Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2479/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh.” MMC ilə İddiaçı arasında mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülməsinə görə həmin yerdə tikiləcək binada sahəsi 87, 2 kv.m olan tam təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Cavabdeh.” MMC ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülməsinə görə həmin yerdə tikiləcək binada sahəsi 87, 2 kv.m olan tam təmirli mənzilin verilməsinə dair 28 sentyabr 2017-ci il tarixdə 35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 (iyirmi) ay müddətinə başa çatdırılaraq mülkiyyətçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, müqavilə şərtlərinə görə yeni binanın istismara qəbul edilənədək 500 (beş yüz) manat kirayə haqqının verilməsi nəzərdə tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-391/2018 saylı, 02 may 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X4 cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin 1/2 hissəsinə onun, ½ hissəsinə isə cavabdehin payının müəyyən edilməsinə dair iddiası təmin edilməmiş. İddiaçı və Cavabdeh MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-391 2018 saylı, 02 may 2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində X4 Bakı şəhəri, Nərimanov rayonu. Təbriz küçəsi, ev 7, 8 saylı mənzilinə dair mülkiyyət hüququnun tanınması və ya payının təyin edilməsi göstərilməmişdir. Həmin qətnamənin mahiyyətindən irəli gələn nəticə ondan ibarətdir ki, İddiaçı və Cavabdeh MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilirsə bu zaman görülən bütün tədbirlər ləğv edilir və əvvəlki vəziyyətə qaytarılır. Əvvəlki vəziyyətə qaytarılırsa deməli ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil yenidən İddiaçı mülkiyyətinə qaytarılır. Daha sonra X5 və cavabdeh İddiaçı ilə müqavilənin bağlanması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2643/2019 saylı 24 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair iddiaçı X5 və cavabdeh İddiaçı ilə müqavilənin bağlanması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 12041/2019 saylı 05 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən apcllyasiya şikayətinin təmin edilməməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2643/2019 saylı 24 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılınası qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2285/2020 saylı 09.06.2020-ci il tarixli qəranna əsasən Bakı Apelyasiya Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(103)-12041/2019 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X4 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə müqavilənin bağlanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2017 saylı 15 dekabr 2017-ci il tarixli qərardadına əsasən, iddiaçı X4 cavabdeh İddiaçı qızma qarşı ümumi birgə mülkiyyətin bölünməsi tələbinə dair mülki iş üzrə “Cavabdeh.” MMC tərəfindən cavabdeh İddiaçı ödənilən aylıq kirayə haqqının 50 (əlli) faizinə, yəni 250 (iki yüz əlli) manatına həbs qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2267/2018 saylı 29 yanvar 2018-ci il tarixli qərardadına əsasən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2017 saylı 15 dekabr 2017-ci il tarixli qərardadı ləğv edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “Cavabdeh.” MMC tərəfindən bu günə qədər ona (İddiaçı) ödənilməli olan kirayə haqqı hələ də ödənilməmişdir. Göstərilənləri və müqavilə müddətinin bitməsini nəzərə alaraq “Cavabdeh.” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülməsinə görə həmin yerdə tikiləcək binada sahəsi 87, 2 kv.m olan tam təmirli mənzilin verilməsi haqqında yeni müqavilənin bağlanması və kirayə haqqı üzrə yaranmış vəsaitin ödənilməsi zərurəti yaranmışdır. Cavabdeh MMC-yə müqavilənin bağlanmasına dair müraciət edilməsinə baxmayaraq, 27 iyul 2020-ci il tarixli məktuba əsasən imtina cavabı alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 09 iyun 2020-ci il tarixli, 2(102)- 2285/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kasasıya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu ıl tarixli. 2(103)-12041/2019 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X4 cavabdehlər İddiaçı və "Cavabdeh" MMC-yə qarşı 'müqavilənin bağlanması" tələbinə dair iddiası təmin edilməsi, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(005)-391/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı "müqavilənin bağlanması tələbinə dair iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair iddiaçı X5 və cavabdeh İddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin Cavabdeh” MMC-nin üzərmə qoyulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)-342/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh MMC-yə və İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 046279 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 7 nömrəli evin 260 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 8 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 196 nömrəli reyestr kitabında (29086) 29117 nömrəli səhifəsində 30/14426 nömrəsi ilə 29 iyul 2000-ci il tarixdə qeydiyyatdan keçirilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; “Ə. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin bağlanması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasları zamanı Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbini qəbul etmiş və iddiaya etirazını bildirməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 7 nömrəli evin 260 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 8 nömrəli mənzilə dair əvvəllər hazırkı iş üzrə İddiaçı keçmiş həyat yoldaşı X5 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı "müqavilənin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair iddiaçı X5 və cavabdeh İddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin Cavabdeh” MMC-nin üzərmə qoyulması qət edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 09 iyun 2020-ci il tarixli, 2(102)-2285/2020 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasıya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu ıl tarixli, 2(103)-12041/2019 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X4 cavabdehlər İddiaçı və "Cavabdeh" MMC-yə qarşı “müqavilənin bağlanması" tələbinə dair iddiasının təmin edilməməsi, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı keçmiş həyat yoldaşı X4 məhkəmə mübahisələri qanuni qüvvəsini almış məhkəmə qərarı ilə əsassız hesab edilmiş və rədd edilmişdir. Qeyd edilən əmlakın mülkiyyətçisi İddiaçı olmuşdur. Bu səbəbdən də məhkəmə hazırkı iş üzrə İddiaçı iddia tələbini əsaslı hesab edərək, mənzilə dair müqavilənin onunla “Cavabdeh.” MMC arasında bağlanmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Cavabdeh.” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülməsinə həmin yerdə tikiləcək binada sahəsi 87,2 kv.m olan tam təmirli mənzilin verilməsinə görə müqavilə bağlanması öhdəliyi cavabdeh “Cavabdeh.” MMC-nin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2479/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2479/2021
31.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver