Məhkəmə qərarları › İş №2(005)-246/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-246/2023

18.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-246/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «Təbriz” Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 6-bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 8-ci mərtəbəsində ümumi sahəsi 65,0 kv.m-dən ibarət olan 1-otaqlı mənzilin İddiaçı təhvil (istiladə və sahibliyinə) verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən müvafiq şəraitin yaradılması vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 10 dekabr 2019-cu ii tarixdə bağlanmış 27 saylı müqaviləyə əsasən Cavabdeh MTK satıcı olaraq ünvan 1 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 8-ci mərtəbəsində ümumi sahəsi 65,0 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin İddiaçı verilməsini təmin etməli idi. Belə ki, İddiaçı tərəfindən dəfələrlə şifahi qaydada MTK-ya müraciət edilərək mənzili təmir etdirmək üçün İddiaçı təhvil verməyi xahiş etsə də, hər dəfə İddiaçı müxtəlif bəhanələr gətirərək qısa müddətə mənzili təmir üçün ona təhvil verəcəklərini bildirmişlər. Sonuncu dəfə isə ona müqavilə ilə nəzərdə tutulan ümumi sahəsi 65,0 kv.m-dən ibarət olan mənzili yox, ölçüsü az olan, yəni ümumi sahəsi 60,0 kv.m-dən ibarət olan başqa bir mənzili göstərərək həmin mənzili ona verməyi təklif etmişlər, mən buna etiraz edərək, müqavilədə qeyd olunan mənzili tələb etdi. Bu cür bəhanələr artıq onda şübhələr yaratmışdır. Cavabdeh MTK satın aldığı mənzili ona təhvil verməkdən imtina etdiyinə və onun mənzillə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın rəhbərliyinə maneələrin aradan qaldırılması üçün dəfələrlə müraciət etsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzilin haqqını tam və nağd formada ödəmiş, cavabdeh isə müqavilə öhdəliyindən irəli gələn mənzili ona təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir. Müqavilə üzrə mənzilin qiyməti (1 m2-950 manat olmaqla) 61750 manat təşkil etmişdir. Həmin məbləğ Cavabdeh MTK-ya tam tam olaraq ödənilmişdir. Müqavilə üzrə 61750 manat məbləğin tam şəkildə ödənilməsinə dair İddiaçı Cavabdeh MTK tərəfindən maliyyə arayışı verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirakı məhkəmə tərəfindən təmin edilərək Bakı İstintaq Təcridxanasından gətirilən cavabdeh «Təbriz” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X1 izahatında bildirdi ki mənzil İddiaçı məxsusdur və ona təhvil verilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 10 dekabr 2019-cu il tarixli 27 saylı müqavilədən müəyyən olunur ki, “satıcı” Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 6-bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 8-ci mərtəbəsində ümumi sahəsi 65,0 kv.m-dən ibarət olan 1-otaqlı mənzili “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 950 manat olmaqla cəmi 61750 manat pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 6-bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 8-ci mərtəbəsində ümumi sahəsi 65,0 kv.m-dən ibarət olan 1-otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun «Təbriz” Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş 25 avqust 2022-ci il tarixli onun zərərçəkmiş şəxs qismində tanınması barədə qərarla müəyyən edilmişdir ki, Bakı şəhər sakini İddiaçı Cavabdeh ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 65 kv metr olan mənzili almaqla həmin mənzilə görə Nofəl Hacıyevə cəmi 61.750 manat ödəmiş, sonuncu isə qeyd edilən mənzilin İddiaçı satılması barədə 10 dekabr 2019-cu il tarixli müqavilə və mənzilin dəyərinin tam həcmdə ödənilməsi barədə maliyyə arayışını hazırlayıb imza və MTK-nın möhürü ilə təsdiq etməklə İddiaçı vermişdir. Sonradan isə mənzilin İddiaçı başqa şəxslərə də satılması məlum olmuşdur. Odur ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqavilə banlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzili iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edlir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin predmeti olan mənzil iddiaçıya təhvil verilməmiş, müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə vurğulayır ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlıolubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “alıcı” kimi göstərildiyi müqavilə cavabdehin Nizamnaməsinə əsasən belə müqavilələri bağlamaq səlahiyyətinə malik olan və həmin müqavilələr imzalanan zaman Cavabdeh MTK-nın sədri olan Məhəmmədov T.B tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. Ona həmin müqavilədə göstərilən əmlakın dəyərinin ödənilməsini təsdiq edən və yenə də buna səlahiyyətli olan MTK-nın sədri tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu baxımdan tərəflər arasında “alqı-satqı” Müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə qeyd edir ki, mənzilin başqa şəxslərə satılması etimalının olması mənzilin iddiaçıya təhvil verilməməsi üçün nəinki əsas ola bilməz, ümumiyyətlə heç əsas kimi nəzərdən keçirilə bilməz. Hər bir halda, araşdırma zamanı da bu mənzillə bağlı hər hansı digər şəxslə belə bir müqavilənin bağlanması halı müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə istinadən onu da qeyd edir ki, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün anlaşmasının böyük əhəmiyyəti var. Müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikasının MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçıının cavabdeh «Təbriz” Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Belə ki, mənzilin dəyərini ödəmiş iddiaçı həmin mənzili təhvil almaqla yanaşı, mənzildə tərəflər arasındakı müqavilə şərtlətini pozmamaqla təmir işlətri aparmaq hüququ vardır. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 6-bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 8-ci mərtəbəsində ümumi sahəsi 65,0 kv.m-dən ibarət olan 1-otaqlı mənzilin İddiaçı təhvil verilməsi və həmin mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılmasına şərait yaradılması öhdəliyi cavabdeh «Təbriz” Mənzil-Tikinti Kooperativinin üzərinə vəzifə kimi qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar