Məhkəmə qərarları › İş №2(005)-2464/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2464/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2464/2020 01.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, X1 və Cavabdeh3 qarşı “mübahisəli mənzilin hərrac vasitəsi ilə satılaraq borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, X1 və Cavabdeh3 qarşı “mübahisəli mənzilin hərrac vasitəsi ilə satılaraq borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə X2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “sakinlərim mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən evin İİİ blok, 9-cu mərtəbəsində yerləşən 330 nömrəli ümumi sahəsi 93,64 kv.metr təşkil edən mənzilin açıq hərracdan satılaraq satışdan əldə olunan pul vəsaitindən 25.265 (iyirmi beş min iki yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçı şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyətlə bağlı 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, iddia tələbi daşınmaz əmlaka olan hüquqların pozulması, başqa sözlə, ünvan 1 ünvanında yerləşən evin İİİ blok, 9-cu mərtəbəsində yerləşən 330 nömrəli ümumi sahəsi 93,64 kv.metr təşkil edən mənzilin açıq hərracdan satılaraq satışdan əldə olunan pul vəsaitindən iddia tələbi həcmində məbləğin iddiaçı şəxsə ödənilməsi ilə əlaqədar olduğundan, sözügedən daşınmaz əmlak Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdiyindən həmin iddia tələbi daşınmaz əmlakın yerləşdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, hazırki iddia ərizəsi ilə aidiyyəti məhkəməyə təkrar müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, X1 və Cavabdeh3 qarşı “mübahisəli mənzilin hərrac vasitəsi ilə satılaraq borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qeyd edilən iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar