 813 (səkkiz yüz on üç) manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəxx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dördyüz altmış səkkiz) manat (12 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********28125 olan Samsung Galaxy A20 markalı telefon, Case A30 2019 Flowers və x4 qoruyucu örtük üçün ümumilikdə, 480 (dörd yüz səksən) manat olmaqla ondan, 437 (dördyüz otuz yeddi)manat ödənilməmiş hissə, cərimə 81 (səksən bir) manat (0,39 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 43 (qırx üç)manat cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 348 (üç yüz qırx səkkiz) manat (12 ay x 27 manat + 24 manat ilkin ödəniş) İMEİ Kodu **********56212 olan Samsung Galaxy A10 markalı telefon, x4 qoruyucu örtük üçün ümumilikdə,333(üç yüz otuz üç) manat olmaqla ondan, 303 (üç yüz üç) manat ödənilməmiş hissə, cərimə 56 (əlli altı) manat (0,27 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 30 (otuz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 76 (yetmiş altı) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2019-cu ilvə xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrin surətlərindən görünür ki, müvafiq müqavilələrə əsasən, İMEİ kodu **********28125 və **********56212 olan Samsung Galaxy A20 və Samsung Galaxy A10 markalı telefon, Case A30 2019 Flowers və 2 ədəd x4 qoruyucu örtük almış və nəticədə 813 (səkkiz yüz on üç) manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəxx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dördyüz altmış səkkiz) manat (12 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********28125 olan Samsung Galaxy A20 markalı telefon, Case A30 2019 Flowers və x4 qoruyucu örtük üçün ümumilikdə, 480 (dörd yüz səksən) manat olmaqla ondan, 437 (dördyüz otuz yeddi)manat ödənilməmiş hissə, cərimə 81 (səksən bir) manat (0,39 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 43 (qırx üç)manat cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 348 (üç yüz qırx səkkiz) manat (12 ay x 27 manat + 24 manat ilkin ödəniş) İMEİ Kodu **********56212 olan Samsung Galaxy A10 markalı telefon, x4 qoruyucu örtük üçün ümumilikdə,333(üç yüz otuz üç) manat olmaqla ondan, 303 (üç yüz üç) manat ödənilməmiş hissə, cərimə 56 (əlli altı) manat (0,27 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 30 (otuz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 76 (yetmiş altı) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli bildirişlərdən görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “ABC Telecom” x3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********28125 və **********56212 olan Samsung Galaxy A20 və Samsung Galaxy A10 markalı telefon, Case A30 2019 Flowers və 2 ədəd x4 qoruyucu örtük almış və nəticədə 813 (səkkiz yüz on üç) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********28125 olan Samsung Galaxy A20 markalı telefon, Case A30 2019 Flowers və x4 qoruyucu örtük üçün 437 (dördyüz otuz yeddi)manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 480 (dörd yüz səksən) manat və xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********56212 olan Samsung Galaxy A10 markalı telefon, x4 qoruyucu örtük üçün 303 (üç yüz üç)manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, cəmi 333 (üç yüz otuz üç) manat olmaqla, ümumilikdə 813 (səkkiz yüz on üç) manat məbləğində borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 843 (səkkiz yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq “ABC Telecom” x2 ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar